Icma.az
close
up
RU
Şəhid leytenant Azər Namazovun barelyefinin açılışı olub

Şəhid leytenant Azər Namazovun barelyefinin açılışı olub

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 180 saylı tam orta məktəbdə Daşaltı əməliyyatı zamanı şəhid olmuş Azərbaycan Ordusunun könüllüsü, leytenant Azər Namazovun xatirəsinə həsr olunmuş anım mərasimi və barelyefin açılışı keçirilib.

Azər Rəhim oğlu Namazov 1966-cı il yanvarın 28-də Yardımlı rayonunun Çayüzü kəndində müəllim ailəsində anadan olub. 1971–1983-cü illərdə Qazax rayonunun Qıraq Kəsəmən kənd orta məktəbində təhsil alıb.

1984–1986-cı illərdə Belarusun Qrodno şəhərində sovet ordusunda hərbi xidmətdə olub. 1986–1990-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsini bitirib.

Ali təhsilini başa vurduqdan sonra Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki 180 nömrəli orta məktəbdə hərbi-idman müəllimi kimi fəaliyyət göstərib. Gənclərə vətənpərvərlik ruhu aşılayan sevilən pedaqoqlardan olub.

Qarabağ müharibəsi başlayanda könüllü olaraq ön cəbhəyə yollanıb. Qısa müddətdə tağım komandiri, leytenant rütbəsinə yüksəlib. Şuşa və Malıbəyli istiqamətlərində döyüşlərdə böyük igidlik göstərib.

1992-ci il Daşaltı əməliyyatı zamanı döyüş yoldaşları ilə birgə mühasirəyə düşüb və sonadək vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Onun nəşi martın 28-də tapılıb və 29 mart 1992-ci ildə Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.

Hazırda Qızıldaş qəsəbəsindəki 180 nömrəli məktəb onun adını daşıyır. Hər il məktəbdə və qəsəbədə şəhidin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir.

Məktəbin müəllimi və heykəltəraş Leyla Babalı tərəfindən hazırlanan barelyef açılış tədbirində məktəbin pedaqoji kollektivi, şagirdlər, şəhidin ailə üzvləri, döyüş yoldaşları, millət vəkilləri, Qaradağ Rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin nümayəndələri, həmçinin YAP və VHP-nin Qaradağ rayon təşkilatlarının sədrləri iştirak ediblər.

Tədbiri məktəbin direktoru Atakişi Cəfərov giriş sözü ilə açaraq bildirib ki, şəhid Azər Namazov vaxtilə bu məktəbdə dərs deyib və elə buradan da döyüşə yollanıb: “Məktəbimiz şəhidimizin adını daşıyır. Gənc müəlliməmiz Leyla Babalının təşəbbüsü ilə hazırlanan bu barelyef onun xatirəsinə olan ehtiramın ifadəsidir. Azər Namazovun döyüş və müəllimlik yolu gənclər üçün əsl örnəkdir.”

Çıxış edənlər şəhidin həyat və döyüş yolundan bəhs ediblər. Qeyd olunub ki, o, 1966-cı ildə Yardımlı rayonunun Çayüzü kəndində müəllim ailəsində doğulub, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsini bitirdikdən sonra məhz bu məktəbdə müəllim kimi fəaliyyət göstərib.

Qarabağ müharibəsi başlayanda müəllimlik fəaliyyətini yarımçıq qoyaraq könüllü şəkildə cəbhəyə yollanıb. Şuşa və Malıbəyli istiqamətlərində igidliklə döyüşüb. 1992-ci il yanvarında keçirilən Daşaltı əməliyyatında sonadək vuruşaraq şəhidlik zirvəsinə ucalıb.

Tədbirdə çıxış edənlər şəhidlərin Vətən qarşısında göstərdikləri qəhrəmanlıqları xatırladaraq, onların fədakarlığının bu gün gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar.

Anım mərasimi zamanı “Əsgər marşı” səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub. Tədbirin sonunda heykəltəraş Leyla Babalının şəxsi kolleksiyasından “Xarı bülbül” heykəli təqdim olunub. Qarabağın simvolu olan bu əsər Vətən torpağının azadlığı, şəhidlərin əbədi ruhu və xalqımızın birliyinin təcəssümü kimi dəyərləndirilib.

Samir ƏSƏDLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Oktyabr 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri