Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Səfir Lu Mey: “Çin Azərbaycan dostluğunun yeni səhifəsini açırıq”

Səfir Lu Mey: “Çin Azərbaycan dostluğunun yeni səhifəsini açırıq”

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Lu Meyin “525-ci qəzet” üçün məqaləsini təqdim edirik.

Bu il iyunun 10-da ilk dəfə olaraq BMT-də Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü qeyd edilir. Bu əlamətdar günü azərbaycanlı dostlarımızla birlikdə qeyd etməkdən çox şadıq.

Müasir dünyada 200-dən çox ölkə və region, həmçinin 2500-dən çox xalq var.  İnsanlar iş prosesində və gündəlik həyatda harmoniya içərisində yanaşı yaşayan, bir-birini qarşılıqlı zənginləşdirən, “qlobal kəndimizi” çoxşaxəli və həyati enerji ilə dolu edən özünəməxsus, canlı sivilizasiyalar yaradıblar. Bu, həm də bütün bəşəriyyəti ortaq taleyi olan ayrılmaz bir cəmiyyətə çevirib. Dünyada baş verən genişmiqyaslı dəyişikliklər fonunda sivilizasiyaların dəyəri həmişəkindən daha parlaq görünür, sivilizasiyalararası qarşılıqlı əlaqələr vacib əhəmiyyət kəsb edir və onlar arasında dialoq hər zaman olduğundan daha da aktual xarakter alır.

Keçən il bütün üzv dövlətlərin yekdil dəstəyi ilə BMT Baş Assambleyasının 78-ci sessiyasında Çinin təklif etdiyi qətnaməyə əsasən, hər il iyunun 10-da Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü qeyd olunur. Azərbaycan da daxil olmaqla, 83 ölkənin qoşulduğu bu qətnamə dünya xalqlarının sivilizasiyalararası dialoqa və bəşəriyyətin tərəqqisinə dair ümumbəşəri arzularına uyğunluğunu əyani şəkildə nümayiş etdirir.

Sivilizasiyalararası dialoq sülhün həlqəsidir. Bu il Dünya antifaşist müharibəsində Qələbənin 80 illiyini və BMT-nin 80 illiyini qeyd edir.  Sülh bütün xalqların ümumi məqsədi olaraq qalır.  Sivilizasiyalararası dialoq vasitəsilə biz fikir ayrılıqlarına qalib gələ, qərəzləri aradan qaldıra, qarşılıqlı etimadın möhkəm təməlini yarada və kollektiv təhlükəsizliyi təmin edə bilərik.

Sivilizasiyalararası dialoq inkişafın hərəkətverici qüvvəsidir.  Şərq və Qərb sivilizasiyalarını birləşdirən Böyük İpək Yolu tarix boyu bəşəriyyətin tərəqqisinə öz töhfəsini verib. Dünyanın qloballaşması şəraitində sivilizasiyalararası dialoq, ideya və texnologiyaların mübadiləsi bütün ölkələrin birgə inkişafına və bəşəriyyətin modernləşməsi istiqamətində birgə irəliləyişlərə kömək edəcəkdir.

Sivilizasiyalararası dialoq dostluq körpüsüdür. Tarix inandırıcı şəkildə sübut edir ki, açıqlıq qarşılıqlı anlaşmaya kömək edir, mübadilələr etimadı dərinləşdirir.

Sivilizasiyalararası dialoq, fərqlilikləri aradan qaldırmaq və ümumi dil tapmaq vasitəsilə biz müxtəlif ölkələrin xalqlarının bir-birini daha yaxşı tanımasına və bir-birinə yaxınlaşmasına kömək edirik, bütün sivilizasiyaların öz əzəmətində birgə mövcud olduğu harmonik dünya yaradırıq.

Geniş Çin torpaqlarında formalaşan Çin sivilizasiyası tarixi inkişafı zamanı davamlılıq, yenilikçilik, birlik, dözümlülük, sülhsevərlik kimi fərqli xüsusiyyətlər qazanıb. 2023-cü ildə Çin Sədri Si Cinpin qlobal sivilizasiya təşəbbüsünü irəli sürərək, bütün bəşəriyyətin ümumi dəyərlərini təbliğ etməyə, sivilizasiyanın davamlılığının və innovasiyasının vacibliyini müdafiə etməyə, beynəlxalq humanitar mübadilə və əməkdaşlığın gücləndirilməsinə çağırıb. Bu səylər Çinin sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfəsi oldu.

Çin və Azərbaycan qədim tarixə və zəngin sivilizasiya irsinə malik ölkələrdir. 2000 ildən çox əvvəl xalqlarımız Böyük İpək Yolu boyunca mübadilə və əməkdaşlığa başlayıb. Son illər dövlətlərimizin başçılarının şəxsi qayğısı və strateji rəhbərliyi ilə Çin-Azərbaycan münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksələrək hərtərəfli strateji tərəfdaşlıq statusuna yüksəlib. Humanitar mübadilələr ikitərəfli münasibətlərin mühüm tərkib hissəsinə çevrilib: İki ölkənin mədəniyyət qurumları, regionları, beyin mərkəzləri və universitetləri sıx əlaqələr saxlayır. Azərbaycanda Çin dilinə və mədəniyyətinə maraq durmadan artır. Ənənə ilə müasirliyi, Şərq və Qərb mədəniyyətlərini harmonik şəkildə birləşdirən Azərbaycan çinli turistləri getdikcə daha çox cəlb edir.

Bu ilin aprelində Çin Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında birgə bəyanat imzalayıblar. Bəyanatda Azərbaycanın Çin tərəfindən irəli sürülən qlobal sivilizasiya təşəbbüsünü fəal şəkildə dəstəklədiyi, Çinin BMT-də irəli sürdüyü “Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü”nün elan edilməsi ilə bağlı qətnaməni yüksək qiymətləndirdiyi, sivilizasiyaların müxtəlifliyinə hörməti birgə dəstəkləməyə, humanitar mübadilə və əməkdaşlığı fəal şəkildə təşviq etməyə hazır olduğu açıq ifadə edilib.

Çin Azərbaycanın “Bakı Prosesi” adlı təşəbbüsünü və onun çərçivəsində mədəniyyətlərarası dialoqun təşviqi üçün qlobal platforma kimi çağırdığı ümumdünya forumlar çərçivəsində səylərini dəstəkləyir.

Bu, ölkələrimizin qlobal sivilizasiyalar təşəbbüsünü birgə həyata keçirərək sivilizasiyalararası dialoqun dərinləşdirilməsi istiqamətində bir-birinin təşəbbüslərini qarşılıqlı dəstəklədiyini əyani şəkildə nümayiş etdirir. Ölkələrimiz praktiki fəaliyyətləri ilə nümayiş etdirdilər ki, sivilizasiyalararası dialoq sivilizasiyalararası maneələri, qarşılıqlı öyrənmə yolu ilə sivilizasiyaların toqquşmasını, inklüzivlik vasitəsilə sivilizasiyaların üstünlüyünü aradan qaldırmağa kömək edir.  Çin tərəfi Azərbaycan tərəfi ilə birlikdə Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününün qeyd olunmasından qarşılıqlı anlaşma və dostluğun dərinləşdirilməsi üçün humanitar əməkdaşlığı genişləndirmək və Çin-Azərbaycan dostluğunun yeni səhifəsini birgə açmaq fürsəti kimi istifadə etməyə hazırdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://525.az
archiveBu xəbər 10 İyun 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri