Səhiyyə Nazirliyinin mütəxəssiseksperti: 2024cü ildə ölkədə hansısa yeni mövsümi xəstəlik ortaya çıxmayıb
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
Cari ildə ölkədə hansısa yeni mövsümi xəstəlik ortaya çıxmayıb.
Bu barədə "Report"a müsahibəsində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov danışıb.
O, hazırda dekabr ayının sonu olmasına baxmayaraq, fəsli qripin kəskin artımının müşahidə olunmadığını diqqətə çatdırıb:
"Ayrı-ayrı illərdə qrip virusunun müxtəlif ştamları ortaya çıxır. Onlar da bir-birindən müəyyən qədər fərqlənir. Bundan başqa, digər respirator virusların təxminən 200 növü var. Növlər müəyyən zamanlarda bir-birini əvəz edir. Lakin bunlar yeni yayılmış viruslar deyil. 2024-cü ildə ölkədə hansısa yeni mövsümi xəstəlik ortaya çıxmayıb. Bildiyimiz kimi, dekabr, yanvar, fevral qripin yayılması üçün münbit şəraitin olduğu aylardır. Hazırda dekabr ayının sonları olmasına baxmayaraq, fəsli qripin kəskin artımını müşahidə etmirik. Ola bilsin ki, bir müddət sonra virus baş qaldırar. Lakin ötən illərlə müqayisədə bu il hələ ki sözügedən artım müşahidə olunmur".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 31 Dekabr 2024 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















