Icma.az
close
up
RU
22 ilin UĞURLARI

22 ilin UĞURLARI

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

XOŞBƏXT XALQ, GÜCLÜ DÖVLƏT

2003-cü ilin oktyabrında Azərbaycan xalqı Heydər Əliyevin siyasi kursunun davamını İlham Əliyevə etibar etdi. O vaxtdan 22 il keçib və bu illər ərzində Azərbaycan region səviyyəsini keçərək bütün dünyada sabitlik, modernləşmə və inkişaf modelinə çevrildi.

Şübhəsiz ki, bu proseslərin arxasında İlham Əliyevin keçdiyi liderlik məktəbi, siyasi intuisiyası, idarəetmə strategiyası və tarixi uzaqgörənliyi dayanır.

İlham Əliyevin siyasi təcrübəsinin və dövlət idarəetmə modelinin formalaşmasında əsas rol Heydər Əliyev məktəbinə məxsusdur.

Heydər Əliyev siyasətdə müdriklik, sistemlilik və milli düşüncə prinsiplərini önə çəkmişdi.

İlham Əliyev bu məktəbin davamçısı kimi dövlətin strateji kursunu sabit saxladı, eyni zamanda idarəetmədə müasir yanaşmalar gətirdi, diplomatiyada “balanslı siyasət” modelini mükəmməlləşdirdi.

Bu liderlik modeli milli ənənələrə sadiqlik və qlobal siyasətin rasional prinsiplərinə əsaslanır.

Tam əminlikə deyə bilirik ki, İlham Əliyev 2003-2025-ci illərdə dünyanın aparıcı dövlət başçıları ilə keçirdiyi yüzlərlə görüşlərdə beynəlxalq münasibətlərdə balanslaşdırılmış kursu qoruyub.

Onun diplomatiyası “bir istiqamətli” deyil . ABŞ, Avropa İttifaqı, Rusiya, Çin, Türkiyə, İsrail, Ərəb ölkələri, Asiya dövlətləri ilə eyni səviyyədə əməkdaşlıq prioritetləridir. 

ABŞ Prezidenti Donald Tramp bir neçə dəfə İlham Əliyevə məktublar göndərərək onu “regionun sabitlik dayağı və enerji təhlükəsizliyinin təminatçısı” kimi xarakterizə edib.

Xüsusilə 2018-ci ildə Cənub Qaz Dəhlizinin açılış mərasimində Trampın mesajı belə idi ki, Azərbaycan Prezidenti İlham Əliyev regionda enerji təhlükəsizliyinin əsas təminatçısıdır. ABŞ bu layihəni dəstəkləyir və Azərbaycanın müstəqilliyinə sadiqdir.

Bu, faktiki olaraq ABŞ liderinin Azərbaycanın qlobal enerji xəritəsindəki rolunu təsdiqləməsi idi.

Bu il həm Amerikada, həm də Misirdə keçirilən görüşlərdə Tramp İlham Əliyevi güclü lider kimi qiymətləndirdiyini dünyaya bəyan etdi. Təbii ki, dünya nəhəngi ABŞ-ın bu açıqlamaları təsadüfi sayıla bilməz. Və bu o deməkdir ki, İlham Əliyev lideri olduğu Azərbaycanı ən üst səviyyədə qəbul etdirir. Bütün bunlar isə gərgin əmək, həyatını dövlətinə, xalqına xərcləməklə əldə oluna bilər.

Dünyanın digər liderləri, məsələn Vladimir Putin dəfələrlə bəyan edib ki, İlham Əliyev regionda sabitlik faktorudur.

Rəcəb Tayyip Ərdoğan Prezidentimizi  “Qafqazda tarix yazan lider”i adlandırıb.

Avropa İttifaqı Əliyevi “praqmatik və dialoqa açıq tərəfdaş” kimi qiymətləndirir.

Si Cinpin (Çin Xalq Respublikası) Azərbaycanı “Orta Dəhlizin əsas halqası” adlandıraraq əməkdaşlığın strateji xarakter daşıdığını qeyd edir.

Və bu dediklərimizi 2020-ci ilin payızında başlayan 44 günlük Vətən müharibəsinin nəticələri bir daha təsdiqlədi.
Bu QƏLƏBƏ İlham Əliyevin liderliyinin tarixi zirvəsi oldu.

Müharibə boyu onun hər çıxışı planlı, dəqiq və siyasi cəhətdən ağıllı şəkildə qurulmuşdu.

İlham Əliyev savaş zamanı bildiridi ki, nəyi, nə zaman və necə etməli olduğunu o bilir.

Zaman göstərdi ki, bu sözlər strateji idarəetmənin ifadəsi idi.

Hərbi əməliyyatların gedişində, döyüş taktikasında, diplomatik arenada və informasiya savaşında İlham Əliyevin liderliyi özünü parlaq göstərdi.

Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, işğal altında olan torpaqlar azad edildi, 30 illik ədalətsizlik tarixə çevrildi.

Azərbaycanın dövlət idarəçiliyində regional ayrı-seçkilik uzun illər sosial balansı pozurdu.

İlham Əliyev bu problemi kadr islahatları və müasir idarəetmə mədəniyyəti ilə aradan qaldırdı.

İndi kadr təyinatlarında əsas meyar peşəkarlıq, təhsil və idarəetmə bacarığıdır.

2019-cu ildən başlayaraq bir sıra icra başçıları və vəzifəli şəxslər korrupsiya ittihamı ilə vəzifədən azad edildi və məhkəmə qarşısına çıxarıldı.

Bu, Azərbaycanda “toxunulmazlıq dövrünün sonu” kimi qiymətləndirilir. 

İlham Əliyev tez-tez deyird ki, biz neft kapitalını insan kapitalına çevirməliyik.

Bu prinsip təhsil, səhiyyə və sosial infrastruktur sahəsində özünü göstərdi.

“ASAN Xidmət” şəffaf idarəetmə nümunəsi kimi BMT tərəfindən təltif edildi.

Təhsildə  məktəblərin və universitetlərin yenilənməsi, “SABAH” proqramları, beynəlxalq təqaüd sistemləri, idman Formula 1, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi tədbirlərlə Azərbaycanın beynəlxalq nüfuzu gücləndirildi.

Və bütün sahələrdə uğurlar mütəmadi xarakter alıb 

Təbii ki, Azərbaycan Prezidentinin misilsiz və möhtəşəm uğurlarında Birinci Vitse-Prezident Mehriban Əliyevanın da xidmətləri danılmazdır. 

Mehriban xanım Əliyeva dövlət idarəçiliyinə yeni yanaşma gətirdi. Bu, humanizm, sosial məsuliyyət və mədəni diplomatiyadır.

O, təhsildən səhiyyəyə, mədəniyyətdən beynəlxalq humanitar missiyalara qədər bütün sahələrdə aktiv rol oynayır.

Əliyev-Əliyeva tandemi dövlət idarəetməsinin güclü və zərif  tərəfini nümayiş etdirir.

İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan transmilli iqtisadi layihələrin əsas iştirakçısına çevrildi.

Azərbaycan Cənub Qaz Dəhlizi, TANAP, TAP – Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır. Bakı-Tbilisi-Qars dəmir yolu Çin-Avropa logistik xəttinin tərkib hissəsidir. Orta Dəhliz (Middle Corridor) Azərbaycanın Avrasiya tranzitinin mərkəzinə çevrilib.

Bu layihələr sayəsində Azərbaycan indi regionda enerji və nəqliyyat habına çevrilib.

Dünya gücləri artıq Azərbaycanla bərabərtərəfli danışıqlar aparır.

Ordumuzun 44 günlük müharibədə əldə etdiyi qələbə bu sistemin peşəkarlığının sübutudur.

Diplomatiyada balanslı xarici siyasət nəticəsində Azərbaycan həm Qərblə, həm Şərqlə eyni səviyyədə əməkdaşlıq edir.

Avropa və ABŞ-da fəaliyyət göstərən güclü Azərbaycan diasporu dövlət maraqlarını qoruyur.

Mediamız informasiya təhlükəsizliyi və milli ideoloji məkanın möhkəmləndirilməsi prioritet olub.

İlham Əliyev dövründə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artdı.

2025-ci ildə adambaşına düşən ÜDM 2003-cü illə müqayisədə 5 dəfə yüksəlib.

Yoxsulluq səviyyəsi 50%-dən 5%-ə enib.

Minlərlə kilometr avtomobil yolu, yüzlərlə məktəb və xəstəxana inşa olunub.

Regionlar bərabər inkişaf strategiyasına cəlb edilib.

“Xoşbəxt xalq-güclü dövlət” konsepsiyasının əsası qoyulub.

22 illik idarəçilik tarixi göstərdi ki, İlham Əliyevin liderliyi sistemli idarəetmə, strateji baxış və milli məsuliyyətin sintezidir.

Bu liderlik Heydər Əliyev məktəbindən gələn siyasi uzaqgörənliyə, xalqla birbaşa əlaqəyə, modern düşüncəyə və beynəlxalq reallıqları dəqiq oxumaq bacarığına əsaslanır.

Bu bacarıq işğaldan azad edilmiş Qarabağ və Zəngəzuru quruculuq meydanına çevirib.

Bu gün dünyada Azərbaycan sabit, müstəqil, öz sözünü deyən dövlət kimi tanınır.

İlham Əliyevin rəhbərliyi altında ölkəmiz regional gücdən qlobal oyunçuya çevrilib.

Dünya artıq Azərbaycanla hesablaşır.

Bu, bir liderin, bir xalqın və bir dövləti uğurla idarə edən siyasi məktəbin qələbəsidir.

Bu, Azərbaycan xalqının qələbəsidir.

Elnur ƏMİROV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri