Şəhid məzarları ziyarət olunub
Icma.az, Ses qazeti saytına istinadən bildirir.
Ötən gün Lokal antiterror əməliyyatlarının üçüncü ildönümü münasibətilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tərəfindən şəhid məzarları ziyarət olunub. İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyevin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyevin, müdir müavini Rəhim Rəhimovun, ərazi nümayəndəliklərinin və bələdiyyə rəhbərlərinin, şəhid ailələrin, ziyalıların, ağsaqqalların, məktəblilər və kənd sakinlərinin iştirak etdikləri ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarını fəda edən qəhrəman Vətən oğullarının əziz xatirəsi dərin ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri qoyulub.
2023-cü ilin sentyabr ayında keçirilmiş Lokal antiterror əməliyyatlarının Azərbaycanın dövlət suverenliyinin və ərazi bütövlüyünün tam bərpasında mühüm tarixi əhəmiyyət daşıdığını deyən natiqlər, həmçinin bildiriblər ki, həmin əməliyyatlar nəticəsində Azərbaycan Respublikasının Konstitusiya quruluşu bütün ərazidə bərpa olunub. Çıxışlarda şəhidlərin keçdiyi şərəfli döyüş yolunun və göstərdikləri qəhrəmanlığın gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb, şəhid ailələrinin və müharibə iştirakçılarının daim diqqətdə saxlanılmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu qeyd edilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 22 Sentyabr 2026 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















