Icma.az
close
up
RU
Şəhid polkovnik leytenant Nail Orucovun xanımı BDU da işlə TƏMİN OLUNDU

Şəhid polkovnik leytenant Nail Orucovun xanımı BDU da işlə TƏMİN OLUNDU

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucovun həyat yoldaşı Nigar Ağamalıyeva Bakı Dövlət Universitetində (BDU) işlə təmin olunub.
BDU-dan Bizim.Media-ya bildirilib ki, Nigar Ağamalıyeva BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasında laborant vəzifəsində işə başlayıb. O, həm də BDU-nun Filologiya fakültəsində qiyabi təhsil alır, hazırda II kurs tələbəsidir.
Azərbaycan Ordusunun polkovnik-leytenantı Nail Orucov Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 31-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Nail Orucov ölümündən sonra “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Bu, BDU-da şəhid ailələrinə göstərilən qayğının ilk nümunəsi deyil. Daha əvvəl Vətən müharibəsi şəhidi, kiçik çavuş Saməddin Əmrahovun qızı Aysu Əmrahova BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsində işlə təmin olunub. O, həm də Şərqşünaslıq fakültəsinin tələbəsidir.
BDU şəhid ailələrini daim diqqətdə saxlayır, şəhid məzunlarının xatirəsini həmişə uca tutur, onların qəhrəmanlıqlarının tələbələrə aşılanması istiqamətində tədbirlər həyata keçirir. BDU-nun Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış 22 məzununun xatirəsinin uca tutulması, müharibə iştirakçısı olan tələbələrin təhsil problemlərinin öyrənilməsi və həlli istiqamətində müvafiq dəstəyin göstərilməsi, qəhrəman məzunların fakültələrdə tələbələrlə görüşlərinin keçirilməsini və s. nəzərdə tutan tədbirlər planı hazırlanıb və icra olunmaqdadır.
BDU-nun şəhid məzunlarına həsr olunmuş “BDU-nun tarix yazan məzunları” adlı kitabı nəşr olunub. BDU-nun şəhid tələbə və məzunlarının xatirə lövhəsi yaradılıb. Şəhid məzunların məzarları, ailələri vaxtaşırı ziyarət olunur.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Mart 2025 04:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see619

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see145

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri