Göygöldə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Çoxəsrlik zəngin keçmişdən çiçəklənən gələcəyə” adlı tədbir keçirilib FOTOLAR
Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı üzrə Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Çoxəsrlik zəngin keçmişdən-çiçəklənən gələcəyə” adlı tədbir keçirilib.
Tədbir zamanı ilk öncə Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev tədbiri giriş sözü ilə açaraqAzərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişinin olmasının, bu ənənələrin milli mədəniyyətin əsas xüsusiyyətlərinin qorunması ilə ötən dövrlərin memarlıq tendensiyalarına uyğun müasir çağırışlarla uzlaşmasının, o cümlədən ölkənin sosial-iqtisadi inkişaf strategiyasında paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi kimi məqsədlərin mövcudluğunun 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi üçün ciddi bazis rolunu oynadığını bildirmiş, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərarının ölkəmizin iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin bariz göstəricisi olduğunu vurğulamışdır.
Vüqar İsayev qeyd etmişdir ki, bu gün Ulu Öndər Heydər Əliyevin memarı olduğu Müstəqil Azərbaycan Respublikası yeni dövrün tələblərinə uyğun olaraq özünün hərtərəfli inkişaf dövrünü yaşayır. Bu sürətli inkişaf və əldə onunan yüksək nailiyyətlər Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı, güclü dövlət və dinamik inkişaf strategiyasının müəllifi, Qalib Dövlətin Qalib Lideri Prezident İlham Əliyevin adı ilə bağlıdır və Azərbaycan Respublikasının Vətən müharibəsi və antiterror tədbirlərində böyük Zəfərinin ardınca işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması, o cümlədən əhalinin təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunması istiqamətində atılan addımlar xüsusilə təqdirəlayiqdir.
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev çıxış edərək bildirib ki, Qalib Xalqın Qalib Lideri, Prezident İlham Əliyevin misilsiz fəaliyyəti uğurlu inkişafımızın əsası olmaqla bərabər, həm də sabitliyin möhkəmləndirilməsi, davamlı yüksəlişin təmin edilməsi və vətəndaş cəmiyyətinin bərqərar olması baxımından çox dəyərlidir və qədirbilən xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Dövlət başçısının Azərbaycanın milli maraqlarını daim uca tutması xalqımızı Onun ətrafında sıx birləşdirib. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ölkənin inkişafında, eləcə də milli maraqların qorunmasında öz əksini tapır və Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə və xalqın rifahının yüksəlməsinə xidmət edir.
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun Elm şöbəsinin müdiri Yasin Gözəlov, Həmkarlar Təşkilatının sədri Aytən Məmmədova, ərazi partiya təşkilatının fəal üzvü Rasimə Hüseynova və digərləri çıxış etmiş, bütün çıxış və nitqlərdə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində qazanılan uğurlardan bəhs olunmuş, Azərbaycanın özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqlədiyi və bu liderliyin əsrlər boyu davam edəcəyi bildirilmişdir.
Tədbirdə Partiya veteranı, Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Qafar Məmmədova 65 illik yubileyi münasibəti ilə YAP Göygöl rayon təşkilatının və Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun Fəxri Fərmanlarıvə qiymətli hədiyyələr təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 06 Yanvar 2026 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















