Icma.az
close
up
RU
Şəhidliyi Vətən sevgisindən başlanan Rasim FOTO

Şəhidliyi Vətən sevgisindən başlanan Rasim FOTO

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

31 avqust zəfər şəhidi Rasim Rufullayevin doğum günüdür
Vətənini öz canından artıq sevən, İkinci Qarabağ müharibəsində onun yolunda şəhid olan Rasim Yadigar oğlu Rufullayev Yardımlı rayonunun Zevin kəndində dünyaya göz açmışdı. İlahi sevginin gücü ona 23 yaşında gələcək nəsillərə örnək olacaq bir tarix yazdırdı. Rasim öz xalqına torpağı Vətən edən, özünü qurban verməklə onu müqəddəs edən oğul oldu. O, həm də milyonlarla insanın yaddaşında qoyduğu şərəfli adla doğma Yardımlıya şöhrət oldu. Və bu dağlar yurdu bir igidin hünəri hesabına bütün Azərbaycanda qəhrəmanlar məskəninə, qorxmaz oğullar diyarına döndü.
Arzusu, amalı xalqına ləyaqətli xidmət edib Azərbaycana əsl oğul kimi Tanrının verdiyi ömür payını yaşamaq olan Rasim 2015-ci ildə ordu sıralarına yollanır. Vətənə, dövlətə sədaqəti ilk gündən bilinir, cəsurluğu, mərdliyi ona ehtiram gətirir. Rasim əsgərliyini üzüağ başa vurur. Düşmən tapdağında olan Vətən torpaqların azadlığı naminə həyatını hərbiyə bağlayır. Tez də Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində Vətəni canı, qanı bahasına qorumağı, yaşatmağı bacaran qəhrəman oğullar cərgəsində layiqli yer alır.
Şəhidliyi Vətən sevgisindən başlanan Rasim İkinci Qarabağ müharibəsinin birinci günü ən qaynar nöqtələrdə döyüşə girir. Ölüm-dirim savaşlarda erməni faşistlərinə vurduğu sarsıdıcı zərbələr Vətən torpaqlarına azadlıq gətirir. Düşmənin çoxsaylı canlı qüvvəsini, saysız-hesabsız texnikasını, silah-sursat anbarlarını məhv edir, onlarla yaralı əsgəri, zabiti müharibə meydanından çıxarır. Qəhrəman əsgər xüsusi rəşadət göstərməklə Şuşaya qədər şərəfli bir döyüş yolu keçir və erməni quldurlardan arzuladığı qisasını tam ala bilir. Noyabrın 7-də şəhidlik zirvəsinə ucaldığı sonuncu döyüşdə ölümcül yaralansa da düşmənə əyilmir, son nəfəsinə qədər mübarizə aparır. “Şərəf duyuram ki, artıq müqəddəs, əzəli yurd yerimiz Qarabağ azaddır” deyim ömrünü Vətəninə verir.
Yardımlı camaatı Rasimin adını hər yerdə, həmişə əziz tutur. Çünki o, Vətən, torpaq uğrunda şəhid oldu. Dövlət də Rasimin müharibədə göstərdiyi qəhrəmanlığını yüksək tutmaqla onu “Vətən uğrunda” “Laçının azad olnmasına görə” medallara layiq gördü.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 Avqust 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri