Icma.az
close
up
RU
Səfirliyimizə hücüm, Kremlin köhnəlmiş metodları: Diplomatik toxunulmazlığa açıq zərbə

Səfirliyimizə hücüm, Kremlin köhnəlmiş metodları: Diplomatik toxunulmazlığa açıq zərbə

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Rusiyanın Azərbaycanla münasibətlərində uzun müddətdir müşahidə olunan qeyri-dost, qərəzli və təzyiq yönümlü xətt indi artıq sistemli və ardıcıl xarakter alıb. Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliklərinə, eləcə də SOCAR infrastrukturuna dəfələrlə zərbələrin endirilməsi Moskvanın təsadüfi hərəkətləri deyil, daha dərindən qaynaqlanan siyasi mesajlar kimi qiymətləndirilir. Son hadisələr Kremlin Azərbaycana qarşı təzyiq mexanizmlərini davam etdirdiyini bir daha təsdiq edir.

Kiyevdəki son hücum: diplomatik toxunulmazlığa açıq zərbə

14 noyabr 2025-ci il gecə saat 01:00 radələrində baş verən hücum nəticəsində:
•    Səfirliyin hasarının bir hissəsi tamamilə dağılıb,
•    inzibati bina və konsulluq şöbəsi zədələnib,
•    xidməti avtomobillər yararsız hala düşüb.

İnsan tələfatının olmaması yeganə təsəlli sayılsa da, Azərbaycan tərəfi haqlı olaraq bu hücumu beynəlxalq hüququn fundamental norma və prinsiplərinə zidd hesab edir. Çünki diplomatik nümayəndəliklərə qarşı hücum Vyana Konvensiyasının 22-ci və 29-cu maddələrinin aşkar şəkildə pozulması deməkdir.

Təkrarlanan hücumlar: təsadüf deyil, sistemli davranış

Azərbaycan tərəfi görüş zamanı xatırladıb ki, bu tip hücumlar ilk dəfə deyil:
•    10 mart 2022 – Xarkivdəki Fəxri Konsulluğa aviazərbə nəticəsində ciddi dağıntılar;
•    2 yanvar 2024 – “Kinjal” raketi səfirlikdən 35 addım uzaqda krater yaradıb;
•    28 avqust 2025 – Səfirliyin 50 metrliyinə hava zərbəsi, inzibati və konsulluq binalarına ziyan;
•    8 və 18 avqust 2025 – SOCAR-ın Odessa vilayətindəki neft bazasına dron hücumları, xəsarət alanlar və böyük infrastruktur itkisi.

Bütün bu faktlar Moskvanın bu sahədəki davranışının “texniki səhv” və ya “təsadüfi zərbə” kimi izah edilməsinə imkan vermir. Azərbaycanda bu hücumların məqsədli olması ilə bağlı ciddi suallar formalaşdırıb.

Bundan da önəmlisi, Azərbaycan diplomatik binalarının dəqiq koordinatlarını hələ 2022-ci ilin aprelində Rusiyaya təqdim edib və Rusiya Müdafiə Nazirliyi bu koordinatların nəzərə alınacağını rəsmi şəkildə bildirib. Bu baxımdan izahatsız, ardıcıl zərbələr Moskvanın məsuliyyətini daha da ağırlaşdırır.

Səfirliyimizin ərazisində baş verən sonuncu hadisə Bakının sərt reaksiyasına səbəb olub. Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdokimovun təcili şəkildə XİN-ə çağırılması və ona nota təqdim olunması münasibətlərdəki gərginliyin  davam etməsinin göstəricisi  hesab etmək olar.

Rusiyanın bu cür davranışının arxasında bir neçə əsas siyasi səbəb dayanır:

1. Azərbaycan bölgənin aparıcı gücünə çevrilir
44 günlük müharibədən sonra Cənubi Qafqazın reallıqları dəyişib. Artıq Bakı regionun əsas siyasi, iqtisadi və hərbi oyunçusudur. Moskva isə bu reallığı həzm etməkdə çətinlik çəkir.

2. Kreml imperiya maraqlarını qorumağa çalışır
Rusiya bütün qonşuluq siyasətini təsir dairəsini genişləndirmək üzərində qurub. Azərbaycanın müstəqil siyasəti, balanslı xarici kursu, regional liderlik ambisiyası Kremlin klassik “post-sovet məkanına nəzarət” strategiyası ilə toqquşur.

3. Azərbaycanın Ukrayna müharibəsi ilə bağlı prinsipial mövqeyi
Bakı müharibənin yalnız beynəlxalq hüquq çərçivəsində, danışıqlar yolu ilə həll oluna biləcəyini ardıcıl şəkildə bəyan edir. Bu, Moskvada narazılıq yaradır.

4. Azərbaycanın Avrasiyada yeni güc kimi yüksəlişi
Enerji layihələri, nəqliyyat dəhlizləri, iqtisadi artım və hərbi-siyasi nüfuz – bunların hamısı Azərbaycanın regional güc mərkəzinə çevrilməsi deməkdir. Bu yüksəliş Moskvanın maraqları ilə toqquşur.

Təzyiq taktikasının mahiyyəti: Moskvanın niyyəti
Moskvanın məqsədi Bakını öz siyasi orbitində saxlamaq, Azərbaycanın müstəqil siyasətinə təsir göstərmək və regionda yenidən dominantlıq əldə etməkdir.
Lakin bu siyasətin nəticə verəcəyi inandırıcı görünmür.

1. Azərbaycan siyasi və iqtisadi cəhətdən heç vaxt olmadığı qədər güclüdür
Bakı müstəqil xarici siyasət kursuna tam sadiqdir və bu kursu dəyişdirmək üçün xaricdən edilən təzyiqlər real nəticə vermir.

2. Regionda yeni geosiyasi vəziyyət yaranıb
Rusiyanın Cənubi Qafqazdakı təsir imkanları əvvəlki kimi sərbəst deyil. Moskva əvvəlki alətlərini itirib.

3. Azərbaycan tərəfdaşlarını diversifikasiya edib
Türkiyə, Avropa İttifaqı, Mərkəzi Asiya ölkələri, eləcə də qlobal güclərlə, xüsusən də ABŞ və Çinlə isti münasibətlər Bakının balans imkanlarını artırır.

4. Kremlin təzyiq metodları köhnəlib
Diplomatik nümayəndəlikləri hədəfə alıb, onlarım  yaxınlığına zərbələr endirməklə nə siyasi, nə də hərbi baxımdan nəticə vermir - əksinə, Rusiyanın beynəlxalq imicinə zərbə vurur.
Azərbaycan geri addım atmayacaq. Təzyiq dilini qəbul etmədiyindən müəyyən etdiyi siyasi kursunu da dəyişməyəcək.

Azərbaycan regionun aparıcı gücüdür və heç bir xarici qüvvə Bakını müstəqil siyasətindən döndərə bilməz. Moskvanın təzyiq metodları nə siyasi təsir yaradır, nə də Azərbaycanın strateji istiqamətlərini dəyişdirə bilir. Bu metodlar nə vaxtsa işləyə bilərdi, amma artıq yeni reallıqlar var. Bu reallıqlarda Bakı güclü, Moskva isə zəifləmiş aktordur.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Noyabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see217

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see213

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see161

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see160

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see140

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see138

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see134

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see128

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see126

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see124

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see123

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see123

Saakaşvili xəstəxanadan ÇIXDI

12 Noyabr 2025 21:23see122

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see121

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see120

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri