Icma.az
close
up
RU
Şəhid övladları tərəfindən bir ilk:

Şəhid övladları tərəfindən bir ilk:

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Möcüzələr diyarına..." adlı tamaşanı onlar təqdim etdilər

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının dəstəyi, “Yonca” Estetik İnkişaf Mərkəzinin və “Zəfər sədası” xor qrupunun təşkilatçılığı ilə Şəhriyar adına Mədəniyyət Mərkəzində “Möcüzələr diyarına...” adlı tamaşanın primyerası baş tutub. SİA xəbər verir ki, primyera əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tamaşadan öncə Ümummilli Lider Heydər Əliyevin uşaqlarla bağlı dediyi fikirlər əsasında hazırlanmış videoçarx nümayiş etdirilib.

“Yonca” Estetik İnkişaf Mərkəzinin təsisçisi Lalə Zahir tamaşanın mahiyyətindən bəhs edib. Vurğulayıb ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə sahib çıxılmasında bizə düşən pay şəhidlərimizin övladlarının vaxtlarının səmərəli keçirilməsi, istedadlarının üzə çıxarılması və milli ruhda yetişdirilməsi hər birimizin borcudur.

"Zəfər sədası" layihəsinin rəhbəri Həcər Əkbərova tamaşanın təşkilinə dəstək göstərən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədri Araz Paşayevə təşəkkürünü bildirib.

Mərasimdə Milli Məclisin deputatı Vüqar İskəndərov çıxış edərək Vətənimiz, torpaqlarımız uğrunda canından keçən igidlərimizin qəhrəmanlığından söz açıb. Millət vəkili qeyd edib ki, bu gün Vətən müharibəsində qəhrəmanlıq göstərən Şəhidlərimizin uşaqları unudulmur: “Şəhid və qazi ailələri, onların övladları dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunur. Şəhid yadigarları Vətənə əmanətdirlər.”

Çıxışının sonunda Vüqar İskəndərov tədbirin təşkilatçılarına, tamaşanın hazırlanmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Sonra "Möcüzələr diyarına..." adlı tamaşa nümayiş olunub. “Zəfər sədası” xor qrupundan ibarət Şəhid övladları ilk dəfə olaraq səhnədə aktyor kimi çıxış ediblər.

5-14 yaşlı uşaqların səhnələşdirdikləri rollar müxtəlif nağıl qəhrəmanlarını canlandırıblar. Tamaşa iki uşağın - Cəsur və Ziynətin nənəsi ilə söhbətlə başlayıb. Tamaşadakı baş qəhrəmanlar bir neçə zamana səyahət edərək maraqlı personajlarla tanış olublar. Müxtəlif nağıl qəhrəmanları möcüzələr diyarına düşən uşaqlar canlandırdıqları nağıl obrazları ilə birgə maraqlı oyunların içində iştirak ediblər.

Tamaşadan sonra “Zəfər Sədası” xor qrupu tərəfindən şanlı Ordumuzun Zəfər tarixindən və milli mənəvi dəyərlərimizdən bəhs edən şeirlər, musiqilər səsləndirilib.

Sonda tədbirdə iştirak edən 500 dən çox uşağa ATİAHİ tərəfindən hədiyyələr təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Yanvar 2025 23:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri