Icma.az
close
up
RU
Şəhidin xatirəsinə həsr olunan “Qarabağ Azərbaycandır” adlı tədbir keçirilib FOTOLAR

Şəhidin xatirəsinə həsr olunan “Qarabağ Azərbaycandır” adlı tədbir keçirilib FOTOLAR

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Noyabrın 29-da Vətən müharibəsi şəhidi  Kazımov Vüsal Kamran oğlunun anım günündə Yuxarı Nüvədi kənd tam orta məktəbində şəhid Vüsal Kazımovun xatirəsinə həsr olunan “Qarabağ Azərbaycandır” adlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki, Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, millət vəkilləri Anar İsgəndərov və Elçin Mirzəbəyli, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universitetinin professoru Şikar Qasımov, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi əlilləri və müharibə iştirakçıları, habelə ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi hissəsi şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Lənkəran ŞİH başçısı Taleh Qaraşov bildirib ki, Azərbaycan dövləti şəhid ailələrinə və müharibə əlillərinə göstərilən qayğını özünün əsas prioritetlərindən biri kimi müəyyən edib, bu istiqamətdə ardıcıl və sistemli işlər həyata keçirilir. Onun sözlərinə görə, dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə xüsusi diqqət və qayğısı nəticəsində onların sosial müdafiə, mənzil təminatı, mənzil-kommunal şəraitinin yaxşılaşdırılması davamlı xarakter daşıyır.

Dövlət başçısı cənab İlham Əliyevin “Şəhid olmaq — xalqına, tarixə və gələcək nəsillərə misilsiz xidmət deməkdir” fikrini xatırladan icra başçısı bunun şəhid məfhumunun mahiyyətini, onun xalqımız üçün nə qədər müqəddəs olduğunu ən dəqiq şəkildə ifadə etdiyini vurğulayıb. Onun sözlərinə görə, şəhidlərin yerini heç kim doldura bilməz, lakin onların ailələrinin yanında olmaq, onların ruhuna ehtiram göstərmək bizim ən böyük vəzifəmizdir. 

Sonra millət vəkilləri Anar İsgəndərov, Elçin Mirzəbəyli və digər natiqlər çıxış ediblər. Bildirilib ki, qəhrəman şəhidlərimiz öz canları bahasına torpaqlarımızı düşməndən azad etdilər, müstəqilliyimizi daha da möhkəmləndirdilər və Azərbaycan xalqının birliyi, iradəsi və gücünü bütün dünyaya nümayiş etdirdilər. Azərbaycanın bugünkü gücü, sabitliyi, azad və müstəqil yaşamaq haqqı məhz şəhidlərimizin misilsiz fədakarlığı hesabınadır. Onlar canlarından keçərək bir daha sübut etdilər ki, Azərbaycan xalqı heç vaxt əyilməz, heç vaxt haqqından dönməz.

Daha sonra şəhid atası Kamran Kazımov çıxış edib. Şəhid atası cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq tam şəkildə dövlətin qayğısı ilə əhatə olunduqlarını, bütün müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığını vurğulayıb, buna görə onlara təşəkkürünü ifadə edib.

Çıxışlardan sonra məktəblilərin ifasında şəhidlərimizə həsr olunan şeirlər və musiqilər səsləndirilib.

Daha sonra tədbir iştirakçıları şəhidin Yuxarı Nüvədi kənd qəbiristanlığındakı qəbrini ziyarət edib və şəhidin adını daşıyan parka baxış keçiriblər.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 Noyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see130

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see129

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri