Şəhid ailələrinə 50 mindən çox tibbi xidmət göstərilib
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şəhid ailəsi üzvlərinə 2026-cı ilin ilk üç ayı ərzində 50 mindən çox tibbi xidmət göstərilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, 2026-cı ilin ilk üç ayı ərzində TƏBİB tabeli tibb müəssisələrinə 4 min 261 şəhid ailəsi üzvü tərəfindən 14 min 645 müraciət daxil olub. Müraciətlər əsasında onlara ümumilikdə 51 min183 adda müxtəlif tibbi xidmət göstərilib.
Tibbi xidmətlər, əsasən, terapevtik, kardioloji, endokrinoloji, nevroloji, laborator-diaqnostik və radioloji istiqamətləri əhatə edib.
Bununla yanaşı, YAŞAT Fondu tərəfindən 12 müraciət araşdırılaraq müvafiq dəstək göstərilib.
Qeyd edək ki, hazırda TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən koordinatorlar vasitəsilə şəhid ailəsi üzvlərinə növbəsiz tibbi xidmətlərin göstərilməsi, müayinələrin təşkili və zəruri hallarda yönləndirmə xidmətləri təmin olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 17 Aprel 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















