Icma.az
close
up
RU
Səhiyyə Nazirliyinin baş psixiatrı 19 yaşlı gəncə “anadangəlmə əlil” diaqnozu qoydu, amma... ABŞERON SAKİNİNİN İDDİASINA RƏSMİ REAKSİYA

Səhiyyə Nazirliyinin baş psixiatrı 19 yaşlı gəncə “anadangəlmə əlil” diaqnozu qoydu, amma... ABŞERON SAKİNİNİN İDDİASINA RƏSMİ REAKSİYA

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Abşeron rayonu, Saray qəsəbəsi, Mir Cəlal küçəsi 30 ünvanında yaşayanMəmmədova Zümrüd Abutalı qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin anadangəlmə ruhi xəstə, Kanner (autizm) sindromlu, müddətsiz əlil, 25.08.2006-cı il doğumlu övlad Heydərli İbrahim Fərid oğlunun əlilliyini təyin etməməsinə etiraz edir:

“Hörmətli Redaksiya!

Diqqətinizə çatdırım ki, 2006-cı il doğumlu anadangəlmə əlil oğlumuz Heydərli İbrahim Fərid oğlunu hərbi tibb komissiyası yararsız hesab edib.

ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) isə əlillik təyinatından heç bir əsas olmadan imtina edib. Halbuki Səhiyyə Nazirliyinin baş psixiatrı Fuad İsmayılov, Sumqayıt şəhər psixiatriya xəstəxanası oğluma "orta kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə F71.1" diaqnozu qoyub.

DTSERA hansı əsasla əlillik təyinatı aparmayıb? Bu, özbaşınalıqdır, oğlum 18 ildir müddətsiz əlildir, əyani görmək olur ki, özünü idarə edə bilmir, təbii ehtiyaclarını da kənardan köməklə edir.

Sizdən özbaşınalığa son qoyulmasını, özbaşöna kəsilən əlilliyin və pensiyanın bərpasını təmin etmək üçün səlahiyyətinizdən yararlanmağı xahiş edirəm”.

ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən “Hürriyyət”ə bildirilib ki, Abşeron rayon sakini, 2006-cı il təvəllüdlü Heydərli İbrahim Fərid oğlu “İnzibati icraat haqqında” Qanuna əsasən, 18.11.2024 və 26.11.2024-cü il tarixlərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib:

“Müayinə zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Həmçinin Heydər İbrahimli müayinə zamanı heç bir tibbi sənəd təqdim etməyib.

Bu səbəbdən də müvafiq qanunvericiliyə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilib”.

Hazırladı: Jalə FAMİLQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Aprel 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri