Icma.az
close
up
RU
Şəhid bacısı: Qardaşımın nəşi tapılanda tez anamın qəbrinin üzərinə gedib xəbər etdik

Şəhid bacısı: Qardaşımın nəşi tapılanda tez anamın qəbrinin üzərinə gedib xəbər etdik

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Qardaşım müharibə başlayanda deyirdi ki, ana-bacımı qorumaq üçün getməliyəm".

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında şəhid Atakişi Atayevin bacısı Şəlalə Atayeva deyib.

Şəlalə Atayeva qeyd edib ki, anası Atakişinin ölümünə dözə bilməyib:

"Anam 11 ildir ki, vəfat edib. Gözlədi-gözlədi, axırda dözə bilmədi. "Bala mən gedirəm, daha dözə bilmirəm" deyib vəfat etdi. Qardaşımın nəşi tapılanda tez qəbrinin üzərinə gedib xəbər etdik".

Qardaşından ürək dolusu danışan Şəlalə Atayeva deyib ki, Atakişi vətənpərvər idi:

"Şəhidlərimizin hamısı seçiliblər. Atakişi də çox gözəl, insanpərvər, hər kəsə ürəyi yanan biri olub. Hamıya kömək edən idi. Döyüş başlayanda dedi ki, "mən mütləq getməliyəm, ana-bacımı qorumalıyam, evdə otura bilmərəm, mən getməyim kim getsin?". Onun haqqında nə deyə bilərəm ki, ancaq gözəl xatirələr ilə yadda qalıb. Vətənpərvər idi, həmişə də belə işlərdə öndə olub".

Xatırladaq ki, Xocalı rayonu, Naxçıvanlı kəndində itkin düşən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Atakişi Atayevin nəşinin qalıqları Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Mart 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri