Icma.az
close
up
RU
Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi

Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Bu gün - 26 İyun Silahlı Qüvvələr Günündə 2016-cı ilin aprel şəhidi kəşfiyyatçı polkovnik Sənan Axundovun ailəsində sevincli anlar yaşanıb.
Modern.az xəbər verir ki, şəhid zabitin oğlu Tahir Axundov leytenant rütbəsilə hərbi məktəbdən məzun olub.
Tahir Axundov Bakıdakı İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın məzunudur. O, 2019-cu ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə müalicə işi ixtisasına (dövlət sifarişi) qəbul olunub. Elə həmin il də təhsilini davam etdirmək üçün Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Sankt Peterburq Ali Hərbi Tibb Akademiyasına göndərilib. Bu gün təhsilini başa vurub leytenat rütbəsilə Vətənə dönən Tahir Axundov hərbi cərrah kimi fəaliyyət göstərəcək.
Şəhid zabitin həyat yoldaşı Nəcibə Axundova bildirib ki, ailə üzvləri Tahirin Vətənə qayıdışı ilə əlaqədar Sənan Axundovun qəbrüstü abidəsini ziyarət edib, oğlunun hərbi tibb xidməti üzrə leytenat rütbəsini almağının sevincini şəhidlə bölüşüblər.
“Çox şükür, Silahlı Qüvvələr Gününü oğlumuz leytenant rütbəsində qeyd etdi. Bir ana üçün, bir Şəhid polkovnikin xanımı üçün bu sadəcə rütbə deyil. Bu həm də uzun və əziyyətli, məsuliyyətli və qüsursuz bir yolun uğurlu və qürurlu sonudur. Biz mərd və cəsarətli bir ailənin – zabit ailəsinin üzvləriyik!”.
Qeyd edək ki, şəhid polkovnik-leytenant Sənan Axundov ailənin yeganə oğul övladı idi. O, Müdafiə Nazirliyində İnformasiya şöbəsinin sektor müdiri vəzifəsində xidmət etmişdi. Ailənin tək oğul övladı olmasına baxmayaraq, tutduğu vəzifədən imtina etmiş və könüllü şəkildə ön cəbhəyə getmişdi.
Sənan Tahir oğlu Axundov 1979-cu il sentyabrın 29-da Füzuli rayonunda anadan olub. 1993-cü ildə Axundovlar ailəsi Füzulidən məcburi köçkün düşüb. Sənan Axundov 1996-cı ildə Bakının Binəqədi rayonundakı 144 nömrəli tam orta məktəbi bitirərək, Ali Hərbi Məktəbə daxil olub. 2001-ci ildə Ali Hərbi Məktəbi bitirib və "N" saylı hərbi hissədə leytenant rütbəsində xidmətə başlayıb.
2007-2009-cu illədrə Almaniya Federativ Respublikasının Hərbi Akademiyasında təhsil alıb.
Daha sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ikinci ali təhsil alıb.
2012-2015-ci illərdə Almaniyada müxtəlif kəşfiyyat təlimlərində iştirak edib. 2012-ci ildə Türkiyədə hərbi təlim keçib. 
2016-cı ildə Müdafiə Nazirliyindəki sektor müdiri vəzifəsindən imtina edərək könüllü şəkildə cəbhə bölgəsinə gedib. Onu kəşfiyyat bölüyünün komandiri təyin etmişdilər.
Sənan Axundov 2016-cı il aprelin 18-də "Aprel döyüşləri"ndən sonra Lələtəpə istiqamətində mövqelərimizin hansı vəziyyətdə olduğunu öyrənmək üçün ərazini yoxlamağa gedən zaman minaya düşən silahdaşını - polkovnik-leytenant Vüqar Əbdüləzimovu xilas edərkən özü də minaya düşərək ağır yaralanıb. Onu Füzuli rayonu ərazisində yerləşən hərbi hospitala çatdırsalar da, həkimlər zabitimizin həyatını xilas edə bilməyiblər.
"Aprel döyüşləri"nin son şəhidi - polkovnik-leytenant Sənan Axundov Beyləqanda yerləşən "Cərciz Peyğəmbər" məzarlığında torpağa tapşırlıb. Şəhidin Tahir adlı oğul və Nəzrin adlı qız övladı yadigar qalıb.
Ə.Qafarlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 İyun 2025 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri