Səfirlik maşını bütün qaydaları pozdu Onlara cərimə yazılmır? FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Paytaxtda diplomatik nömrə nişanlı avtomobilin sürücüsü qaydaları kobud şəkildə pozub.
Avtosfer.az xəbər verir ki, səfirliyə məxsus avtomobil mikromobilliklə bağlı bütün qaydaları pozaraq velosiped zolağına daxil olub, avtobus dayanacağına girib və dayanma-durma qaydasını pozub.
Hadisə şahidlərinin sözlərinə görə, sürücünün bu davranışı ictimai narazılıq yaradıb. Çünki qanunvericiliyə əsasən diplomatik nömrə nişanlı avtomobillərin yoxlanılması və duracağa aparılması qadağandır, lakin bu, onların qayda pozduqları halda cərimələnməsinə mane olmur. Yəni, qanun açıq şəkildə göstərir ki, diplomatik nömrəli nəqliyyat vasitələri də inzibati məsuliyyətdən azad deyil.
Buna baxmayaraq, bu cür hallarda adətən cərimə yazılmır. Mütəxəssislər hesab edirlər ki, belə yanaşma həm qanunun tələblərinə, həm də ədalət prinsipinə ziddir. Diplomatik status sürücülərə imtiyaz yox, məsuliyyət nümunəsi olmalıdır.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 13 Noyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















