Icma.az
close
up
RU
Səhiyyə Nazirliyi işə qəbul prosesini tam elektronlaşdırıb

Səhiyyə Nazirliyi işə qəbul prosesini tam elektronlaşdırıb

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Səhiyyə Nazirliyi işə qəbul prosesini tam elektronlaşdırıb. “İşə Qəbul” alt sistemi səhiyyə müəssisələrində kadr seçim prosesini daha şəffaf, səmərəli və obyektiv həyata keçirmək məqsədilə tətbiq olunub. Sistem vasitəsilə tibb müəssisələrinin vakant yerləri elan edilir və namizədlər uyğun olduqları vəzifələrə müraciət edə bilirlər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin Treninq və Monitorinq Bölməsinin mütəxəssisi Aqşin Səmədov deyib. Bildirib ki, işə qəbul prosesinin əsas mərhələlərindən biri müsahibədir: “Müsahibə səhiyyə müəssisəsində komissiya üzvləri tərəfindən keçirilir və namizədlərin bilik və bacarıqları müəyyən edilmiş meyarlar üzrə qiymətləndirilir. Bu zaman hər bir namizədə eyni vakansiya üzrə eyni suallar verilir. Namizədin cavabları hər bir meyar üzrə 2 (qeyri-kafi), 3 (kafi), 4 (yaxşı) və ya 5 (əla) balla qiymətləndirilir. Əgər namizəd hər hansı meyar üzrə 2 bal alarsa, müsahibədən uğursuz keçmiş hesab edilir. Bütün meyarlar üzrə topladığı ballar yekun qiymətləndirməyə daxil edilir və nəticə sistemə ötürülür. Müsahibə başa çatdıqdan sonra sistem bütün namizədlərin yekun ballarını avtomatik müqayisə edir və ən yüksək bal toplayan namizədi seçir. Seçim nəticələri namizədlərə sistem üzərindən fərdi qaydada bildirilir”.

A.Səmədovun sözlərinə görə, namizədlər öz təhsil, bilik və bacarıqlarına uyğun olan bir neçə vakant vəzifəyə eyni anda müraciət edə bilərlər: “Bu, səhiyyə sahəsində işləyən kadrlar üçün daha geniş iş imkanları yaradır və müəssisələrə daha çox namizəd arasından seçim etməyə şərait yaradır. Sistem müsahibə vaxtlarının üst-üstə düşməsinin qarşısını alır. Bir namizəd üçün artıq bir tibb müəssisəsində müsahibə vaxtı təyin edildikdə, digər tibb müəssisələri həmin tarixdə eyni namizədi müsahibəyə dəvət edə bilmir. Bu mexanizm həm namizədlər, həm də səhiyyə müəssisələri üçün işə qəbul prosesini daha səmərəli və nizamlı edir”.

“Səhiyyə Nazirliyinin Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) çərçivəsində fəaliyyət göstərən “İşə Qəbul” alt sistemi işə qəbul prosesinin tam elektronlaşdırılmasını təmin edərək bir sıra üstünlüklər yaradır. Belə ki, mərkəzləşdirilmiş sistem - bütün səhiyyə müəssisələrinin vakansiyaları vahid platformada toplanır və namizədlər üçün əlçatan olur. Şəffaf və obyektiv qiymətləndirmə - müsahibə nəticələri sistemdə qeyd olunur və seçim reytinq əsasında aparılır. Avtomatlaşdırılmış uyğunluq yoxlaması - namizədlərin təhsili, iş təcrübəsi və ixtisas göstəriciləri sistem tərəfindən avtomatik filtrasiya edilir. Sənədlərin doğrulanması -namizədlərin diplom, sertifikat və digər sənədləri avtomatik yoxlanılır, bu da saxta sənəd təqdim edilməsinin qarşısını alır. Effektiv idarəetmə - müəssisələr real vaxt rejimində vakansiyalar və müraciət edən namizədlər haqqında məlumat əldə edə bilir. İstifadəçi dostu interfeys - həm işəgötürənlər, həm də namizədlər üçün müraciətlərin statusunu izləmək və bildirişlər almaq imkanı yaradılır. Sistem insan faktorunu minimuma endirərək səhiyyə müəssisələrinin ən uyğun kadrları daha sürətli və səmərəli şəkildə seçməsinə imkan yaradır. Elektronlaşdırılmış işə qəbul mexanizmi səhiyyə sahəsində insan resurslarının idarə edilməsini müasir tələblərə uyğunlaşdıraraq optimallaşdırır”, - deyə Aqşin Səmədov əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Fevral 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri