Icma.az
close
up
RU
“Şəhidlərin qəhrəmanlıqlarının təbliği” layihəsinin sonuncu seçim turu təşkil olunub FOTOLAR

“Şəhidlərin qəhrəmanlıqlarının təbliği” layihəsinin sonuncu seçim turu təşkil olunub FOTOLAR

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Konstitusiya və Suverenlik ili” çərivəsində icra olunan “Şəhidlərin qəhrəmanlıqlarının təbliği” layihəsinin sonuncu seçim turu Quba rayonunun Aşağı Tüləkəran kəndində təşkil olunub.

"Cebheinfo.az" xəbər verir ki, Quba rayonu Aşağı Tüləkəran kənd tam orta ümumtəhsil məktəbinin idman zalında keçirilən tədbirdə Quba rayonunun Aşağı Tüləkəran, Yenikənd, Möhüc və Tülər kəndlərindən olan 40 nəfər yeniyetmə və gənc müəllim 8 komanda tərkibində Nə? Harada? Nə zaman? oyunu üzrə intellektual turnirdə mübarizə aparıb. Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıqlarının, Qarabağda formalaşmış görkəmli tarixi şəxsiyyətlərinin fəaliyyətinin, eyni zamanda Qarabağ tarixinin, ədəbiyyatının, incəsənətinin, musiqisinin, Qarabağda aparılan abadlıq-quruculuq işlərinin intellektual oyunlar vasitəsilə  yeniyetmə və gənclər arasında təbliğ edilməsi olduğunu bildirib.
Rəsmi hissədə çıxış edən Quba rayonu Aşağı Tüləkəran kənd tam orta ümumtəhsil məktəbinin direktoru Cəmşid Mövlanov tədbirin yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində böyük əhəmiyyət daşıdığını qeyd edərək bu qəbildən olan layihələrin davamlı icra edilməsinin vacib olduğunu vurğulayıblar.

Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını Yenikənd kəndini təmsil edən “Everest” komandası qazanıb. Aşağı Tüləkəran kəndini təmsil edən “Zəfər” və Möhüc kəndini təmsil edən “Qarabağ” komandaları yarışda müvafiq olaraq ikinci və üçüncü yerləri tutaraq final mərhələsində oynamaq hüququ əldə ediblər. Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal, diplom və bədii ədəbiyyat nümunəli kitablarla təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Konstitusiya və Suverenlik ili”nə həsr olunan “Şəhidlərin qəhrəmanlıqlarının təbliği” adlı layihə çərçivəsində keçirilən tədbirlərdə Quba rayonunun 6 kənd zonasında – Asparasti, Vəlvələ, Pirvahid, Dağlı, Ağbil və Aşağı Tüləkəran kəndlərində keçirilən seçim turlarında ümumilikdə 44 kənd və qəsəbədə yaşayan və təhsil alan 240 nəfər yeniyetmə və gənc iştirak edib. Layihənin növbəti final mərhələsində Quba rayonunun Kələnov kəndini təmsil edən “İstiqlal”, Aspərəsti kəndinin “Zirvə”, İsnov kəndinin “Uğur”, Çiçi kəndinin “Mübarizlər”, Talabıqışlaq kəndinin “Dəmir yumruq”, Mirzəqişlaq kəndinin “Turan”, İkinci Nügədi kəndinin “İnvektus”, Səbətlər kəndinin “Assansins Creed”, Amsar kəndinin “Amsar”, Üçgün kəndinin “Odlar Yurdu”, Dağlı kəndinin “Ekipaj”, Alpan kəndinin “Zirvə”, Aşağı Xuc kəndinin “Mübarizlər”, Əlibəyqışlaq kəndinin “Zəfər”, Susayqışlaq kəndinin “Turan”, Yenikənd kəndinin “Everest”, Aşağı Tüləkəran kəndinin “Zəfər” və Möhüc kəndinin “Qarabağ” komandaları iştirak edəcək.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 İyun 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see236

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see182

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see177

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see159

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri