Icma.az
close
up
RU
Şəhid İlqar Verdiyevin 50 illik yubileyi qeyd olunub

Şəhid İlqar Verdiyevin 50 illik yubileyi qeyd olunub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 12 noyabr, AZƏRTAC

"Nizami" Kino Mərkəzində şəhid İlqar Verdiyevin 50 illik yubileyinə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin ərazi bütövlüyünün bərpası zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. "Andına sadiq oğul" sənədli filmi nümayiş etdirilib. Film “Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin qurucusu, jurnalist Şamil Sabiroğlunun layihəsi və Müdafiə Nazirliyinin dəstəyi ilə çəkilib.

Tədbirdə polkovniklər Rəhman Əsgərov və İlqar Nəciyev, polkovnik-leytenant Üzeyir Cəfərov, mayor Elşən Əliyev və Muxtar Həşimov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Ceyhun Həsənovun atası Aydın Həsənov, Rusiyanın Rostov vilayətində yaşayan sahibkar Leyla Əhmədova, şəhid mayorun ömür yolundan bəhs edən kitabın müəllifi Nəcibə İlkin, şairə Lətifə Rəşid çıxış edərək İlqar Verdiyevin keçdiyi şərəfli döyüş yolu barədə danıışıblar.

İlqar Verdiyevin qardaşı qızı, məktəbli Rəna Verdiyeva əmisinə həsr edilən şeiri səsləndirib, şəhidin anası, qardaşları Azər və Samir Verdiyevlər tədbirin keçirilməsinə dəstək göstərənlərə ailə üzvləri adından təşəkkür ediblər.

Şəhidin həyat yoldaşı Dilarə xanım, övladları Kamran, Orxan və Əminənin çıxış edərək İlqar Verdiyevə göstərilən hörmət və ehtiram üçün minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, İlqar Verdiyev 1975-ci il oktyabrın 31-də Bakı şəhərində doğulub. Bakının Nizami rayonundakı 129 nömrəli tam orta ümumi təhsil məktəbində təhsil alıb. General C.Naxçıvanski adına İbtidai Hərbi Liseyi və Ankara Hərbu Məktəbini bitirib. Təyinatla Bakıdakı hərbi hissələrdən birinə göndərilib. Sonra xidmətini Müdafiə Nazirliyinin hərbi hissəsində davam etdirib. 2008-ci ildə xidmətini cəbhə bölgələrindən birində davam etdirib. 2012-ci il iyunun 14-də xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub. Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində dəfn edilib. Üç övladı yadigar qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri