Icma.az
close
up
RU
® Səfir Lu Mey Oğuz, Şəki və Qəbələdəki müəssisələri ziyarət edib

® Səfir Lu Mey Oğuz, Şəki və Qəbələdəki müəssisələri ziyarət edib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Meyin iştirakı ilə “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyası (Milli.Biz) birgə “Grand CEO Tour” təşkil edib. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Avqustun 18-19-da keçirilən səfər proqramı Oğuz, Şəki və Qəbələ şəhərlərini əhatə edib. Səfərin əsas məqsədi regionlarda fəaliyyət göstərən müəssisələrin istehsal potensialı ilə yaxından tanış olmaq, biznes nümayəndələri arasında birbaşa əlaqələri genişləndirmək, yeni əməkdaşlıq imkanlarını müzakirə etmək və Azərbaycan regionlarının investisiya və biznes potensialının təşviqinə töhfə vermək olub.

“Azərbaycan və Çin arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün geniş imkanlar mövcuddur. Oğuz, Şəki və Qəbələdə fəaliyyət göstərən müəssisələrlə tanışlıq zamanı Azərbaycanın regionlarında formalaşan istehsal potensialını və sahibkarlıq mühitinin inkişaf dinamikasını görmək imkanı əldə etdik. Bunun özü də Çin şirkətləri üçün Azərbaycanı həm regional əməkdaşlıq, həm də yeni bazarlara çıxış baxımından mühüm tərəfdaşa çevirir. Çünki ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlıq genişləndikcə, bu, yeni imkanların yaranmasına və iqtisadi inkişafın sürətlənməsinə mühüm töhfə verir. Biz iki ölkənin özəl sektorları arasındakı əlaqələrin daha da möhkəmləndirilməsində maraqlıyıq və biznes dairələri arasında birbaşa dialoqun bundan sonra da davam etdirilməsini dəstəkləyirik”, - deyə Lu Mey bildirib.

Səfərin ilk günündə nümayəndə heyəti Oğuzda yerləşən qarğıdalı emalı müəssisəsi “Corn Processing Company”ni ziyarət edib. Burada müəssisənin rəhbəri İbrahim Mehdiyev ilə görüş keçirilib, şirkətin fəaliyyəti və istehsal imkanları barədə təqdimat dinlənilib. Səfər iştirakçıları istehsalat sahələri və texnoloji proseslərlə yaxından tanış olub. Görüş zamanı mümkün əməkdaşlıq istiqamətləri, biznes əlaqələrinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra nümayəndə heyətinin Şəkidə yerləşən “AZ Abrau” şərab zavoduna səfəri zamanı müəssisənin rəhbəri Ernest Mingazov ilə görüş keçirilib, şirkətin fəaliyyəti, istehsal prosesi və məhsulları barədə ətraflı məlumat təqdim olunub. Nümayəndə heyəti, həmçinin Azərbaycan şərabçılığın inkişaf tarixini əks etdirən Şərab muzeyi ilə tanış olub. Ziyarət çərçivəsində “AZ Abrau” şərab zavodunun məhsullarının dequstasiyası keçirilib, həmçinin şirkətin alkoqollu məhsullarının Çin Xalq Respublikasına ixracı və bu istiqamətdə əməkdaşlıq imkanları müzakirə edilib.

“Grand CEO Tour”un ikinci günündə nümayəndə heyəti Qəbələyə səfər edib. Qəbələ Konserv Zavodunda keçirilən görüş zamanı zavodun direktoru Seymur Həsənov müəssisənin fəaliyyəti, istehsal gücü və istehsal xətləri barədə ətraflı təqdimat keçirilib. Səfir Lu Mey və nümayəndə heyəti istehsal və texnoloji proseslərlə yerində tanış olub, müəssisənin inkişaf perspektivləri və potensial əməkdaşlıq istiqamətləri ətrafında müzakirələr aparılıb. Nümayəndə heyəti çips, qazlı sərinləşdirici içkilər və təbii şirələrin istehsalı üzrə ayrıca fəaliyyət göstərən istehsal sahələrini ziyarət edərək burada tətbiq olunan texnoloji proseslərlə yaxından tanış olublar.

“Uzun illər ərzində Azərbaycanın regionlarında formalaşmış güclü istehsal, kənd təsərrüfatı, qida emalı, sənaye və turizm potensialını müşahidə edirik. Bu potensialın həm yerli, həm də beynəlxalq biznes subyektlərinə daha geniş təqdim olunması “AZEXİM CLUB” layihəsinin prioritet istiqamətlərindən biridir. “AZEXİM CLUB” layihəsinin əsas məqsədi regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxarılması, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsidir. Dünyanın aparıcı iqtisadiyyatlarından biri olan Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfirinin regionlarda fəaliyyət göstərən müəssisələrə ilk ziyarəti bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Biz əminik ki, bu kimi birbaşa təmaslar Azərbaycanın regionlarının iqtisadi inkişafına və investisiya cəlb edilməsinə mühüm töhfə verəcək”, - deyə Telman Əliyev bildirib.

Telman Əliyev əlavə edib ki, “AZEXIM CLUB” layihəsi çərçivəsində Azərbaycan şirkətləri üçün Çinin müxtəlif regionlarına “Grand CEO Tour”ların təşkili, onların həmin ərazilərdə fəaliyyət göstərən müəssisələrin istehsal potensialı və tətbiq olunan qabaqcıl texnologiyaları ilə tanış edilməsi planlaşdırılır. Eyni zamanda, iri Çin şirkətlərinin rəhbərləri üçün Azərbaycanın regionlarında fəaliyyət göstərən müəssisələrə mütəmadi “Grand CEO Tour”ların təşkil edilməsi və bu səfərlər vasitəsilə birbaşa işgüzar əlaqələrin və əməkdaşlıq imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

“Caspian Energy Holding” haqqında qısa məlumat:

İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilib. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”, “Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı, hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb. Bu strukturun nəzdində idarə olunan və 2034-cü ilə qədər dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (Milli.Biz) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Avqust 2026 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri