Icma.az
close
up
RU
SƏFİRLIYİMİZƏ “PATİOT”LA HÜCUM OLUB? Kreml təbliğatı yenə “iz azdırır”...

SƏFİRLIYİMİZƏ “PATİOT”LA HÜCUM OLUB? Kreml təbliğatı yenə “iz azdırır”...

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 14-nə keçən gecə Rusiyanın növbəti raket hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin çox ciddi xəsarət alması Bakı ilə Moskva arasındakı onsuz da birmənalı olmayan münasibətləri yenidən gərginləşdirib. Azərbaycan XİN-in yaydığı bəyanatdan da göründüyü kimi, Ukraynadakı nümayəndəliklərimizin hədəf alınması ilk dəfə deyil ki, baş verir və bunun Rusiya qüvvələri tərəfindən bilərəkdən edildiyinə dair əsaslı şübhələr var.

Bəyanatda 2022-ci il 10 mart tarixində Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulluğunun, eləcə də 2024-cü il yanvarın 2-də Kiyevdəki səfirliyimizin Rusiya tərəfindən "Kinjal" raketi ilə hədəf alındığı göstərilir. Bunun ardınca 2025-ci il avqustun 28-də bir daha həmin bina raket hücumunun hədəfi olub. Eyni zamanda, 8 və 18 avqust 2025-ci il tarixlərində Odessa vilayətində SOCAR şirkətinin infrastrukturu açıq şəkildə vurulub.

Yəni, səfirliyimiz başda olmaqla, Ukraynada Azərbaycana aid nə varsa, hər şeyin bilərəkdən hədəf alındığı təəssüratı yaranır və bu qənaət əlbəttə ki, əsassız deyil. Çünki təsadüf 1-2 dəfə olar, bu halda isə eyni hücumlar, eyni nöqtəyə təkrar-təkrar həyata keçirilib.

Hələ ki, Rusiya tərəfi Azərbaycanın sözügedən notası ilə bağlı hər hansı rəsmi açıqalma verməyib. Əvəzində, Kreml təbliğatı növbəti çirkin və həyasız yalan kampaniyasına başlayıb.

Rusiyanın TASS dövlət agentliyi Rusiya hərbi qurumlarındakı adı çəkilməyən hansısa anonim mənbəyə istinadla məlumat yayıb ki, guya səfirliyimizə xəsarət yetirən raket Rusiyanın “İskəndər” raketi deyil, ABŞ-nin “Patriot” HHM sisteminə aid raket olub. Həmin məlumatda deyilir: “Hərbi mənbə TASS-a bildirib ki, Kiyevdəki Azərbaycan səfirliyinə dəyən ziyanın video görüntüləri onun Ukrayna Silahlı Qüvvələrinin "Patriot" zenit raketi ilə vurulduğunu göstərir”.

Göründüyü kimi, sanki ötən ilin dekabrında AZAL təyyarəsinin vurulmasındakı ssenari təkrarlanır. Həmin vaxt da günahı gah quş sürüsünün, gah trəyyarənin içərisindəki guya hansısa partlayışın, gah da ərazidəki Ukrayna PUA-larının üzərinə atmaq istədilər. Lakin sonradan təkzibolunmaz faktlar və Azərbaycanın siyasi iradəsi qarşısında aciz qalaraq, bu cinayəti “ala-yarımçıq” da olsa etiraf etdilər. 

İndi isə azı 5-ci dəfə hücuma məruz qalan səfirliyimizin vurulmasına görə Ukrayna HHM qüvvələrini və ABŞ-nin “Patriot” sistemlərini günahkar çıxarmağa çalışırlar. Göründüyü və gözlənildiyi kimi, müasir Rusiyanın davranışlarında və mahiyyətində düzələn heç nə yoxdur – yenə beynəlxalq hüquqa, adi insani normalara məhəl qoyulmaması, yalan, riyakarlıq, saxtakarlıq - “Qozbeli qəbir düzəldər”…

C.Məmmədli

“AzPolitika.info”   

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Noyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri