Icma.az
close
up
RU
Beynəlxalq Kosmik Poster Müsabiqəsinin milli mərhələsinin qalibləri mükafatlandırılıb AZƏRTAC

Beynəlxalq Kosmik Poster Müsabiqəsinin milli mərhələsinin qalibləri mükafatlandırılıb AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 17 dekabr, AZƏRTAC

“Azərkosmos”un KOSMİK Akademiyasının təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi ilə Beynəlxalq Kosmik Poster Müsabiqəsinin milli mərhələsinin mükafatlandırma mərasimi keçirilib.

“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində əldə edilmiş nailiyyətlər təqdim edilib, həmçinin məktəblilər təəssüratlarını paylaşıblar. Mərasimin sonunda məktəbdənkənar təhsil müəssisələrinin rəhbərlərinə təşəkkürnamələr təqdim olunub. Müsabiqə iştirakçısı olan məktəblilərə isə hədiyyələr, mükafatlar və sertifikatlar verilib.

Beynəlxalq Kosmik Poster Müsabiqəsi hər il Asiya-Sakit Okean Regionu (APRSAF) ölkələrindən və əməkdaş-assosiativ üzv ölkələrdən üç mərhələ üzrə 4000-dən çox 5-9-cu sinif şagirdlərini bir araya gətirir. Bu il keçirilən müsabiqənin milli mərhələsi Azərbaycanın Elm və Təhsil Nazirliyi və KOSMİK Akademiyanın birgə əməkdaşlığı ilə təşkil olunub. Açılış və bağlanış mərasimləri, onlayn plenar sessiyalar, seminar, mühazirə, dəyirmi masa, master klasslar və ən əsası posterlərin təqdimatından ibarət sərginin keçirildiyi müsabiqənin milli mərhələsi Azərbaycanda 2024-2025-ci tədris ilinin oktyabr ayında baş tutub.

Müsabiqənin milli mərhələsində ümumi təhsil müəssisələrinin 25 məktəblisi “Kosmik səyahət” mövzusunda rəsm əsərləri təqdim ediblər. Bu mərhələnin qalibi olan 3 məktəbli APRSAF-nin 30-cu sessiyası çərçivəsində Avstraliyanın Pers şəhərində təşkil olunmuş sərgidə beynəlxalq mərhələdə yüksək mükafatlara layiq görülüblər. Ümumi 33 iştirakçı arasında Azərbaycan məktəbliləri üç yüksək mükafata (“Ən yaxşı rəsm əsəri” mükafatı, “Xüsusi rəsm əsəri” mükafatı və Avstraliya Kosmik Agentliyi tərəfindən təqdim olunan mükafat) layiq görülərək təltif olunublar.

Müsabiqədə ümumilikdə 1712 məktəbli iştirak edib, 1462 rəsm əsəri təqdim olunub. Sərgidə 42 əsər nümayiş olunub və qaliblərə ümumilikdə 5 mükafat təqdim olunub. Bu mükafatların 3-ü Azərbaycan məktəblilərinə təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2024 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri