Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Şəhid yadigarları: Atalarının adını yaşadan övladların UĞURLARI

Şəhid yadigarları: Atalarının adını yaşadan övladların UĞURLARI

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Uşaqlar hər bir cəmiyyətin gələcəyidir. Onların sağlam, xoşbəxt və qayğısız böyüməsi isə yalnız ailələrin deyil, bütövlükdə dövlətin və cəmiyyətin üzərinə düşən ən vacib vəzifələrdən biridir. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü də məhz bu məsuliyyəti bir daha xatırladan xüsusi tarixdir.

Bu gün Beynəlxalq Uşaq Gününü qeyd edən balacalar arasında Vətən uğrunda canından keçən qəhrəmanların əmanətləri - şəhid yadigarları da var. Atalarını erkən yaşda itirsələr də, onlar qazandıqları uğurlar, əldə etdikləri nailiyyətlər və böyük arzuları ilə şəhid adını yaşadırlar. 

Modern.az saytı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bəzi şəhid yadigarlarının uğurlarından və gələcəyə dair hədəflərindən bəhs edir.

Şəhid Rəşad Atakişiyevin övladları

Şəhid Rəşad Atakişiyevin böyük oğlu Turqut Atakişiyevin 13 yaşı var. O, sabah 14 yaşını qeyd edəcək. Turqut və qardaşı Qabil Heydər Əliyev adına Müasir Təhsil Kompleksində ingilis dilində təhsil alırlar.

Turqut humanitar elmlərə böyük maraq göstərir və gələcəkdə hüquqşünas olmaq istəyir. O, əlavə olaraq İncəsənət Məktəbində də təhsil alır, boş vaxtlarında isə futbol oynayır.

Qabilin 9 yaşı var və 4-cü sinifdə oxuyur. O da İncəsənət Məktəbində fortepiano ixtisası üzrə təhsil alır. Futbol və rəsm onun ən sevdiyi məşğuliyyətlərdəndir. Xüsusilə rəsm sahəsində bacarığı ilə seçilən Qabil növbəti tədris ilindən bu istiqamətdə daha ciddi şəkildə təhsil almağı planlaşdırır. Gələcəkdə hansı peşəni seçəcəyinə isə hələlik qərar verməyib.

Şəhid Mehman Şirvanovun qızı Nuray Şirvanzadə

Şəhid Mehman Şirvanovun qızı Nuray Şirvanzadə 19 noyabr 2018-ci ildə anadan olub. O, Xırdalan şəhərində yerləşən Yaşam Beynəlxalq Məktəbinin 2-ci sinfində təhsil alır.

Nuray rəsm çəkməyə böyük maraq göstərir və çəkdiyi rəsmlərlə müxtəlif uğurlar qazanıb. O bu sahədə əldə etdiyi nailiyyətlərə görə fəxri fərmanla təltif olunub.

Şəhid Elnur Hacıyevin qızı Hicran Hacızadə

Şəhid Elnur Hacıyevin qızı Hicran Hacızadənin 16 yaşı var. O, Yaşam Beynəlxalq Məktəbinin 10-cu sinfində oxuyur.

Hicranın ən çox maraq göstərdiyi fənn riyaziyyatdır. O, SASMO beynəlxalq olimpiadasının gümüş medalçısıdır. Təhsillə yanaşı, idmanla da fəal şəkildə məşğul olur.

Şəhid Vüqar Heydərovun övladları

Şəhid Vüqar Heydərovun böyük oğlu Yusif Heydərlinin 16 yaşı var. O bu il 9-cu sinfi 272 ballıq nəticə ilə qırmızı attestatla başa vurub.

Yusif indiyədək çoxsaylı uğurlara imza atıb. Şahmat üzrə dərəcəyə malikdir. Riyaziyyat sahəsində AMO və SASMO beynəlxalq olimpiadalarının qalibi olub. Bundan başqa, müxtəlif bilik yarışlarında dəfələrlə qalib adını qazanıb.

Şəhidin kiçik oğlu Mehdi Heydərlinin isə 12 yaşı var. O da dərslərində yüksək nəticələr göstərir. Hər iki qardaş Yaşam Beynəlxalq Məktəbində təhsil alır.

Şəhid Əkrəm Şadmanovun övladları

Şəhid Əkrəm Şadmanovun qızı Solmaz Şadmanzadə 27 sentyabr 2009-cu ildə anadan olub. Hazırda Zərifə Əliyeva adına Liseydə təhsil alır. Dərslərində yüksək nəticələr göstərən Solmaz 9-cu sinfin buraxılış imtahanında 210 bal toplayıb. Onun istedadı yalnız təhsillə məhdudlaşmır. Solmaz rəsm çəkməyi sevir, maraqlı əl işləri və rəsmləri ilə seçilir. Eyni zamanda, şeirlər yazır və yaradıcılığa xüsusi maraq göstərir. O, musiqi məktəbini piano ixtisası üzrə bitirib. Riyaziyyat olimpiadalarında qazandığı uğurlar da diqqət çəkir. Solmaz ölkədaxili yarışlarda üç gümüş və bir qızıl medal qazanıb.

Şəhidin oğlu Araz Şadmanzadə isə 28 may 2013-cü ildə Bakıda anadan olub. Hazırda Bakı Türk Liseyinin 7-ci sinfində təhsil alır. Araz riyaziyyat sahəsindəki uğurları ilə seçilir. O, həm ölkə daxilində, həm də beynəlxalq yarışlarda iştirak edərək qızıl və gümüş medallar, eləcə də çoxsaylı sertifikatlar əldə edib. Ən böyük nailiyyətlərindən biri Avstraliyanın Sidney şəhərində keçirilən beynəlxalq yarışda qazandığı uğurdur. Araz 18 dəqiqə 22 saniyə nəticə göstərərək qızıl medal qazanıb və dünya birincisi adına layiq görülüb.

Riyaziyyatla yanaşı, şahmatla da məşğul olan Arazın bu idman növü üzrə ikinci dərəcəsi var. O, beynəlxalq şahmat yarışlarında iştirak edir. Eyni zamanda, musiqiyə maraq göstərir, müxtəlif tədbirlərdə xor qrupunun tərkibində çıxış edir və hazırda musiqi məktəbində tar ixtisası üzrə təhsil alır.

Solmaz və Araz həm təhsildə, həm yaradıcılıq sahəsində, həm də intellektual yarışlarda qazandıqları uğurlarla seçilirlər. Onların zəhməti və istedadı gələcəkdə daha böyük nailiyyətlər əldə edəcəklərinə inam yaradır.

Şəhid Səyavuş Kəlbalıyevin övladları

Şəhid kəşfiyyat rəisi, mayor Səyavuş Kəlbalıyevin iki oğlu var - Hümbət və Ömər Kəlbalıyevlər.

Hümbətin 11, Ömərin isə 8 yaşı var. Hər iki qardaş Landau School-da təhsil alır.

Hümbət riyaziyyat və məntiq olimpiadalarının iştirakçısı və qalibidir. Basketbolla məşğul olur. O, gələcəkdə təhsildə əldə edəcəyi uğurlarla atasının adını daha da yüksəltməyi qarşısına məqsəd qoyub.

Ömər isə daha çox rəsm, rəqs və xarici dillərə maraq göstərir, bu istiqamətlərdə özünü inkişaf etdirməyə çalışır. Hümbətin atası ilə bağlı çoxlu xatirələri olsa da, Ömər atasını itirəndə cəmi 2 yaşı olduğundan onu əsasən şəkillərdən və videolardan tanıyır.

Hümbət gələcəkdə Azərbaycanı xarici ölkələrdə təmsil etməyi, Ömər isə atası kimi hərbçi olmağı arzulayır. Hər iki şəhid övladı dövlətin onlara göstərdiyi diqqət və qayğını atalarının ən qiymətli mirası kimi qəbul edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 İyun 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri