Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

“Səhər dedilər 11000 ödəməlisiniz, axşam anamın ölüm xəbəri gəldi”

“Səhər dedilər 11000 ödəməlisiniz, axşam anamın ölüm xəbəri gəldi”

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Anam bu il martın 13-dən 24-dək Bakı Sağlamlıq Mərkəzinin (BSM) Reanimasiya şöbəsində müalicə alıb. Ona nə vaxtında doğru diaqnoz qoya biliblər, nə də normal xidmət göstərilib. Nəticədə anam 24 mart tarixində xəstəxanada vəfat edib”.

Bu iddia ilə “Qafqazinfo”ya jurnalist Cavid Məmmədov müraciət edib. 

Şikayətçi bildirib ki, valideyni-Məmmədova Mətanət İdris qızını xəstəxanaya yerləşdirən zaman ona əlavə 2 min manata yaxın ödəniş etməli olduğu deyilib: “Tibb müəssisəsindən mənə deyildi ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində xəstəxanaya limit qoyulub və çox az pul ayrılır, bu vəsait isə xəstəyə keyfiyyətli xidmət göstərməyə imkan vermir. Buna görə də keyfiyyətli xidmət üçün əlavə 1500-2000 AZN ödəməliyik. Bununla razılaşdım, lakin elə həmin gün anamı xəstəxanaya yerləşdirdikdə məndən 3000 AZN tələb olundu. Həmin məbləği dərhal ödədik və yalnız bundan sonra anamı Reanimasiya şöbəsinə qəbul etdilər. Lakin təəssüf ki, keyfiyyətli xidmət elə sözdə qaldı. 

Xəstəxanada olduğumuz müddətdə ora kənardan təxminən 1250 AZN dəyərində dərman alıb verdik. Səbəbini soruşduqda isə bildirildi ki, İTS dərman vasitələrinin xərcini qarşılamır, xəstəxana dərmanları tender əsasında yalnız bir şirkətdən alır. Həmin şirkət isə yalnız müəyyən dərmanları tədarük edir. Vəziyyət o həddə çatmışdı ki, hətta Xidmətlər Zərfi təminatına daxil olan dərmanları belə almağımızı istədilər, etiraz etdikdə isə bunun “anlaşılmazlıq” olduğunu dedilər”.

Mərhumun oğlu əlavə edib ki, anasının xəstəxanada olduğu müddətdə göstərilən xidmətin keyfiyyəti ilə bağlı dəfələrlə şikayət edilsə də, hər dəfə yaranan problemləri “anlaşılmazlıq”la izah ediblər: “Məsələn, ilk günlərdə anama düzgün diaqnoz qoya bilmədilər, yalnız 5 gün sonra onun qanında təhlükəli infeksiya olduğu məlum oldu, halbuki xəstəxanada olduğu ilk 5 gün ərzində edilmiş analizlərin nəticələri səhv olaraq anamda infeksiyanın olmadığını göstərirdi. Beləliklə, xəstəxananın yanlış analizi səbəbindən anamın müalicəsində 5 günü itirmiş olduq, nəticədə koma vəziyyətinə düşdü. Martın 24-ü səhər saatlarında mənimlə əlaqə saxlayıb bildirdilər ki, xəstəxanaya 11000 AZN borcumuz yaranıb və bunun azı 3000 AZN-ni ödəməlisiniz. Soruşanda ki, bəs necə olub bu borc yığılıb və mənə xəbər etməmisiniz, zəng edən şəxs əsaslı izah verə bilmədi. Səhər ödənişin bir hissəsini etdik, axşam isə anamın vəfat etdiyi xəbəri gəldi. Beləliklə, bu müddətdə xəstəxanaya cəmi 6000 AZN ödəniş etdik”.  

C.Məmmədov xəstəxanadan ödənilən pula görə hesab-fakturanın verilməsini tələb etsə də, BSM-in bir-birini təkzib edən sənədlər təqdim etdiyini deyir: “Məlum oldu ki, 11000 AZN borcumuzun yaranması ilə bağlı iddialar əsassızdır. Lakin təqdim olunan bütün sənədlərdə qeyd olunan xidmətlərin böyük əksəriyyəti icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata daxildir və qanunvericiliyə görə, zərfə daxil olan xidmətlərə görə vətəndaşdan ödəniş alınmamalıdır. 

İcbari tibbi sığorta tərəfindən BSM-ə 784 AZN (döş qəfəsi KT - 50 AZN, digər orqan və ya sistemlərin zədələnməsi ilə müşayiət olunan qırmızı qurd eşənəyi - 734 AZN) məbləğində ödəniş edilib. Xəstəxana iddia edir ki, həmin məbləğ müalicə həyata keçirmək üçün azlıq edir, məhz buna görə vətəndaşlardan ödəniş alınır. Əgər həqiqətən sığorta ödənişinin məbləği azdırsa, niyə BSM yanvar ayından etibarən Xidmətlər Zərfi çərçivəsində xidmət göstərir? Bu halda özəl müəssisələr kimi Xidmətlər Zərfi çərçivəsində xidmət göstərməkdən imtina etmək daha məntiqəuyğun olmazdımı?! Anamın xəstəliyi Xidmətlər Zərfi təminatına daxil olduğuna görə, onun Reanimasiyada yatışı üçün çəkilən xərclər də zərfdə müəyyən edilmiş qiymətlərə əsasən hesablanmalı və İTS tərəfindən qarşılanmalıdır. 

BSM iddia edir ki, guya anam üçün kənardan 3900 AZN-lik dərman alınıb və bu dərmanların pulu mənim ödədiyim məbləğdən çıxılıb. Halbuki özlərinin mənə təqdim etdikləri hesab-fakturada xərclərin bölgüsü fərqli göstərilib. Həmçinin xəstəxana anama 2100-2200 AZN dəyərində qan və qan komponentləri vurulduğunu bəyan edir. İddia edilir ki, anama 2 dəfə trombosit kütləsi köçürülüb. Hər kütlə isə guya Qan Bankından 600 AZN-ə alınır. Əslində bu xidmətə görə məndən vəsaitin alınması qanunsuz olub. Çünki qanunvericiliyə görə qanın, qan komponentlərinin donorluğu pulsuzdur, onların pulla satışı isə qadağandır”. 

O bildirib ki, ödəmiş olduğu 6000 AZN-in 1000 AZN-ni geri qaytarılıb. Cavid Məmmədov iddia edir ki, göstərilmiş eyni xidmətə görə həm İTS-dən, həm də ondan ödəniş alınıb, bu isə “Tibbi sığorta haqqında” Qanuna ziddir. O, BSM-dən qanunsuz olaraq alınmış artıq ödənişin geri qaytarılmasını tələb edir.

Şikayətlə bağlı Bakı Sağlamlıq Mərkəzinə müraciət etsək də, ittihamlara cavab ala bilmədik. Nə qədər qəribə olsa da, tibb müəssisəsinin Mətbuat xidmətindən bildirildi ki, mətbuatdan göndərilən sorğulara deyil, yalnız dövlət qurumlarından göndərilən rəsmi məktublara cavab verilir. Hər ehtimala qarşı sorğumuzu göndərmək üçün elektron poçt ünvanı istəsək də, məlum oldu ki, bunu qurumun Çağrı Mərkəzinə zəng edərək öyrənməliyik. 

Xəstəxanaya icbari tibbi sığorta çərçivəsində kifayət qədər vəsait ayrılmaması iddiaları ilə əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanladığımız sorğuya isə belə cavab aldıq: “Məmmədov Cavid Faiq oğlunun anası Məmmədova Mətanət İdris qızına Bakı Sağlamlıq Mərkəzində göstərilmiş tibbi xidmətlərə görə ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanlandığı müraciətinə baxılıb. Agentlik tərəfindən 25.07.2025-ci il tarixində verilən rəsmi məktubda müraciətin araşdırılması zamanı vətəndaşın anası Məmmədova Mətanət İdris qızına Bakı Sağlamlıq Mərkəzində icbari tibbi sığorta çərçivəsində “Döş qəfəsi KT” və “Digər orqan və ya sistemlərin zədələnməsi” ilə müşayiət olunan stasionar tibbi xidmətlərin Nazirlər Kabinetinin (2020-ci il 10 yanvar, 5 nömrəli) qərarı ilə təsdiq olunmuş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” çərçivəsində icra olunduğu barədə məlumat verilib. Habelə qeyd edilib ki, Agentlik tərəfindən göstərilən tibbi xidmətə görə tibb müəssisəsinə ümumilkdə 784 manat məbləğində vəsait ödənilib. 

Vətəndaşa icbari tibbi sığortaya daxil olmayan digər tibbi xidmətlərin ödənişi ilə bağlı sözügedən tibb müəssisəsinə müraciət etməsi və eyni zamanda zəruri təsdiqedici sənədlərlə məhkəməyə müraciət etmək hüququnun da olduğu bildirilib”. 

Gülnar Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Dekabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see929

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see511

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see364

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see329

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see302

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see296

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see282

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see274

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see270

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see264

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see254

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see251

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see250

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see240

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see235

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see232

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see232

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see212

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see210

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri