Icma.az
close
up
RU
Şəhid Əli Məmmədzadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Şəhid Əli Məmmədzadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

12 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Bayrağa Sarılan Qəhrəman” adlı anım tədbiri keçirilib. Tədbir şəhid Əli Məmmədzadənin ömür yoluna və şərəfli döyüş fəaliyyətinə həsr olunub.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışıb, şəhid və veteranlarımızın rəşadəti sayəsində 8 Noyabr zəfərinin təmn edildiyini bildirib.Tədbirin moderatoru Gülnarə Hüseynova çıxış edərək 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbədən, xalq–ordu birliyinin əhəmiyyətindən bəhs edib, şəhid Əli Məmmədzadənin həyat və şərəfli döyüş yolu haqqında geniş məlumat verib. O, qəhrəman şəhidimizin Vətənə sədaqətini, göstərdiyi igidliyi və gənc nəsil üçün örnək olan vətənpərvərlik ruhunu xüsusi vurğulayıb. Daha sonra tədbir iştirakçıları və fəxri qonaqlar təqdim edilib.

Tədbirdə çıxış edənlər arasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov və millət vəkili, ictimai-siyasi xadim Vüqar İskəndərov yer alıblar. Çıxışlarda şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının vacibliyi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin önəmi xüsusi qeyd olunub. Suraxanı Rayon İcra Hakimiyyətinin Şəhid ailələri ilə işin təşkili şöbəsinin rəhbəri Elmar Hüseyn, YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev və 65 nömrəli tam orta məktəbin direktoru Qamət Tağıyev iştirak ediblər.Tədbir çərçivəsində şəhid Əli Məmmədzadəyə həsr olunmuş videoçarx nümayiş etdirilib, onun həyat yolu, döyüş xatirələri və ailəsinin fikirləri tədbir iştirakçılarına təqdim olunub. Sinif rəhbəri Günay Xasayeva, Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatının Zəngilan rayon Təşkilatının rəhbəri Ənvər Qarayev və Şəhid Ailələrinin Hüquq Müdafiəsi İB-nin üzvü, qazi Ramin Şirinov çıxış edərək şəhidlərimizin əziz xatirəsinin yaşadılmasının hər bir vətəndaşın borcu olduğunu vurğulayıb.

Tədbirin bədii hissəsində məktəblilərin hazırladığı kompozisiya təqdim olunub.

Tədbir yüksək təşkilatçılıq şəraitində, böyük ehtiram və vətənpərvərlik ruhunda baş tutub. Tədbirin sonunda şəhidlərə həsr olanan mahnılar Amil Nuri və Nahid Cəfəroğlu tərəfindən səsləndirilib xatirə şəkli çəkilib.

Mətləb Salahov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Fevral 2026 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri