Icma.az
close
up
RU
ŞƏHİD ANALARI BU 8 MARTDA DA DİQQƏTDƏN KƏNARDA QALMADI “Fireland Group” “Mənim Oğlum Qəhrəmandır” layihəsi çərçivəsində növbəti möhtəşəm tədbirini keçirdi

ŞƏHİD ANALARI BU 8 MARTDA DA DİQQƏTDƏN KƏNARDA QALMADI “Fireland Group” “Mənim Oğlum Qəhrəmandır” layihəsi çərçivəsində növbəti möhtəşəm tədbirini keçirdi

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əslində, bu haqda dəfələrlə yazmaq istəmişəm. Lakin hər dəfə kompüterin qarşısına oturanda hiss etmişəm ki, fikirlər, yazılan cümlələr görülən işin qarşısında çox sönük qalır. Əlbəttə, bu, mənim özünüifadə bacarığımın zəifliyindən irəli gəlmir. Sadəcə, düşünmüşəm ki, hər bir işin dəyərini layiqli şəkildə vermək lazımdır. Xüsisilə, müqəddəslər haqda yazacağıqsa, gərək onları olduqları kimi təqdim edə bilək. Bunu bacarmayacağıqsa, məncə, əlimizə qələm almağa da ehtiyac yoxdur...

Görünür, elə bu səbəbdən də, hər dəfə yazmaqdan vaz keçib, sanki daha uyğun bir zamanı gözləmişəm. O günü ki, artıq özümüzdə cəsarət tapıb, bu yazını qələmə almaqdayıq. Harada kəm-kəsirimiz olsa, nəyisə doğru ifadə edə bilməsək, bəri başda oxucuların əfvinə sığınırıq...

Bəli, hər bir Şəhid bizim üçün müqəddəsdir. Çünki Onlar Tanrı hüzurundadırlar. Vətən uğrunda şəhadətə qovuşmaqla, hər biri bu yüksək məqama yetişiblər. Beləliklə də hər bir vətəndaşımızın, hər bir azərbaycanlının qəlbində müqəddəsləşiblər. Heç də təsadüf deyil ki, zaman-zaman onların qəhrəmanlıq salnamələri ilə bağlı çox sayda məqalələr, şeirlər yazılır, keçdikləri döyüş yolu ilə bağlı filmlər çəkilir, mahnılar bəstələnir. Amma etiraf edək ki, Şəhidlərimiz barəsində yazılan hər bir əsər, qələmə alınan hər bir şeir, deyilən hər bir ifadə onların qəhrəmanlıqları qarşısında çox sönük qalır; o yazını kimin yazmasından, o şeiri kimin qələmə almasından, o ifadəni kimin işlətməsindən asılı olmayaraq. Doğrudur, bütün bunlar tarix üçün, gələcək nəsillər üçün çox faydalı və gərəklidir. Lakin, bir daha qeyd etməyə məcburuq ki, bunlar Şəhidlərimizin göstərdikləri şücaətlərlə müqayisəyəgəlməz ölçüdədir. Belə demək olarsa, onları daima xatirələrdə yaşatsa da, ruhlarını oxşamaqda acizdir...

Bununla belə, xüsusilə də 44 günlük Qarabağ savaşından sonra Şəhidlərimizin ruhunu oxşayan, onları Tanrı hüzurunda daha böyük rahatlığa qovuşduran işlər də az görülməyib. Bunun altını çizərək deyə bilərik ki, istər Aprel savaşında, istər İkinci Qarabağ müharibəsində, istər də Antiterror əməliyyatlarında Şəhid olmuş qəhrəmanlarmızın ruhu bu gün şaddır. Çünki onların əmanətləri – övladları, xanımları, valideynləri və bütün doğmaları dövlətimizin qayğısı altındadır. Hansı ki, istər Prezidentin, istər də Birinci vitse-prezidentin göstərişi ilə hər bir şəhid əmanəti ilk gündən diqqət mərkəzinə alınıb, onların qəlbində yaranan boşluğu dövlətimiz öz qayğısı ilə doldurmağa çalışır. Bu işdə bir sıra rəsmi qurumlarla yanaşı, “Fireland Group”un əməyini ayrıca qeyd etmək lazımdır. Çünki bu təşkilatın peşəkar komandası, Cəlal Qurbanovun rəhbərliyi altında, son 4 il ərzində istər “Mənim Atam Qəhrəmandır”, istər də “Mənim Oğlum Qəhrəmandır” layihəsi çərçivəsində sözlə ifadə oluna bilməyəcək səviyyədə böyük işlər görüblər. “Fireland Group” Zəfər Tariximizdən bu yana heç bir Şəhid əmanətini diqqətdən kənarda qoymayıb. “Mənim Atam Qəhrəmandır” layihəsi çərçivəsində bütün şəhid övladları çoxsaylı tədbirlərdə birayaya gətirilib, hər bir fəsildə, hər bir bayram ərəfəsində anaları ilə birgə onların ölkəmizin gözəl guşələrində istirahət etməsi üçün bütün şərait yaradılıb, istər fərdi, istər də qrup halında Şəhid övladlarının doğum günləri qeyd olunub, onlara hədiyyələr təqdim olunub. Bir sözlə, “Fireland Group” dövlət adına Şəhid övladlarının qəlblərindəki boşluğa daxil olmağa, onlara atasız olduqlarını hiss etdirməməyə çalışıb. Bəs, buna nə qədər nail olub, zənnimizcə, bu suala hər bir tədbirdə iştirak edən körpələrin üzlərindəki gülüş, gözlərindən axan sevinc göz yaşları “cavab verə bilər”.

“Fireland Group” “Mənim Oğlum Qəhrəmandır” layihəsi çərçivəsində də dəfələrlə Şəhid analarını, Şəhid atalarını biraraya toplayaraq, övlad həsrəti yaşayan bu insanlara təsəlli, dayaq olmağa çalışıb. Heç də təsadüfi deyil ki, bu günə qədər bütün bölgələrimizdən olan Şəhid əmanətlərinin 50-dən çox müxtəlif formatlı tədbirdə iştirakı təmin olunub. Məsələn, Şəhid anaları nəinki hansısa özəl günlərdə yada salınır, “Fireland Group”-un rəhbərliyi demək olar ki, hər gün onların qayğısına qalır, hər biri ilə ayrıca maraqlanır, ehtiyacları yerindəcə həll olunur, sağlıq problemi yaşayan Şəhid valideynləri Heydər Əliyev Fondunun dəstəyi ilə müayinə və müalicə olunur. Bu işdə isə, xüsusilə, Cəlal Qurbanovun xidməti əvəzolunmazdır. Elə bu günlərdə 8 Mart Dünya Qadınlar Günü və Ramazan Bayramı ilə bağlı keçirilən toplantıda da bunun bir daha şahidi olduq...

Dəyərli oxucuların diqqətinə çatdıraq ki, təxminən 70 rayonumuzu təmsil edən 400 nəfərdən çox Şəhid anasının, ümumilikdə 700-800 nəfər qonağın iştirak etdiyi bu tədbir, sözün əsl mənasında, dövlətimizin Şəhid əmanətlərinə qayğısının təcəssümü idi. Heydər Əliyev Fondunun dəstəyi və “Fireland Group”-un yüksək səviyyəli təşkilatçılığı ilə baş tutan şənlik mərasimi həqiqətən də hər bir iştirakçıya unudulmaz anlar yaşatdı. Təsəvvür edin ki, bu tədbirdə iştirak edən 400 nəfərdən çox Şəhid anasının hər birinin xidmətində sanki bir nəfər dayanmışdı. Onlar elə bir qayğı və diqqətlə əhatələnmişdi ki, doğrusu, “Fireland Group”-un çox da böyük olmayan komandasını belə bir möhtəşəm tədbiri qüsursuz təşkil etməsi, bir nəfərin belə, diqqətdən kənarda qalmaması insanda qibtə doğurmaya bilməzdi. Üstəlik, Şəhid analarının hər biri üçün əvvəlcədən 8 Mart hədiyyələrinin hazırlanması, tədbirdə isə ayrıca olaraq gül dəstələrinin tədim olunması onlara diqqətin bariz nümunəsi idi.  

Bu tədbirdə onun da şahidi olduq ki, artıq hər bir Şəhid anası da “Fireland Group”-un bir fərdinə, üzvünə çevrilib. Məsələn, onların tədbir başlayarkən dövlət himnimizi xorla oxuması, tədbirin gedişində isə hər birinin əllərində olan bayrağımızı musiqi sədaları altında sağa-sola dalğalandırması və s. bu kimi amillər toplantıya əlavə rəng qatırdı. Həmçinin, bu toplantıda Şəhid analarının artıq bir-biri ilə qaynayıb-qarışdığının da şahidi olduq. Görünür, son 4 il ərzində təşkil olunan tədbirlərdə dəfələrlə iştirak edən Şəhid anları artıq bir-biri haqda yetərli informasiyaya malik idilər. Bu səbəbdən də, onlar lazım gəldikdə bir-birinə təsəlli verir, sanki qarşılıqlı olaraq öz dərd-kədərlərini ovutmağa çalışırdılar.

Əslində, bu birlik nümunəsinin özü də “Fireland Group”-un uğurlarından biridir və təqdirolunan haldır. Çünki Şəhid valideynlərinin birliyi, dolayısı ilə cəmiyyətimizin birliyinə, bərabərliyinə töhfə verən haldır. İnanırıq ki, bu birliyin yaranmasında mühüm rolu olan “Fireland Group” qarşıda daha böyük uğurlara imza atacaq, Şəhid əmanətləri bundan sonra da hər zaman diqqət mərkəzində olacaq.

İ.SABİRQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Mart 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see166

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see140

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see138

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see133

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see129

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see128

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see127

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see126

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see125

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see124

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see124

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see121

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see121

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see116

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see116

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see115

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see114

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see114

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see113

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri