Icma.az
close
up
RU
Şəhidlik zirvəsindəki 50 yaş Elgün İsmayılov adına yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb AZƏRTAC

Şəhidlik zirvəsindəki 50 yaş Elgün İsmayılov adına yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 16 noyabr, AZƏRTAC

Yaşasaydı bu gün 50 yaşı tamam olacaqdı. Oğlu, qızı, bəlkə nəvələri də başına toplaşıb şənlənəcək, şəninə ən xoş sözlər söyləyəcəkdilər. O, Vətəni yaşadanlardan, sevdiyi müqəddəs torpaq üçün canını qurban verənlərdən oldu. Döyüşə qəhrəman olmaq, tarixdə əbədiləşib yaşamaq üçün getməmişdi. Bircə məqsədi var idi. Babalardan miras qalmış Vətən torpağını qorumaq.

AZƏRTAC xəbər verir ki, ömrünün 20-ci baharında Murovdağın zirvəsində şəhadətə yüksələn Elgün İsmayılovun unudulmaz xatirəsi yalnız ailəsində, oxuduğu məktəbdə deyil, həm də bir zamanlar çalışdığı “Azərbaycan” qəzeti redaksiyasında daim ehtiramla yad edilir. Hər il şəhidin doğum günündə redaksiya kollektivi onun İkinci Şəhidlər xiyabanındakı müqəddəs məzarını ziyarət edir, üzərinə tər çiçək dəstələri düzürlər.

Şəhid Elgün İsmayılov 1974-cü il noyabrın 16-da Bakıda anadan olub. 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılaraq elə həmin ilin oktyabrında N saylı hərbi hissənin briqadasının tərkibində Füzuli rayonuna göndərilir. O, Horadizin düşməndən azad edilməsi uğrunda döyüşlərdə iştirak edir və göstərdiyi şücaətə görə komandanlıq tərəfindən mükafatlandırılır.

1994-cü ilin yanvarında hərbi briqadanın yeri Kəlbəcər bölgəsinə, Murovdağ istiqamətinə dəyişdirilir. Komandanlığın onun barəsində verdiyi arayışda göstərilir ki, Elgün İsmayılov mürəkkəb relyefə malik Murovdağda bölüyün keçirdiyi 20 əməliyyatdan 16-da iştirak edib. 1994-cü il aprelin axırlarında aparılan hərbi əməliyyata görə Elgün İsmayılov komandanlığın fəxri fərmanına layiq görülür. Mayın 25-dən 26-na keçən gecə Murovun Ömər yüksəkliyində düşmən arxasına keçərək vacib məlumatları gətirməyə gedən 4 nəfərlik kəşfiyyat dəstəsinin tərkibində Elgün də olur. Düşmən hücumuna məruz qalan igid kəşfiyyatçı son nəfəsinədək döyüşərək şəhidlik zirvəsinə ucalır.

2003-cü ildən redaksiyada Elgünün döyüş yolunu əks etdirən stend yaradılıb. Elə həmin ildən başlayaraq redaksiya əməkdaşları arasında şəhidin xatirəsinə həsr olunmuş yaradıcılıq müsabiqəsi keçirilir.

Redaksiyada ənənəvi tədbir Vətən uğrunda canlarından keçən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsilə başladı.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxış edərək bildirib ki, bugünkü müsabiqəmiz Azərbaycan üçün çox önəmli, tarixi günə - COP29 kimi möhtəşəm tədbirin keçirildiyi günə təsadüf edir. “Azərbaycan” qəzeti həmişə vətənpərvərlik mövzusunda dərc olunan məqalələri ilə xüsusi olaraq fərqlənib. Redaksiya əməkdaşlarının Elgün İsmayılovun xatirəsinə həsr olunmuş bu yaradıcılıq müsabiqəsinə ardıcıl olaraq 22 il vətənpərvərlik mövzusunda məqalələr təqdim etmələri də bunun əyani təsdiqidir.

Baş redaktor çıxışında xüsusi vurğulayıb ki, Vətən müharibəsində əldə etdiyimiz Şanlı Zəfər həm də Birinci Qarabağ savaşında torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolunun gənclərə əsl örnək olduğunu sübuta yetirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı tarixi Qələbə sayəsində xalqımızın milli qüruru özünə qayıtdı: “Bu gün bizlər ömrünü vətənə fəda edən igidlərimizə borcluyuq. Qalib xalqın nümayəndələri kimi Elgünün xatirəsinə həsr olunmuş yaradıcılıq müsabiqəsini də artıq dörd ildir ki, Zəfər ab-havası ilə qeyd edirik. Döyüş meydanında düşmənin başını əzərək şəhidlərimizin qisasının alınması, bütün ərazilərimizdə dövlətimizin konstitusion əsaslarının bərpa olunması bizə qürur hissi bəxş edir”.

Bəxtiyar Sadıqov vurğulayıb ki, indi xalqımız Qarabağ və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük quruculuğun təntənəsini yaşayır. Budəfəki müsabiqəyə təqdim olunmuş jurnalist yazılarının hər birinin Vətən müharibəsi qəhrəmanları, işğaldan azad edilmiş ərazilərimizdə icra edilən bərpa-quruculuq işləri ilə bağlı olması da bu baxımdan təsadüfi deyil. Builki müsabiqənin yekunlarına görə, redaksiyanın əməkdaşları - Yasəmən Musayeva, Zöhrə Fərəcova və Rəşad Baxşəliyev vətənpərvərlik mövzusunda dərc olunmuş yazılara görə “Azərbaycan” qəzetinin fəxri diplomu və pul mükafatları ilə təltif olunublar.

Tədbirdə çıxış edən Zöhrə Fərəcova qeyd edib ki, bu gün hər birimiz xalqımıza bu şanlı Zəfəri yaşadan qəhrəman şəhidlərə, qazilərə, Vətən üçün canını qurban verməkdən çəkinməyən cəsur oğullara borcluyuq.

Müsabiqənin qaliblərindən olan Yasəmən Musayeva isə deyib ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində gözlərini belə qırpmadan Vətənimizin bütövlüyü naminə həyatlarını qurban verən igidlərimizin əziz ruhunu şad etmək, onların xatirəsini əbədiləşdirmək bir jurnalist olaraq məsuliyyətlidir.

Qəzetin əməkdaşı, 44 günlük vətən müharibəsinin könüllü iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan baş leytenantı Rəşad Baxşəliyev bildirib ki, bu gün şəhid həmkarımız Elgün İsmayılovun ruhu şaddır: “Qırx dörd günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərimizdə payı olan Azərbaycan Ordusunun zabiti kimi qürurluyam ki, mən həm də “Azərbaycan” qəzetində Elgünün davamçısı oldum və şəhid qardaşımızın qisasını alıb qazi kimi redaksiyamıza qayıtdım”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see225

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see217

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see217

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see211

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see170

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see157

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see156

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see156

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see144

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see140

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see137

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see136

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see134

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see133

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see131

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see122

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri