Icma.az
close
up
RU
BDU da Vətən müharibəsi şəhidi, polkovnik leytenant Nail Orucovun xatirəsi anılıb

BDU da Vətən müharibəsi şəhidi, polkovnik leytenant Nail Orucovun xatirəsi anılıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 23 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucovun xatirəsinə həsr olunmuş “Biz səni yaşadacağıq!” adlı anım tədbiri keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Sosial elmlər və psixologiya kafedrasının dekanı Rövşən Cavadov Vətən müharibəsində polkovnik-leytenant Nail Orucovun keçdiyi şanlı döyüş yolu haqqında məlumat verib. Qeyd edib ki, 2020-ci il oktyabrın 31-də Qubadlı döyüşləri zamanı şəhid olan polkovnik-leytenant Nail Orucov Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. BDU şəhid məzunlarının xatirəsini həmişə uca tutur, onların qəhrəmanlıqlarının tələbələrə aşılanması istiqamətində tədbirlər həyata keçirir. Həmçinin onların ailələrini daim diqqətdə saxlayır, dəstək göstərir.

Sosiologiya kafedrasının məsləhətçi professoru, Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun atası İzzət Rüstəmov ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman övladlarımızın həyat yolunun örnəyə çevrildiyini deyib, gəncləri Vətəni onlar kimi sevməyə, qorumağa səsləyib.

Şəhidin döyüş yoldaşı Zamiq Qasımov polkovnik-leytenant ilə bağlı xatirələrini bölüşüb, onun tabeliyində olan əsgərlərinə öz övladları kimi qayğı göstərdiyini, qəhrəmancasına həlak olduğunu qeyd edib.

BDU-nun Sosiologiya kafedrasının müdiri Rəfail Həsənov, kafedranın professoru Kazım Əzimov çıxışlarında gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün bu cür tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

Şəhidin övladları Nail Orucovun adını daim uca tutacaqlarına, atalarının yolunu şərəflə davam etdirərək, onun arzularını həyata keçirəcəklərinə söz veriblər. Şəhidin həyat yoldaşı Nigar Ağamalıyeva tədbirin keçirilməsinə görə BDU-nun və fakültənin rəhbərliyinə təşəkkür edib.

Sonda şəhidin həyatından bəhs edən videoçarx izlənilib.

Qeyd edək ki, Nigar Ağamalıyeva BDU-nun Filologiya fakültəsində II kursda qiyabi təhsil alır. BDU rektorunun əmri ilə o, Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasında laborant vəzifəsinə təyin olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see231

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see205

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see180

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see150

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see148

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see146

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see142

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see136

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see136

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see134

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see131

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see129

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see128

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see128

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see127

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri