Icma.az
close
up
RU
Şəhid oğlundan atasına təsirli şeir: “Gəl, bir dəfə dərdləşək” (VİDEO)

Şəhid oğlundan atasına təsirli şeir: “Gəl, bir dəfə dərdləşək” (VİDEO)

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

11 aprel Birinci Qarabağ savaşının şəhidi Əhməd Məmmədovun şəhadətə yüksəlməsinin 31-ci il dönümüdür. 

“Unikal” xəbər verir ki, şəhidimiz 1959-cu il aprelin 1-də Cəbrayıl rayonunun Hacılı kəndində doğulub. 1965-ci ildə orta məktəbə gedib, 1975-ci ildə məktəbi bitirib. Əmək fəaliyyətinə Sumqayıtda Sintez kauçuk zavodunda başlayır. 

1993-cü ildə Cəbrayılın işğalından sonra könüllü olaraq, Milli Ordu sıralarına qoşulur. Elə yaşadığı Sumqayıt batalyonuna yazılır. Ailəli, üç övladı olmasını ona deyib arxa cəhbədə qalmasını təklif edirlər. Lakin o heç kimi eşitmir, “Qarabağ kişilər yurdudur və qarabağı da oranın kişiləri qorumalıdır” deyib inad edir. 

O, Ağdamın  Papravənd, Çəmənli, Güllücə kəndləri ərazisində gedən döyüşlərdə iştirak edir. Döyüş yoldaşlarının söhbətlərinə görə, onun xüsusi hərbi bacarığı nəticəsində onlarla düşmən əsgəri məhv edilib. 

11 aprel 1994-cü ildə Ağdam rayonunun Çəmənli, Güllücə, Gültəpə yüksəklikləri və kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Sonuncu döyüş zamanı üç güllə yarası alır, lakin döyüş yerini tərk etmir və qəhrəmancasına həlak olur. Əhməd Məmmədov Sumqayıt şəhərində dəfn edilib.

Qeyd edək ki, Əhməd Məmmədov Unikal Media Qrupun baş redaktoru Zaur Əhmədin atasıdır. Jurnalist atasının şəhadətə ucalmasının 31-ci il dönümü ilə bağlı təsirli şeir yazıb. Həmin şeiri təqdim edirik: 

GƏL, BİR DƏFƏ DƏRDLƏŞƏK...

Yoxluğun dağdan ağır,
Varlığın əlyetişməz.
Səninlə nə yaşadıq - ki, nə də yuxu görək.
Ata oğluyla bir yol söhbətləşməz, dərdləşməz?
Nə olar ki, vaxt elə, gəl bir dəfə dərdləşək.

Sən ucadan ucasan! 
Hərdən göyə baxıram, 
Görən sən ordasanmı?
O masmavi səmadan,
O ağappaq buluddan görən çoxmu yuxarı?
İmkan yoxmu enəsən bircə dəfə yanıma,
bircə dəfə aşağı?
İmkan yoxsa, ta neynək,
Məni yanına çağır.
O dupduru diyarda gəl bir dəfə dərdləşək.

Hər xoş, hər acı gündə hüzuruna gəlirik, 
Səf bağlayıb şəhidlər - sıra-sıra baş daşı.
Hərə öz şəhidiylə söhbətləşir, danışır. 
Nə qədər dindirsəm də, dinmir axı baş daşı…
Daşı tök ətəyindən, bircə dəfə din, danış.
Demirəm başqa yerdə, gəl elə bu müqəddəs
xiyabanda dərdləşək.

Əminəm özüm kimi:
Rahatlıq tapan ruhun hey dolaşır Vətəndə - 
gah şəhərə üz tutur,
gah da baş çəkir kəndə. 
Narahatlıq bitdi tay!  
Daha düşmənlər gəzmir 
uğrunda can verdiyin o gözəlim Vətəndə.
bu gözəlim Vətəndə
gəl bir dəfə dərdləşək. 


Uşaqdım sən gedəndə -
Cavandın sən gedəndə.
Getmək zərurətəndi, 
ölmək bədahətəndi, 
ölümün ən gözəli 
elə şəhadətəndi. 
İnsafın olsun, ata, bir igid ömrü keçdi, 
Daha mən də böyüyəm.
Heç olmasa bir dəfə gəl üz-üzə əyləşək...
Heç harda olmasa da, 
aşağıda olmasa da, 
yuxarıda olmasa da, 
gəl yuxuda dərdləşək…



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://unikal.az
archiveBu xəbər 11 Aprel 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri