Icma.az
close
up
RU
Səhər yeməyi yeməyən uşaqlarla bağlı MÜHÜM XƏBƏR

Səhər yeməyi yeməyən uşaqlarla bağlı MÜHÜM XƏBƏR

Icma.az bildirir, Pravda.az portalına istinadən.

Uşaqlarda sağlam qidalanma həm fiziki inkişaf, həm də məktəbdəki nailiyyətlər baxımından olduqca vacibdir. Düzgün və kifayət qədər qidalanmayan uşaqlarda tez-tez qan azlığı (anemiya) problemi yaranır ki, bu da birbaşa olaraq tədris müvəffəqiyyətini mənfi təsir altına salır.

Pravda.az bildirir ki, qan azlığı uşaqlarda həm fiziki, həm də zehni inkişafı ləngidir.

Qan azlığı nədir?

Qan azlığı – qırmızı qan hüceyrələrinin (eritrositlərin) miqdarının yaşa uyğun normal səviyyədən aşağı düşməsi ilə xarakterizə olunan vəziyyətdir. Ən çox rast gəlinən səbəb isə dəmir çatışmazlığıdır. Dəmir çatışmazlığı zamanı orqanizm kifayət qədər hemoglobin istehsal edə bilmir, bu da uşağın ümumi sağlamlığına mənfi təsir göstərir.

Uşaqlarda qan azlığının əsas səbəbləri:

Dəmir çatışmazlığı: Ən geniş yayılmış səbəbdir.

B12 vitamini çatışmazlığı: B12 və fol turşusunun azlığı da anemiyaya səbəb olur.

Xroniki xəstəliklər: Böyrək xəstəlikləri, artrit, lupus kimi xroniki xəstəliklər də qan azlığına yol aça bilər.

Əlamətləri nələrdir?

Qan azlığı olan uşaqlarda aşağıdakı əlamətlər müşahidə oluna bilər:

Halsızlıq və yorğunluq

İştahsızlıq

Solğun dəri

Başgicəllənmə

Tez-tez xəstələnmə

Ürəkdə döyüntülər

İçeqapanıqlıq və depressiya

Zehni inkişafın ləngiməsi

Yaxşı qidalanma qan azlığını önləyir

Qan azlığı olan uşaqların müalicəsində düzgün və balanslı qidalanma əsas rol oynayır. Qırmızı ət, quru meyvələr, bəhməz, fındıq kimi dəmir baxımından zəngin məhsulların istifadəsi tövsiyə olunur.

Xüsusilə, məktəb dövründə olan uşaqlar səhər yeməyindən imtina etməməlidirlər. Tədqiqatlara görə, səhər yeməyi edən uşaqlar dərslərində daha uğurlu olur. Səhər yeməyində tam taxıllı çörək, süd, yumurta və pendir kimi zülalla zəngin qidalar mütləq yer almalıdır. Bu, uşağın konsentrasiyasını və qavrama qabiliyyətini artırır.

Qan azlığının səbəbi müəyyən edilməlidir

Qan azlığının müalicəsində ilk addım onun səbəbini dəqiq müəyyənləşdirməkdir. Dəmir çatışmazlığına əsaslanan qan azlığı halları dünyada ən çox rast gəlinən anemiya növüdür.

Uşaqlarda qan azlığının müalicəsi necə aparılır?

Qan analizləri nəticəsində uşağın vəziyyəti və anemiyanın növü təyin edilir. Müalicəyə dəmir preparatları ilə başlanılır. Körpələrə sirop və damcı şəklində dərmanlar verilir. Müalicə müddətində uşaqların vəziyyəti mütəmadi olaraq yoxlanılmalı və təhlillər aparılmalıdır.

Qan azlığının qarşısını almaq üçün nə etməli?

Təzə meyvə sularından və meyvələrdən istifadə artırılmalıdır

Qırmızı ət və balıq kimi məhsullar mütəmadi qəbul olunmalıdır

B12 vitamini ilə zəngin qidalarla uşağın rasionu dəstəklənməlidir

Hər səhər yeməyində süd, yumurta və pendir kimi zülalla zəngin məhsullar olmalıdır.

Əminə Bayramova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://pravda.az
archiveBu xəbər 15 Aprel 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see233

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see172

Tərtərdə qəza Bir ailənin 3 üzvü xəsarət aldı

31 May 2025 20:31see157

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see142

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see136

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see133

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see128

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see127

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see126

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see124

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see124

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see123

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see121

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see116

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see116

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see115

Piastri İspaniya Qran prisinə ilk pillədən start verəcək

31 May 2025 19:49see114

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see113

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see112

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri