Icma.az
close
up
RU
Şəhid arxeoloq yad edilib

Şəhid arxeoloq yad edilib

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq Vətən müharibəsində şəhid olmuş arxeoloq Elşən Salayevin xatirəsinə həsr olunmuş mərasim keçirilib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AMEA Arxeologiya və Antropologiya İnstitutun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev çıxış edərək 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixində önəmli bir hadisə olmasından, dünya çapında dövlətimizin və xalqımızın iradəsini və nüfuzunu təsbit etməsindən danışıb. “Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun azad etdiyi torpaqlarımızda institut əməkdaşlarının apardığı tədqiqatlar şəhidlərimizin ruhu qarşısında yerinə yetirdiyimiz vəzifə borcumuz və onların xatirəsinə bir ithafdır”, – deyə institut direktoru çıxışında vurğulayıb.

Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Mircavid Ağalarov şəhid Elşən Salayevin həyatı və elmi fəaliyyəti barədə tədbir iştirakçıları məlumat verib. O, şəhid Elşən Salayevin elmə marağını, gələcək üçün planlarını və vətənpərvərliyini xüsusi vurğulayaraq onun ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edildiyini bildirib. “Qədim Bərdədəki Torpaqqala abidəsində aparılan arxeoloji qazıntılarda Elşən elə böyük hörmət qazanmışdı ki, hətta şəhid olduqdan sonra arxeoloji araşdırmada iştirak edən İrlandiyanın Dublin Universitetinin əməkdaşı David Stone İngiltərədə Oksford Universitetində müdafiə etdiyi dissertasiyasını onu xatirəsinə həsr etmişdi”, – deyə Mircavid Ağalarov bildirib.

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin professoru Lalə Əliyeva şəhid Elşən Salayevi zəhmətkeş, perspektivli tələbə kimi xatırladığını deyib və onun Vətənə sarsılmaz bağlılığından danışıb. Professor qeyd edib ki, ingilis dilini sərbəst bilən Elşənin arzusu arxeologiya üzrə təhsilini Avropa elmi mərkəzlərinin birində davam etdirib, Azərbaycanda arxeoloji tədqiqatlarda iştirak etmək idi.

Tədbir iştirakçıları yekdilliklə yaxın gələcəkdə şəhid Elşən Salayevin xatirəsini yaşadacaq gənc arxeoloqlar üçün mükafatın təsis edilməsi təşəbbüsünü dəstəkləyiblər.

Seminarın sonunda şəhid arxeoloqun xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Qabil YUSİFOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Sentyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see384

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see357

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see353

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see318

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see314

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see303

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see243

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see229

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see220

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see219

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see211

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see209

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see206

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see204

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see193

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see192

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see188

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see186

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri