Şəhid analarına partiya üzvlük vəsiqələri təqdim edilib FOTOLAR
Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.
06 avqust 2025-ci il tarixində Ağstafa rayonunda Vətən müharibəsi şəhidləri Mehtiyev Qurban Aydın oğlunun və Kərimov Sübhan Murtuz oğlunun ailələri ziyarət olunub. Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilat nümayəndələri şəhidlərimizin ailələrinə baş çəkib, şəhid anaları Nahidə Mehtiyevaya və Elnarə Kərimovaya partiyanın üzvlük vəsiqəsini təqdim ediblər.
Etibar Hacıyev bildirib ki, bu gün bütün şəhidlərimizin ruhu şaddır. Uğrunda şəhid olduqları, azad görmək istədikləri Qarabağ Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən işğaldan azad olunub. Ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin edilib. Bu reallığı yaradan və qələbəmizi təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, fədakar əsgər və zabitlərimizə sonsuz minnətdarıq.
Şəhidlərimizin ailə üzvləri göstərilən diqqət, qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 06 Avqust 2025 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















