Şəhid Alim İbrahimovun xatirəsinə həsr olunan sərgi açılıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Göyçay, 23 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Şəhidlərin Anım Gününün beşinci ildönümü ilə əlaqədar Göyçayda tədbir keçirilib. Arif Məmmədov adına Göyçay Uşaq Musiqi Məktəbində baş tutan tədbirdə mədəniyyət müəssisələrinin kollektivləri, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, musiqi məktəbində qarmon müəllimi işləmiş, Vətən müharibəsində şəhid olmuş Alim İbrahimovun döyüş yoluna həsr edilən sərgiyə baxış keçirilib. Ardınca onun adını daşıyan akt zalında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Məktəbin müəllim və şagirdlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş olunub.
Çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova Qələbə salnaməsinin ilk günü olan 27 sentyabrın tariximizə rəşadət və qəhrəmanlıq səhifəsi kimi əbədi yazıldığını vurğulayıb.
Şəhidin atası Zöhrab İbrahimov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Bədii hissə ilə davam edən tədbirin sonunda şəhid Alim İbrahimovun portreti məktəb kollektivi adından ailəsinə təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 23 Sentyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















