Icma.az
close
up
RU
Şəhid qızı məktəbə getdi

Şəhid qızı məktəbə getdi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Səhər evdən çıxanda ətrafa ürkək baxışlarla necə boylandığını dedilər. Dedilər ki, Faidə məktəbə babasının, nənəsinin, anasının, əmisinin, bibisinin, qohumların, qonşuların əhatəsində getsə də, gözü elə hey yol çəkirmiş. Ayağını sürüyürmüş ki, atası da gəlsin…

Mələk qızım, bu gün səni birinci sinfə yola salanların arasında atan da vardı. Sən görməsən də, o, hamıdan əvvəl, dan yeri yenicə ağarmağa başlayanda gəlmişdi. Sənin yuxudan oyanmağını, yemək yeməyini gözlədi. Sonra sizinlə birlikdə məktəbə getdi. Sinif otağına daxil olana kimi səni gözündən kənar qoymadı…

Faidə, bu gün səni məktəbə aparanların hamısı geri qayıtsa da, atan hələ də oradadır. Allahın yanına çəkilib sənin dərsdən çıxmağını gözləyir.

Gözəl qızım, əmin ol ki, atanın ruhu daim səninlədir. Sabah məktəbə gedəndə atan yenə yanında olacaq. Küləkli payızda da, soyuq qışda da səni tək qoymayacaq. Biləsuvardakı Cəbrayıl qəsəbələrinə qar yağanda, 11-ci qəsəbənin yollarını buz bağlayanda, səninlə birlikdə atan da üşüyəcək. Balaca, zərif əllərini ovucuna alıb isidə bilmədiyi üçün qəlbi sızlayacaq.

Qızların sevinci ataların sevinci, kədəri ataların kədəridir...

Ağıllı qızım, bilirəm ki, sən heç vaxt atanı kədərləndirməyəcəksən. İnanıram ki, əla qiymətlər alıb həmişə atanın ruhunu şad edəcəksən. Şəhid baş leytenant Təhmasib Mustafayevin qızına bu yaraşır!

Faidə, bu gün səninlə birlikdə minlərlə uşaq məktəb həyatına qədəm qoydu. Ata yurdun Cəbrayılda, Füzulidə, Zəngilanda, Laçında, başından heç vaxt duman əskik olmayan Şuşada sənin kimi körpə fidanlar birinci sinfə getdilər.

Atan Təhmasib Sərməst babanın, Kifayət nənənin torpaq həsrəti çəkməməsi, sənin kimi gül balaların doğma yurdda məktəbə getməsi üçün müharibəyə getdi. Atanın müqəddəs qanının axdığı o torpaqlarda indi güllər, çiçəklər açır. Sən böyüyüb Vətən üçün layiqli övlad olanda isə atanın arzuları çiçək açacaq.

Seymur VERDİZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri