Icma.az
close
up
RU
Şəhadətə qovuşanlar: vətəv sevdalı Ceyhun Dünyamalıyev

Şəhadətə qovuşanlar: vətəv sevdalı Ceyhun Dünyamalıyev

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Şəhidlər ölməz, vətən bölünməz", - deyiblər. Müdrik ifadədir. Torpağı bölünməyə qoymayan igid, ərən oğullarımız var və heç zaman Odlar Diyarı parçalanmaz, yağının işğalında qalmaz. Özü də sayı minlərlə, milyonlarladır ərənlərimizin. "Vətən dardadır" sözünü eşidər-eşitməz onun səsinə səs verib, bu torpağın hər qarışı var olsun, - deyə, onu qanları ilə suvaran oğulların diyarı olan bu məmləkət heç zaman basılmaz.

44 günlük Vətən müharibəsində torpaq uğrunda mücadiləyə qalxaraq, erməni işğalında olan torpaqlarımızın azad olunması yolunda od-alov içinə atılan övladlarımızla yaşadığımız yüzilliyin Zəfər tarixini yazdılar. Müharibənin dəhşətlərinin nə olduğunu bilsələr də Azərbaycan Prezidenti, Ali Baş Komandanın çağrışına cavab olaraq, bir yumruq ətrafında birləşdilər. Sanki bu günü çoxdan gözələyirmiş kimi. Bəli, bütün vətən övladları bu çağırışı səbirsizliklə gözləyirdilər. Buna ac, möhtac idilər. Axı, işğalda olan əzəli torpaqlarımız öz sakinlərinin yolunun səbirsizliklə gözləyirdi. Dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində hər açılan günümüz bizi bu torpaqlara bir addım da yaxınlaşdırırdı.

"TƏKİ VƏTƏN SAĞ OLSUN!",- DEYİRLƏR

Vətən müharibəsində iştirak edən oğullarımız sırasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin leytenantı, sonralar isə Vətən müharibəsinin şəhidi kimi tariximizə düşəcək Ceyhun Zeynal oğlu Dünyamalıyev də adı var. "Zabit qabaqda olar deyib", könüllü XTQ-yə qoşuldu Ceyhun Dünyamalıyev.

Maraqlıdır, igid oğullarımızdan biri olan Ceyhunun həyat yolu haradan və necə başlayıb? Belə oğulların həyat hekayəsini vərəqləndikcə ana laylasından, ana öyüdündən vətənə olan sevginin aşılandığını görürük. Mərd, qorxmaz analarımız beşik başından övladlarına vətən sevgisini ötürərək, onları mübariz, qorxmaz, vətənə əmanət olaraq böyüdürlər. Kim bilir gələcəkdə hansı bir keşməkeşli həyat onları gözləyir. Tariximizdən bizə belə anaların fədakarlığı aşılanır. Belə analar heç aman əyilməzlər, vüqarları ilə dünya qadınlarına nümunə olublar. Bu gün şəhid anası olan ANALARımız kimi. Hansının qapısını döysək, məğrur bir ana ilə qarşılaşacağıq. "Təki vətən sağ olsun!"- deyirlər. Nə qədər böyük hikmət var bu ifadədə. Qürur var bu anaların simasında, səsində. Sınmayan qürur qarşısında baş əyirsən, səcdə edirsən. İlahi, anadakı vüqara, gücə sənə bax! Üçrəngli Azərbaycan bayrağına bürünmüş oğul cəsədini necə qarşılayır. Oğulu vətən üçün böyütmüşəm,- deyirlər. Ceyhun Zeynal oğlunun anası kimi. Bir ana ilə həmsöhbət olmaq, onun hissləri qarşısında davam gətirmək çətin olsa da Azərbaycan Qadınının haqqında deyilən fikirlərin necə də yerində söylənildiyinin şahidi olursan. Ceyhunun anası Gülnarə Dünyamalıyevanın fikirlərini "Səs" qəzeti üçün qələmə almaq, ana hisslərini milyonlarla oxucularla bölüşmək məsuliyyətdir. Ana danışır və onun simasında, çöhrəsində yaranan ifadələri duymaq və yeri gələndə bu hissləri də qələmə almaq məqamıdır. Sanki dünyanın iki zolağı, iki hissi gəzir bu dünyada. Kədər və sevinc. Övlad itkisi, digər tərəfdən isə Şəhidlik zirvəsi, tarixi Zəfərimiz. Hər kəsə, hər xalqa nəsib olmayan bir yüksəklik, bir Qələbəlik. Ana danışır. Ceyhun Dünyamalıyevin dünyaya gəlməsindən, aldığı təhsilindən söz açır.

ŞƏHİDLƏRİMİZ BİZİM SINMIŞ VÜQARIMIZI ÖZÜMÜZƏ QAYTARDILAR

İndi hər ili çözələdikcə bir obraz göz önünə gəlir: məktəbli, tələbə, hərbçi, ŞƏHİD. Bir insanın ömür naxışıdır. 1996-cı il oktyabrın 15-də Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olub. Gülnarə ana deyir ki, Ceyhun çox ağıllı, tərbiyəli, savadlı övlad idi: "Biz bir valideyn kimi hər zaman ondan razı olmuşuq. Ailədə də, məktəbdə də hər zaman özünü nümunəvi şəxs kimi aparıb. Orta məktəbdə oxuyarkən öz savadı və nizam-intizamı ilə hər zaman məktəb kollektivinin sevimlisi olub. Daha sonra orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Bu illər ərizində də hər zaman bizlərdən uzaqda olmasına baxmayaraq, qayğısını, diqqətini ailəsindən əsirgəməyib. Daha sonra Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etməyə başlayıb. Ceyhun çox vətənpərvər övlad idi. Hər zaman deyirdi ki, biz tarixi torpaqlarımızı düşmən tapdağından azad etməliyik".

BÜTÜN DÜNYA BU CƏSARƏTƏ, BU QƏHRƏMANLIĞA VƏ DƏYANƏTƏ ŞAHİDLİK ETDİ

Ana oğlunun söylədiklərini danışdıqca bitib-tükənmir. Bir insanın vətən sevgisindən danışır. Ömründən düşən yarpaqları oğul ömrünə calamışdı. İndi isə şəhid oğuldan danışır. Mərd övladından, xalqın övladından, Vətən oğlundan. Gülnarə ana dünənə boylanır. Ceyhunun söylədi fikirləri bizimlə bölüşür. "Qarabağ bizim əbədi və əzəli torpağımızdır, biz bu işğalla heç bir zaman barışa bilmərik" – dəyərdi Ceyhun həmişə. Ana danışır. Sanki bir dastan söyləyir bizlərə: "44 günlük Vətən müharibəsi başlayanda Ceyhun da digər qəhrəman oğullarımız kimi Vətənimizin müdafiəsinə qalxdı, vuruşdu, qanı, canı bahasına Qarabağımızı erməni işğalından azad etdi. Telefon danışığımız zamanı deyirdi ki, zabit qabaqda olmalıdır. O, çox mübariz və qətiyyətli idi. Bütün müsbət xarakteri, xoş ünsiyyəti ilə təkcə ailəsi tərəfindən deyil, onu tanıyan hər kəs tərəfindən sevilirdi. İndi isə övladımı bütün Azərbaycan tanıyır və onunla qürur duyur. Bütün şəhidlərimiz bizim qürur və iftixar mənbəyimizdir. Onların əziz xatirəsi bizlərin qəlbində daim yaşayacaq. Bir ana kimi istəyirəm ki, xalqımız qəhrəman şəhidlərimizi hər zaman, hər an yad etsin, gənclərimiz öz əməlləri ilə onların adlarını daim uca tutsunlar. Şəhidlərimiz bizim sınmış vüqarımızı özümüzə qaytardılar, ən şirin pay olan öz canlarını bu Vətən uğrunda, bu xalq uğrunda fəda etdilər. Bütün dünya bu cəsarətə, bu qəhrəmanlığa və dəyanətə şahidlik etdi. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç bir zaman sınmayacaq, əyilməyəcək, öz qətiyyəti və əmkarlığı ilə əsl nümunədir".

ŞƏHİD ANALARININ YEGANƏ TƏSƏLLİSİ TARİXİ ZƏFƏRİMİZDİR

Şəhid anası, həmçinin bildirdi ki, Ceyhunun və onun simasında bütün şəhidlərimiz daim xalqımız tərəfindən xatırlanmalı, yad edilməli, onların qəhrəmanlıqları və cəsarəti bütün dünyaya göstərilməlidir: "Biz şəhid anaları və şəhid ailələri o zaman təsəlli tapırıq ki, bizim övladlarımız Vətənimiz, torpağımız uğrunda vuruşub, canını fəda edib. Şəhidlərimiz haqq mübarizəsində ən uca zirvə olan şəhadət zirvəsinə ucalıblar. Onlar heç bir zaman unudulmamalı və gələcək nəsillərə tanıdılmalıdırlar. Bizlər şəhid balalarımız yad edilərkən, xatırlanarkən rahatlıq tapırıq. Şəhid yoldaşını unutmayan və onun əziz xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycanın hərbi pilotları səmada olarkən Xüsusi Təyinatlı Qüvvələrin şəhid leytenant Dünyamalıyev Ceyhun Zeynal oğlunun şərəfinə onun adı yazılmış vərəqi səmada nümayiş etdirmələri bizlər üçün çox qürurverici oldu".

Şəhid anası daha sonra bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzuladı. Bildirdi ki, Qarabağ bizim tarixi torpağımızdır və qəhrəman oğullarımızın sayəsində əzəli torpaqlarımız yenidən bizlərə, əsl sahiblərinə qaytarıldı. Artıq Qarabağımızı heç bir qüvvə bizdən qopara bilməz. Çünki o torpaqlara neçə-neçə igid, qəhrəman övladımızın qanı tökülüb. O torpaqlar bizim üçün müqəddəsdir və hər zaman belə olacaq".

Azərbaycan Ordusunun leytenantı olan Ceyhun Dünyamalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, Cəbrayıl, Füzuli, Zəngilan, Hadrut, Qubadlı, həmçinin Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ceyhun Dünyamalıyev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Doğulub, boya-başa çatdığı Culfa şəhərində dəfn olunub.

"ŞƏHİDLƏRİMİZİN RUHU İNDİ ŞADDIR, ÇÜNKİ TORPAQLARIMIZ AZADDIR"

Qeyd edək ki, müharibədə göstərdiyi igidliyə görə, vətən oğlu Ceyhun dövlətimiz tərəfindən bir neçə orden və medallara layiq görülüb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Ceyhun Dünyamalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Ceyhun Dünyamalıyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Ceyhun Dünyamalıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Ceyhun Dünyamalıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ceyhun Dünyamalıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Gülnarə xanım söhbətinin sonunda dedi ki, Ceyhun Dünyamalıyev və onun kimi qeyrətli oğullarımızın şəhadəti təbii ki, bizlər üçün olduqca kədərlidir. Ana üçün çox böyük dərddir: "Lakin bizlər, həm də qürurluyuq, ona görə ki, torpaqlarımız 30 ilə yaxın bir müddətdir qaldığı əsarətdən xilas olunub. Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər və vətənpərvər ordumuz bizlərin torpaq həsrətinə son qoyaraq, bizlərə dünya boyda sevinc və iftixar hisslərini yaşatdılar".

Ceyhun Culfada dəfn olunub, - deyir Ana. Hər gün insanlar onun və digər şəhidlərimizin məzarını ziyarət etmək üçün oraya axın edirlər: "İnanıram ki, şəhidlərimizin ruhu indi şaddır. Çünki torpaqlarımız azaddır".

Nəzakət ƏLƏDDİNQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Dekabr 2024 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

26 İyul 2025 09:00see184

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see138

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see136

Krediti qaytarmayanların sayı artır: NİYƏ?

25 İyul 2025 15:42see135

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see134

Orxan yeni komandasında qolla debüt etdi

26 İyul 2025 11:06see134

Xərçəng xəstəliyinin əməliyyatı və müalicəsi niyə icbari tibbi sığortaya salınmır? Müzakirə

25 İyul 2025 18:48see133

Barmaqları çatlatmaq oynaqlara zərərdir?

25 İyul 2025 15:57see130

Oleq Bakinski işində Kuçerə BƏRAƏT VERİLDİ

25 İyul 2025 18:03see130

İbrahim Tatlısesin Səddam Hüseynlə qohum olduğu üzə çıxdı

26 İyul 2025 06:15see129

Filip Ozobiç Turan Tovuz da EKSKLÜZİV

26 İyul 2025 10:23see129

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see128

MM dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

25 İyul 2025 19:11see126

Rubio Trampı sərt xarici siyasətə təşviq edən əsas simalardandır Politoloq AÇIQLADI

25 İyul 2025 19:59see126

Ukrayna Stavropola hücum etdi

26 İyul 2025 10:29see126

Pokrovsk uğrunda şiddətli döyüşlər GEDİR

26 İyul 2025 10:10see126

Daily Mail : İrəvan yaxınlığındakı AES hər an partlaya bilər

26 İyul 2025 00:51see125

Nyu York birjasında təbii qaz bahalaşıb

26 İyul 2025 10:24see125

Kamboca atəşkəs təklifini qəbul etdi

26 İyul 2025 10:55see123

Abşeronda motosiklet yolu keçmək istəyən piyadanı vurdu

26 İyul 2025 02:20see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri