Icma.az
close
up
RU
Parisdə şəhid jurnalistlərin xatirəsinə təşkil edilən sərgi böyük əhəmiyyət daşıyırdı şəhid Məhərrəm İbrahimovun qardaşı FOTO

Parisdə şəhid jurnalistlərin xatirəsinə təşkil edilən sərgi böyük əhəmiyyət daşıyırdı şəhid Məhərrəm İbrahimovun qardaşı FOTO

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Azərbaycan dövləti şəhid jurnalistlərin ailə üzvlərinə daim xüsusi diqqət və qayğı göstərir, onların xatirəsinin yad edilməsi istiqamətində addımlar atılır. Bununla yanaşı ictimai təşkilatlar da bu istiqamətdə müəyyən işlər görür. Bir müddət əvvəl "Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birliyinin təşkilatçılığı ilə Faransanın paytaxtı Paris şəhərində şəhid jurnalsitlərin xatirəsinə həsr edilən sərgi isə bu mənada xüsusi əhəmiyyət daşıyırdı.

Bu sözləri Trend-ə şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov bildirib.

Şəhid qardaşı əlavə edib ki, belə bir sərginin ilk dəfə, özü də Avropada keçirilməsi şəhidlərimizə göstərilən diqqətlə yanaşı, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün önəmlidir:

"Ermənistanın Azərbaycana təcavüzü, dinc və mülki şəxslərə, xüsusilə də peşə borcunu yerinə yetirən jurnalsitlərə qarşı müharibə cinayətləri törətməsi, mina terroru və.s kimi məsələlər dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Biz bu istiqamətdə haqq səsimizi beynəlxalq aləmdə həmişə qaldırmalıyıq. Parisdə təşkil edilən sərgi, həmçinin şəhid jurnalistlərin fotolarından ibarət bukletlərin paylanılması, bu tədbirə avropalı siyasətçilərin, tanınmış və nüfuzlu şəxslərin cəlb edilməsi təqdirəlayiq haldır. Buna görə ailəmiz adından "Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birliyinə təşəkkür edirik".

Əsgər İbrahimov həmçinin bildirib ki, dövlət tərəfindən bütün şəhidlərə hansı diqqət və qayğı göstərilirsə, Məhərrəmin ailəsi də kənarda qalmır:

"Ailəsinə dövlət tərəfindən ev verilib. Azərbaycan Prezidenti İlham Əliyevin ayırdığı müavinət verilir. Bu yaxınlarda Müdafiə Nazirliyinin ordeni ilə təltif edildi. Mən özüm fərdi olaraq Məhərrəmin adının əbədiləşdirilməsi üçün tədbirlər keçirirəm. Şəhid jurnalistlərin xatirəsinə ənənəvi mini futbol turniri keçirilib. Mən özüm də mətbuat işçisi olduğum üçün həmkar qurumlar tədbirləri işıqlandırırlar. Məhərrəmlə bağlı müəllifi olduğum "Jurnalist ömrünün əbədiyyət nəğməsi" kitabı işıq üzü görüb. Kitabın Mətbuat Şurasında, Respublika Kitabxanasında, Naxçıvan Dövlət Kitabxanasında təqdimatı keçirilib. Yaxın günlərdə belə bir tədbir BDU-da keçiriləcək".

Xatırladaq ki, 2021-ci il iyunun 4-də saat 11.00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan "KamAZ" markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər - AZƏRTAC-ın müxbiri M.İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olublar.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Sentyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see658

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see273

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see253

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see248

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see219

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see185

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see178

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see177

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see151

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri