Icma.az
close
up
RU
Şəhidlərimizin qəhrəmanlığı Azərbaycan tarixinin şərəf səhifəsidir

Şəhidlərimizin qəhrəmanlığı Azərbaycan tarixinin şərəf səhifəsidir

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etdiyi müqəddəs tarixdir. Bu gün Birinci və İkinci Qarabağ müharibələrində, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirmiş bütün şəhidlərimizin xatirəsi ehtiramla anılır, onların qarşısında baş əyilir. Şəhidlərimizin qəhrəmanlığı, fədakarlığı və Vətən sevgisi xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillər üçün örnək olacaq.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Anım Günü ilə bağlı çıxışlarının birində şəhidlərimizin qəhrəmanlığını yüksək qiymətləndirərək demişdir: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.”

Azərbaycan xalqı uzun illər ərzində Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri ilə üz-üzə qaldı. Torpaqlarımızın işğal altında saxlanılması, yüz minlərlə soydaşımızın doğma yurdlarından didərgin düşməsi, beynəlxalq hüququn tələblərinin və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasının təmin olunmaması münaqişənin uzanmasına səbəb oldu. Azərbaycan dövləti bütün bu müddət ərzində məsələnin sülh yolu ilə həllinə çalışsa da, Ermənistanın destruktiv mövqeyi və davamlı hərbi təxribatları vəziyyətin daha da gərginləşməsinə gətirib çıxardı.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutması Vətən müharibəsinin başlanmasına səbəb oldu. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarına başlayaraq işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə qalxdı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının milli iradəsini, dövlətimizin gücünü və ordumuzun yüksək döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Döyüş meydanında qazanılan tarixi Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nəticələr əldə olundu.

Uzun illər ərzində beynəlxalq münasibətlər sistemində müşahidə olunan ikili standartlar da Azərbaycan xalqının haqlı narazılığına səbəb olmuşdu. Ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən beynəlxalq sənədlərin qəbul edilməsinə baxmayaraq, onların icrası üçün təsirli mexanizmlərin tətbiq olunmaması münaqişənin həllini uzatmışdı. Azərbaycan isə bütün bu proseslərdə öz prinsipial mövqeyini qoruyaraq beynəlxalq hüquqa əsaslanan tələblərini ardıcıl şəkildə müdafiə etdi.

Sülhsevər və tolerant Azərbaycan xalqı uzun illər münaqişənin sülh yolu ilə həllinə ümid bəslədi. Lakin Ermənistanın ardıcıl hərbi təxribatları və 2020-ci il sentyabrın 27-də genişmiqyaslı hücuma keçməsi Azərbaycan Ordusunun özünümüdafiə və ərazi bütövlüyünün bərpası məqsədilə hərbi əməliyyatlara başlamasını zəruri etdi. Həmin günlərdə xalqımız dövlət və ordu ətrafında sıx birləşdi. Cəmiyyətin bütün təbəqələri Vətən müharibəsinin iştirakçılarına mənəvi dəstək göstərdi, milli həmrəylik və birlik ən yüksək səviyyədə nümayiş etdirildi.

Müharibə günlərində “öldü var, döndü yoxdur” ifadəsi Azərbaycan əsgərinin Vətənə bağlılığının, döyüş əzminin və fədakarlığının rəmzinə çevrilmişdi. Minlərlə hərbçimiz Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldı. Onların qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan bayrağı ucaldıldı və xalqımızın tarixi ədalət arzusu gerçəkləşdi.

Prezident İlham Əliyev şəhidlərimizin qəhrəmanlığından danışarkən bildirmişdir: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq.”

Şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısı bu gün də ardıcıl şəkildə davam etdirilir. Onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müalicə və reabilitasiya imkanlarının genişləndirilməsi, məşğulluğunun təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət hər zaman öz əsgərinin, şəhid ailələrinin və qazilərin yanındadır. Bu diqqət və qayğı Vətən qarşısında xidmət göstərmiş insanların əməyinə və fədakarlığına verilən yüksək qiymətin ifadəsidir.

27 Sentyabr – Anım Günü həm də xalqımızın milli birliyinin, Vətən sevgisinin və dövlətçilik iradəsinin rəmzidir. Bu gün Azərbaycan xalqı şəhidlərimizin müqəddəs xatirəsini böyük ehtiramla yad edir, onların ailələrinin və yaxınlarının kədərini bölüşür. Şəhidlərimizin həyat yolu və qəhrəmanlığı Azərbaycan tarixinin şərəfli səhifələrində əbədi yaşayacaqdır.

Bu müqəddəs gündə Birinci və İkinci Qarabağ müharibələrinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ruhu qarşısında baş əyir, Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik. Onların fədakarlığı heç zaman unudulmayacaq.

Elnur Əsədov

YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Sentyabr 2026 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri