Icma.az
close
up
RU
Şəhid ömrü müqəddəsdir FOTO

Şəhid ömrü müqəddəsdir FOTO

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Şəhid İsgəndər Dövlətlinin 34 yaşı tamam oldu
Vətən müharibəsində xalqımızın 44 gündə qazandığı şanlı zəfər indi bəşəriyyət tərəfindən haqqın-ədalətin təntənəsi kimi qəbul edilir. 30 ildən sonra Qarabağı azad görmək isə hər bir azərbaycanlı üçün böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi öz xalqına bəxş etməkdə İsgəndər Vüqar oğlu Dövlətli də erməni dığalara qarşı döyüşdə əsl fədakarlıq, qəhrəmanlıq göstərib.
İsgəndər 1992-ci ildə dağlar diyarı Lerik rayonunun Soru kəndində anadan olmuşdu. Uşaqlıq illəri qartallı qayalar qoynunda keçsə də, 1997-ci ildə ailə Bakı şəhərinə köçür. İsfəndiyar orta məktəbi başa vurub Rabitə və Nəqliyyat kollecinə daxil olur. Kolleci bitirdikdən sonra o, Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Daxili Qoşunların Quba şəhərinin "N" saylı hərbi hissəsində müqəddəs əsgəri borcunu layiqincə yerinə yetirib evinə qayıdır. Qaldı ki, Qarabağın düşmən tərəfindən zəbtini heç cür qeyrətinə sığışdıra bilmir. Vətən torpağını qorumaq, vaxtı gələndə mübarizliklə dığalara qalib gəlmək məqsədilə 2016-cı ildə hərbiyə qayıdır və kəşfiyyatçı gizir rütbəsində xidmətini davam edir.
27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsində fəal iştirak edərək vətəninə, el- obasına sevgisini bir daha göstərir. Döyüşdən döyüşə erməni dığalarına sarsıdıcı zərbələr endirərək onların xeyli sayda canlı qüvvəsini o dünyaya göndərir. Çox yerdə Ordumuzun uğurla irəliləməsi, strateji nöqtələri ələ keçirməkdə var qüvvəsini əsirgəmir. Kəşfiyyatçı gizir oktyabrın 8-də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhidlik məqamına yüksəlir. Beləcə bir igid də adını Vətən tarixinin şanlı səhifəsinə yazır. Şəhid oktyabrın 30-da yaşadığı Binəqədi rayonu Sulutəpə qəsəbəsində canından çox sevdiyi Vətən torpağına tapşırılır. Bir ay keçməmiş oğlunun yoxluğuna dözə bilməyən Vüqar kişi də erməni vandalizmin qurbanı olur.
İgid əsgər İsgəndərdən xalqına qalan bir əmanəti isə iki yaşlı uşağıdır. Doğrudur, o, hələ həyatı dərk etmir. Fəqət damarlarında igid qanı axdığı üçün gələcəkdə o, xalqına, vətəninə ən ləyaqətli övlad olar. Və gizir İsgəndərin dövlət tərəfindən aldığı "Vətən uğrunda", "Füzulinin azad olmasına görə" medallarını hər dəfə ata yadigarı tək döşünə taxanda qəlbində vətən sevgisi birə-on artar. Dərk edər ki, igidsiz Vətən, torpaq, xalq yoxdur. Belə ata ilə yalnız fəxr edər...

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Sentyabr 2026 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri