Səfir Birol Akgün Mərdəkanda türk şəhid məzarını ziyarət edib
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki 156 nömrəli orta məktəbdə olub.
Newscenter.az xəbər verir ki. məktəbin 131 əvvəl böyük xeyriyyəçi Zeynalabdin Tağıyevin inşa etdirdiyi binası 1918-ci ildə Azərbaycan və Türk (Osmanlı) hərbçilərinin Qafqaz İslam Ordusu tərəfindən Bakının işğaldan azad olunması zamanı hərbi hospital kimi fəaliyyət göstərib.
Səfir Birol Akgün məktəbin həyətində yerləşən Türk şəhid məzarını ziyarət edib. Məktəbin Qarabağ müharibəsində həlak olmuş məzunlarının xatirə lövhəsi də ziyarət olunub. Azərbaycanın istiqlalı, suverenliyi uğrunda canını fəda etmiş bütün şəhidlərin xatirəsinə dua oxunub, onların xatirəsi ehtiramla yad edilib.
Məktəbin rəhbərliyi qonağa tədris ocağının tarixi və fəaliyyəti haqqında məlumat verib.

Qeyd edək ki, səfir Birol Akgün 156 nömrəli orta məktəbdə dərs ilinin başa çatmasına həsr olunmuş “Türk dünyasına səyahət” adlı şənliyə də qatılıb.
Xəzər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan tədbirdə Milli Məclisin deputatı Günay Əfəndiyeva, Qırğızıstan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı diplomatik nümayəndələri də iştirak ediblər.
Şənlik çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tematik guşələrinə baxış keçirilib. Şagirdlərin ifalarında türk xalqlarının mahnı və rəqsləri təqdim olunub.
Səfir Birol Akgün və digər qonaqlar məktəbin müəllim və şagird heyətinə Türk dünyasının birlik və həmrəylik idealının yaşadılmasına verilən töhfələrə görə təşəkkür ediblər.
Baxış sayı:178
Bu xəbər 10 İyun 2026 20:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















