Icma.az
close
up
RU
Şəhid anası: Rəsulun hər addımı Vətənə bağlılıq, qorxmazlıq və döyüş ruhu ilə dolu idi

Şəhid anası: Rəsulun hər addımı Vətənə bağlılıq, qorxmazlıq və döyüş ruhu ilə dolu idi

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Biləsuvar, 22 sentyabr, İlkin Adıyev, AZƏRTAC

Ölkəmizin ərazi bütövlüyünü və Azərbaycan Respublikasının Konstitusiya quruluşunu bərpa etmək məqsədilə 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən antiterror əməliyyatında canını Vətən uğrunda fəda edən igidlərimizdən biri də Biləsuvar rayonunun Xırmandalı kəndindən olan Rəsul Yusif oğlu Teymurovdur. O, cəmi 26 illik ömrünü elə mənalı və şərəfli yaşadı ki, adı daim hörmətlə anılacaq.

AZƏRTAC-ən bölgə müxbiri xəbər verir ki, komando qüvvələrinin giziri, şəhid Teymurov Rəsul Yusif oğlu 1997-ci il yanvarın 1-də Biləsuvar rayonunun Xırmandalı kəndində dünyaya göz açıb. Uşaqlıqdan mərdliyi, döyüşkənliyi ilə seçilən Rəsul 2004–2015-ci illərdə Ceyhun Məhərrəmov adına Xırmandalı kənd 1 saylı tam orta məktəbində təhsil alıb. Məktəbdə oxuduğu illərdə həm müəllimlərinin, həm də yaşıdlarının yaddaşında çalışqan, cəsarətli və qətiyyətli bir gənc kimi qalıb. Onun içindəki döyüş ruhu hələ o illərdən özünü göstərib – idmanla məşğul olub, yarışlarda uğurlar qazanaraq həmyaşıdlarından fərqlənib.

Şəhidin anası Səbinə Bəşirova bildirir ki, Rəsul yalnız hərbi əməliyyatlarda deyil, həmişə cəsarətli idi. Lokal antiterror tədbirlərindən öncə də bir sıra əməliyyatlarda uğurla iştirak etmişdi. Onun hər addımı, hər nəfəsi Vətənə bağlılıq, qorxmazlıq və döyüş ruhu ilə dolu idi: “Rəsul çox çevik, cəld və vətənpərvər uşaq idi. Uşaqlıqdan zarafatcıl idi, hər sözü gülə-gülə deyərdi. Məni heç vaxt incitməzdi, həmişə başımızı uca etdi. 7-ci sinifdə idmana başladı, karate ilə məşğul oldu, qaydasız döyüşə maraq göstərirdi. Hər yerdə birincilik qazanırdı, medallarla evə dönürdü.

Bir müddət Rusiyada yaşadı. Azərbaycana qayıdanda isə dedi ki, “Mən hərbçi olmadan yaşaya bilmərəm”. Fiziki hazırlığını nəzərə aldılar və gizirlik kursuna göndərdilər. Sonra Azərbaycan Ordusunun komando birliklərinin sıralarında xidmət etməyə başladı. Rəsul yalnız lokal antiterror əməliyyatlarında deyil, daha əvvəlki bir sıra əməliyyatlarda da uğurla iştirak etdi. Onun hər addımı Vətənə bağlılıq, qorxmazlıq və döyüş ruhu ilə dolu idi”.

Şəhidin atası Yusif Teymurov deyir ki, Rəsul uşaqlığından bəhs edib və deyib: “Ürəyi böyük, cəsarətli və mərd bir uşaq idi. Uşaqlıqdan elə bilirdi ki, onu heç nə yıxa bilməz. Hər sözü, hər hərəkəti sanki fərqli idi. Sanki içində böyük bir döyüş ruhu vardı. Hər dəfə əməliyyat zamanı onun sağ-salamat qayıtmağı üçün dua edirdik. Şəhid olduğu gün ürəyimdə qəribə bir hiss vardı… Rəsul həm də ailəsini, yaxınlarını çox sevirdi. Ailə qurmağa hazırlaşırdı, sevdiyi qız üçün planlar qurmuşd Hətta elçiliyini belə etmişdik. Amma həyat bəzən ən gözəl arzuları da yarıda qoyur”.

Qeyd edək ki, Rəsul Yusif oğlu Teymurov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri