Icma.az
close
up
RU
Səfir: Tekstil layihələrimiz ekosistemə çevrilib

Səfir: Tekstil layihələrimiz ekosistemə çevrilib

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İki ölkə arasında tekstil sahəsində formalaşan əməkdaşlığın artıq ayrı-ayrı layihələr mərhələsindən çıxaraq bütöv bir sənaye ekosisteminə çevrilib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu fikirləri Özbəkistanın Azərbaycandakı səfiri Baxram Aşrafxanov Bakıda keçirilən Özbəkistan-Azərbaycan Tekstil Forumunda çıxışı zamanı səsləndirib.

Diplomat qeyd edib ki, bu gün Azərbaycan regionlarında – xüsusilə Yevlax, Bərdə və İmişlidə pambıqçılıq və ilkin emal sahəsində müştərək müəssisələr fəaliyyət göstərir. Onun sözlərinə görə, bu obyektlər yalnız istehsal gücünün artırılması deyil, eyni zamanda yeni iş yerlərinin yaradılması baxımından da mühüm rol oynayır. Səfir əlavə edib ki, yaxın perspektivdə daha iri həcmli sənaye obyektlərinin qurulması planlaşdırılır və bu istiqamətdə konkret layihələr üzərində iş aparılır.

Aşrafxanov vurğulayıb ki, Azərbaycan və Özbəkistan prezidentləri arasında mövcud olan dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlər bu əməkdaşlığın əsas dayağıdır. Onun fikrincə, dövlət başçılarının təşəbbüsü ilə həyata keçirilən birgə layihələr iqtisadi əlaqələrin dərinləşməsinə ciddi təkan verir və biznes mühitinə əlavə stimul yaradır.

Səfir statistik göstəricilərə də toxunaraq bildirib ki, Azərbaycan tərəfindən Özbəkistana yönələn ixracın həcmi təxminən 5 milyard dollar səviyyəsində qiymətləndirilir və bu göstərici son beş il ərzində iki dəfə artıb. Bu dinamika iki ölkə arasında ticarət dövriyyəsinin artan xətt üzrə inkişaf etdiyini göstərir.

Eyni zamanda qeyd olunub ki, Özbəkistandan Azərbaycana idxal edilən məhsulların ümumi dəyəri 27 milyard dollar civarındadır ki, bu da əməkdaşlığın miqyasını və potensialını əks etdirən mühüm göstəricidir.

Diplomatın sözlərinə görə, mövcud göstəricilərə baxmayaraq, əsas məqsəd yalnız xammal tədarükü ilə kifayətlənmək deyil, Azərbaycanda hazır tekstil məhsullarının istehsalını genişləndirmək, dəyər zəncirini tamamlayan müştərək müəssisələri artırmaqdır. Bu baxımdan, tekstil ekosisteminin inkişafı, xüsusilə pambıqçılıq sənayesinin modernləşdirilməsi və dərin emal imkanlarının genişləndirilməsi prioritet istiqamətlərdən biri kimi qiymətləndirilir.

Aşrafxanov sonda vurğulayıb ki, pambıqçılıq sənayesinin inkişafı həm kənd təsərrüfatı, həm də sənaye sektorları arasında inteqrasiyanı gücləndirərək, uzunmüddətli iqtisadi dayanıqlılığın təmin olunmasına xidmət edəcək.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Aprel 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri