Süni intellektin kiberhücumlar üçün alətə çevrilməsi mümkündür ŞƏRH EDİLDİ
Sia Az saytına istinadən Icma.az xəbər verir.
"Süni intellekt (Sİ) kibertəhlükəsizlik sahəsində həm müdafiə, həm də hücum imkanlarını kökündən dəyişir". Bu sözləri SİA-ya açıqlamasında İKT üzrə ekspert Elvin Abbasov deyib.
O bildirib ki, bir tərəfdən Sİ real vaxtda anomaliyaları aşkar edə, hücum nümunələrini tanıya və böyük həcmli məlumat axınında riskləri proqnozlaşdıra bilir: "Bu, xüsusilə fişinq, DDoS hücumları, zərərli proqramların analizi kimi sahələrdə kibermüdafiə sistemlərinin daha çevik və proaktiv olmasına şərait yaradır. Digər tərəfdən, süni intellektin özünün də kiberhücumlar üçün alətə çevrilməsi mümkündür. Hücum edən tərəf generativ modellərdən istifadə edərək replika e-maillər, sosial mühəndislik mətnləri və ya zəiflikləri avtomatik skan edən alqoritmlər hazırlaya bilər.
Yəni süni intellekt kibertəhlükəsizliyi “gücləndirən silah” olduğu qədər, nəzarətsiz və ya yanlış əllərdə “təhlükəli silah”a da çevrilə bilər. Bu səbəbdən də ölkələr və təşkilatlar üçün əsas vəzifə Sİ-nin etibarlı, etik və nəzarətli tətbiqini təmin etmək, eyni zamanda Sİ-yə qarşı Sİ ilə mübarizə aparmaq qabiliyyəti formalaşdırmaqdır. Gələcəyin kibertəhlükəsizliyi artıq yalnız firewall və antivirus üzərində deyil, ağıllı alqoritmlərin dueli üzərində qurulacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 23 May 2025 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















