Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Şəhid Elçin Tağıyev əbədi olaraq könüllərə köçdü FOTO

Şəhid Elçin Tağıyev əbədi olaraq könüllərə köçdü FOTO

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan tarixinin şərəfli səhifəsinə qızıl hərflərlə həkk olunan Vətən müharibəsində yağı düşmənə qarşı son damla qanına qədər döyüşən, igidliyi, mərdliyi dillərdə dastana dönən şəhid Elçin Ağaqulu oğlu Tağıyev haqqında danışmaq istəyirəm. Xalqımızın bu, igid, vətənpərvər oğlu 1989-cu il iyulun 1-də Biləsuvar rayonunun Zəhmətabad kəndində dünyaya göz açıb. Həyatı dərk edən gündən canından da çox sevdiyi Vətən torpağının düşmən tapdağına düşməsi onu narahat edib. Odur ki, hərbiçi olmaq arzusu Elçini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə aparıb. Məktəbdə oxuduğu zaman nizam-intizamı ilə fərqlənib, Vətən naminə vacib olanları mükəmməl öyrənib. 2011-ci ildə ali hərbi təhsil alıb leytenant rütbəsində Vətənin keşiyində durub. Göstərdiyi xidmətlə mərd, cəsur, ağıllı bir komandir olaraq tanınıb, sevilib.

Qısa müddət içində peşəkar zabit kimi yetişən Elçin Tağıyev Müdafiə Nazirliyinə döyüş bölgəsinə getmək üçün müraciət edib. İstəyi yerinə yetirilib, cəbhə xəttində düşmənlə qarşı-qarşıya dayanmaqla doğma Azərbaycan torpaqlarını göz-bəbəyi kimi qoruyub. Həmçinin əsgərlərinə böyük qardaş qayğısını göstərən komandir öyrənməkdən də qalmayıb. Özündən yuxarı vəzifəli komandirlərin tapşırıqlarını vaxtında, keyfiyyətlə yerinə yetirib. Qatıldığı təlimlərdə göstərdiyi döyüş hazırlığı həmişə nümunə olub. Təcrübə qazana-qazana erməni dığalardan qisas almaq üçün məqam axtarıb. Beləcə, özünün şəxsi nümunəsində əsgərlərinə Vətəni necə sevməyi, torpağına canı bahasına sipər olmağı öyrədən Elçin Tağıyev kapitan rütbəsinə qədər yüksəlib.

Doğma Vətən torpağı uğrunda son nəfəsinədək vuruşub şirin canından keçməyi özünə şərəf bilən Azərbaycan Ordusunun kapitanı Elçin Tağıyev Vətən müharibəsi başlanan gündən ən qaynar nöqtələrə yollanıb. Qisas məqsədilə yağının üstünə cəsarətlə, hünərlə gedib. Neçə-neçə qanlı savaşda ölümə meydan oxuya-oxuya dığaların axırına çıxıb. Döyüşdən-döyüşə təcrübəsi və səriştəsi çoxalıb, hər azad edilən kənd, şəhər onun ürəyində qələbəyə inamını artırıb. Vətən, millət naminə böyük arzular, ülvi amallar odlu, alovlu müharibə meydanında ona yeni güc verib, hünərlə, cəsarətlə vuruşub. Komandirin igidliyi əsgərlərini yalnız qələbəyə aparıb. Tərtər rayonunun Talış qəsəbəsi uğrunda gedən ağır müharibə zamanı yüksək şəxsi rəşadət göstərməklə düşmənin çoxlu sayda canlı qüvvəsini, hərbi texnikasını məhv edib.

Ürəyi Vətən eşqli Elçin Tağıyev səngərdə öz yerini tutan andan Qarabağın erməni dığalardan azad edilən günədək vuruşacağına an içmişdi. 1 oktyabrda düşmən tərəfindən qəfil açılan gülə onun gənc ömrünə son qoyub. Göstərdiyi hünər isə Elçini bir evin oğlundan, bütöv Azərbaycan xalqının övladına çevirib. Vətən torpaqların azadlığı uğrunda şərəfli, yaddaqalan döyüş yolu keçən, ölümsüzlüyə qovuşan qəhrəman şəhidimiz dövlət tərəfindən “ Qarabağ” ordeninə və “Vətən uğrunda” medalına layiq görülüb.

Vətənin azadlığı uğrunda şəhid olanların adları həmişə müqəddəs tutulub, şərəflə anılıb, hörmətlə xatırlanıb. Qədirbilən xalqımız zaman-zaman belə cəsur oğullarının adlarını tarixin səhifəsinə böyük hərflərlə yazıb, onların şərəfinə heykəllər ucaldıb, abidələr qoyub, dastanlar yaradıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Fevral 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri