Icma.az
close
up
RU
Şəhidlər xiyabanının qoruyucusu dövlət deyil, xalqdır Fazil Mustafa

Şəhidlər xiyabanının qoruyucusu dövlət deyil, xalqdır Fazil Mustafa

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin payız sessiyasında çıxış edərək “Şəhidlər xiyabanları haqqında” xüsusi qanunun qəbulunun vacibliyini vurğulayıb. O bildirib ki, bu qanun şəhidlərin xatirəsinin qorunması, ictimai davranış qaydaları, ziyarət mədəniyyəti, təhlükəsizlik tədbirləri və milli yaddaş məkanlarının toxunulmazlığını təmin edəcək. Zahid Oruc qeyd edib ki, bəzi siyasi qüvvələr Şəhidlər xiyabanını mitinq meydanına çevirməyə çalışır və bu, milli həmrəyliyə ziddir. Yeni qanun həm milli birlik, həm də Vətən müharibəsində qələbənin əbədiləşdirilməsi baxımından zəruri hesab olunur.

“Şəhidlər xiyabanları haqqında” qanun qəbul zəruridirmi?

Redaktor.az-a açıqlamasında Milli Məclisin komitə sədri Fazil Mustafa bildirdi ki, bu məsələ ilə bağlı onun da açıqlaması olub.

"Mən bu məsələdə bir qədər fərqli düşünürəm. Zahid bəy şəhidlərimizə hörmət əlaməti olaraq belə bir addımın vacib olduğunu hesab edir. Mən isə bildirirəm ki, Şəhidlər xiyabanı yalnız bir yerdə deyil, bütün rayon və bölgələrdə mövcuddur. Onu ayrıca bir qanunla müdafiə etmək və ya saxlamaq tendensiyası mənim fikrimcə fərqli anlaşıla bilər. Şəhidlər xiyabanının qoruyucusu dövlət deyil, xalqdır. Xalq heç vaxt imkan verməz ki, şəhidinə qarşı hörmətsizlik olsun. Bir-iki insident baş verə bilər, ona da dövlət müdaxilə edir, cəza verir, xalq da etirazını bildirir".

Deputat qeyd etdi ki, bütövlükdə Şəhidlər xiyabanına hörmət qanunlaşdırılmamalıdır:

"Bu, mənəvi məsələ kimi cəmiyyətə təbliğ olunmalıdır. Onun bağlanması, müəyyən saatlarda giriş-çıxışın məhdudlaşdırılması və ya orada necə davranmaq prosedurlarının hazırlanması prosesə əlavə çalar qatmaz. Daha çox cəmiyyətdə bu istiqamətdə maarifçiliyi önə çəkməliyik. Xüsusi qanun və əlavə qərarlar bu sayğını artıran və ya mühafizəni gücləndirən vasitə deyil. Onsuz da bununla məşğul olan dövlət orqanları mövcuddur və Şəhidlər xiyabanı xüsusi qorunan obyekt kimi müdafiə olunur. Əlavə mexanizmlər gətirmək isə əlavə texniki problemlər doğura bilər".

Millət vəkili əlavə etdi ki, Şəhidlər xiyabanının qorunmasında əsas məsuliyyət cəmiyyətin üzərinə düşür.

"Şəhidlər bu cəmiyyətin təhlükəsizliyi və vətən üçün həyatlarını qurban veriblər. Yaşayanlar isə onlara hörmət göstərməyə borcludurlar", -deyə Fazil Mustafa vurğuladı.

Xədicə BAXIŞLI 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Oktyabr 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see197

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see136

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see132

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri