Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

“Səhər dedilər 11000 ödəməlisiniz, axşam anamın ölüm xəbəri gəldi”

“Səhər dedilər 11000 ödəməlisiniz, axşam anamın ölüm xəbəri gəldi”

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

"Anam bu il martın 13-dən 24-dək Bakı Sağlamlıq Mərkəzinin (BSM) Reanimasiya şöbəsində müalicə alıb. Ona nə vaxtında doğru diaqnoz qoya biliblər, nə də normal xidmət göstərilib. Nəticədə anam 24 mart tarixində xəstəxanada vəfat edib".

Milli.Az xəbər verir ki, bu iddia ilə "Qafqazinfo"ya jurnalist Cavid Məmmədov müraciət edib. 

Şikayətçi bildirib ki, valideyni-Məmmədova Mətanət İdris qızını xəstəxanaya yerləşdirən zaman ona əlavə 2 min manata yaxın ödəniş etməli olduğu deyilib: "Tibb müəssisəsindən mənə deyildi ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində xəstəxanaya limit qoyulub və çox az pul ayrılır, bu vəsait isə xəstəyə keyfiyyətli xidmət göstərməyə imkan vermir. Buna görə də keyfiyyətli xidmət üçün əlavə 1500-2000 AZN ödəməliyik. Bununla razılaşdım, lakin elə həmin gün anamı xəstəxanaya yerləşdirdikdə məndən 3000 AZN tələb olundu. Həmin məbləği dərhal ödədik və yalnız bundan sonra anamı Reanimasiya şöbəsinə qəbul etdilər. Lakin təəssüf ki, keyfiyyətli xidmət elə sözdə qaldı. 

Xəstəxanada olduğumuz müddətdə ora kənardan təxminən 1250 AZN dəyərində dərman alıb verdik. Səbəbini soruşduqda isə bildirildi ki, İTS dərman vasitələrinin xərcini qarşılamır, xəstəxana dərmanları tender əsasında yalnız bir şirkətdən alır. Həmin şirkət isə yalnız müəyyən dərmanları tədarük edir. Vəziyyət o həddə çatmışdı ki, hətta Xidmətlər Zərfi təminatına daxil olan dərmanları belə almağımızı istədilər, etiraz etdikdə isə bunun "anlaşılmazlıq" olduğunu dedilər".

Mərhumun oğlu əlavə edib ki, anasının xəstəxanada olduğu müddətdə göstərilən xidmətin keyfiyyəti ilə bağlı dəfələrlə şikayət edilsə də, hər dəfə yaranan problemləri "anlaşılmazlıq"la izah ediblər: "Məsələn, ilk günlərdə anama düzgün diaqnoz qoya bilmədilər, yalnız 5 gün sonra onun qanında təhlükəli infeksiya olduğu məlum oldu, halbuki xəstəxanada olduğu ilk 5 gün ərzində edilmiş analizlərin nəticələri səhv olaraq anamda infeksiyanın olmadığını göstərirdi. Beləliklə, xəstəxananın yanlış analizi səbəbindən anamın müalicəsində 5 günü itirmiş olduq, nəticədə koma vəziyyətinə düşdü. Martın 24-ü səhər saatlarında mənimlə əlaqə saxlayıb bildirdilər ki, xəstəxanaya 11000 AZN borcumuz yaranıb və bunun azı 3000 AZN-ni ödəməlisiniz. Soruşanda ki, bəs necə olub bu borc yığılıb və mənə xəbər etməmisiniz, zəng edən şəxs əsaslı izah verə bilmədi. Səhər ödənişin bir hissəsini etdik, axşam isə anamın vəfat etdiyi xəbəri gəldi. Beləliklə, bu müddətdə xəstəxanaya cəmi 6000 AZN ödəniş etdik".  

C.Məmmədov xəstəxanadan ödənilən pula görə hesab-fakturanın verilməsini tələb etsə də, BSM-in bir-birini təkzib edən sənədlər təqdim etdiyini deyir: "Məlum oldu ki, 11000 AZN borcumuzun yaranması ilə bağlı iddialar əsassızdır. Lakin təqdim olunan bütün sənədlərdə qeyd olunan xidmətlərin böyük əksəriyyəti icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata daxildir və qanunvericiliyə görə, zərfə daxil olan xidmətlərə görə vətəndaşdan ödəniş alınmamalıdır. 

İcbari tibbi sığorta tərəfindən BSM-ə 784 AZN (döş qəfəsi KT - 50 AZN, digər orqan və ya sistemlərin zədələnməsi ilə müşayiət olunan qırmızı qurd eşənəyi - 734 AZN) məbləğində ödəniş edilib. Xəstəxana iddia edir ki, həmin məbləğ müalicə həyata keçirmək üçün azlıq edir, məhz buna görə vətəndaşlardan ödəniş alınır. Əgər həqiqətən sığorta ödənişinin məbləği azdırsa, niyə BSM yanvar ayından etibarən Xidmətlər Zərfi çərçivəsində xidmət göstərir? Bu halda özəl müəssisələr kimi Xidmətlər Zərfi çərçivəsində xidmət göstərməkdən imtina etmək daha məntiqəuyğun olmazdımı?! Anamın xəstəliyi Xidmətlər Zərfi təminatına daxil olduğuna görə, onun Reanimasiyada yatışı üçün çəkilən xərclər də zərfdə müəyyən edilmiş qiymətlərə əsasən hesablanmalı və İTS tərəfindən qarşılanmalıdır. 

BSM iddia edir ki, guya anam üçün kənardan 3900 AZN-lik dərman alınıb və bu dərmanların pulu mənim ödədiyim məbləğdən çıxılıb. Halbuki özlərinin mənə təqdim etdikləri hesab-fakturada xərclərin bölgüsü fərqli göstərilib. Həmçinin xəstəxana anama 2100-2200 AZN dəyərində qan və qan komponentləri vurulduğunu bəyan edir. İddia edilir ki, anama 2 dəfə trombosit kütləsi köçürülüb. Hər kütlə isə guya Qan Bankından 600 AZN-ə alınır. Əslində bu xidmətə görə məndən vəsaitin alınması qanunsuz olub. Çünki qanunvericiliyə görə qanın, qan komponentlərinin donorluğu pulsuzdur, onların pulla satışı isə qadağandır". 

O bildirib ki, ödəmiş olduğu 6000 AZN-in 1000 AZN-ni geri qaytarılıb. Cavid Məmmədov iddia edir ki, göstərilmiş eyni xidmətə görə həm İTS-dən, həm də ondan ödəniş alınıb, bu isə "Tibbi sığorta haqqında" Qanuna ziddir. O, BSM-dən qanunsuz olaraq alınmış artıq ödənişin geri qaytarılmasını tələb edir.

Şikayətlə bağlı Bakı Sağlamlıq Mərkəzinə müraciət etsək də, ittihamlara cavab ala bilmədik. Nə qədər qəribə olsa da, tibb müəssisəsinin Mətbuat xidmətindən bildirildi ki, mətbuatdan göndərilən sorğulara deyil, yalnız dövlət qurumlarından göndərilən rəsmi məktublara cavab verilir. Hər ehtimala qarşı sorğumuzu göndərmək üçün elektron poçt ünvanı istəsək də, məlum oldu ki, bunu qurumun Çağrı Mərkəzinə zəng edərək öyrənməliyik. 

Xəstəxanaya icbari tibbi sığorta çərçivəsində kifayət qədər vəsait ayrılmaması iddiaları ilə əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanladığımız sorğuya isə belə cavab aldıq: "Məmmədov Cavid Faiq oğlunun anası Məmmədova Mətanət İdris qızına Bakı Sağlamlıq Mərkəzində göstərilmiş tibbi xidmətlərə görə ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanlandığı müraciətinə baxılıb. Agentlik tərəfindən 25.07.2025-ci il tarixində verilən rəsmi məktubda müraciətin araşdırılması zamanı vətəndaşın anası Məmmədova Mətanət İdris qızına Bakı Sağlamlıq Mərkəzində icbari tibbi sığorta çərçivəsində "Döş qəfəsi KT" və "Digər orqan və ya sistemlərin zədələnməsi" ilə müşayiət olunan stasionar tibbi xidmətlərin Nazirlər Kabinetinin (2020-ci il 10 yanvar, 5 nömrəli) qərarı ilə təsdiq olunmuş "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi" çərçivəsində icra olunduğu barədə məlumat verilib. Habelə qeyd edilib ki, Agentlik tərəfindən göstərilən tibbi xidmətə görə tibb müəssisəsinə ümumilkdə 784 manat məbləğində vəsait ödənilib. 

Vətəndaşa icbari tibbi sığortaya daxil olmayan digər tibbi xidmətlərin ödənişi ilə bağlı sözügedən tibb müəssisəsinə müraciət etməsi və eyni zamanda zəruri təsdiqedici sənədlərlə məhkəməyə müraciət etmək hüququnun da olduğu bildirilib". 

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Dekabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri