Icma.az
close
up
RU
Səhiyyə Nazirliyinin nümayəndələri Naxçıvana gedib

Səhiyyə Nazirliyinin nümayəndələri Naxçıvana gedib

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Səfərin birinci günü qonaqlar Hemodializ Mərkəzi və Psixoloji Sağlamlıq Mərkəzinin fəaliyyətə başlaması münasibətilə keçirilmiş tədbirdə iştirak edib, eyni zamanda Təcili Tibbi Yardım Xidmətinin inzibati binasına baş çəkərək xidmətin daxili təchizatı yenilənmiş avtomobillərinə baxıb, çağrı mərkəzində quraşdırılmış proqram təminatı ilə tanış olublar.
Treninq və Simulyasiya Mərkəzinə baxış keçirilib. Burada səhiyyə işçilərinin sertifikasiya prosesinin ilkin mərhələsində keçirilən təlimlər barədə qonaqlara ətraflı məlumat verilib. Daha sonra təmir tikinti işləri davam edən Ağız Diş Sağlamlıq Mərkəzinə baxış keçirilib, burada yaradılması nəzərdə tutulan somatoloji bölmələr barədə məlumat təqdim edilib.
Ardınca Səhiyyə Nazirliyinin balansına verilmiş tibbi anbar ziyarət edilib, dərman preparatları, tibbi avadanlıqlar və ləvazimatların saxlanma şəraiti ilə tanışlıq həyata keçirilib. Həmin gün həmçinin istismara verilməsi planlaşdırılan Oksigen İstehsalı Müəssisəsində görülən işlərə baxış keçirilib.
Səfərin davamında nümayəndə heyəti Babək rayonu üzrə Qahab Kənd Ailə Sağlamlıq Mərkəzi, Culfa rayonu üzrə Əbrəqunus Kənd Ailə Sağlamlıq Mərkəzi, eləcə də Ordubad rayonu üzrə Dəstə və Vənənd Kənd Ailə Sağlamlıq Mərkəzlərini ziyarət edib. Mərkəzlərə təhvil verilmiş müasir tibbi avadanlıqlarla, tətbiqinə başlanılmış smart peyvənd sisteminin iş prinsipi ilə bağlı ətraflı məlumat təqdim olunub.
Səfərin ikinci günü nümayəndə heyəti ilk olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Dəstək və Çağrı Mərkəzlərinə baş çəkib, burada göstərilən xidmətlərin təşkili ilə tanış olublar. Daha sonra Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanası ziyarət edilərək tibb müəssisəsinin infrastrukturunun mövcud normativ tələblərə uyğunluğu müzakirə edilib.
Səfər çərçivəsində Naxçıvan Sağlamlıq Mərkəzi də ziyarət olunub, burada həyata keçirilmiş yenidənqurma işləri, o cümlədən müasir tipli palatalar, kimyaterapiya bölməsi və yeni yaradılmış əməliyyat otaqları nümayəndə heyətinə təqdim edilib. Həmçinin İctimai Səhiyyə Xidməti və burada yaradılan Peyvənd Mərkəzi ziyarət olunub, mərkəzin ümumi fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Növbəti mərhələdə Şərur rayonu üzrə Dizə Kənd Ailə Sağlamlıq Mərkəzində Təcili Tibbi Yardım Xidmətinin yeni istifadəyə verilmiş geolokasiyanın təqdimat mərasimi keçirilib və nümayəndə heyəti bu tədbirdə iştirak edib. Daha sonra Xanlıqlar kənd Ailə Sağlamlıq Mərkəzi və Sədərək rayonu üzrə Dəmirçi Ailə Sağlamlıq Mərkəzi də ziyarət olunub, həmin müəssisələrin fəaliyyət istiqamətləri və yaradılmış şəraitlə yerində tanışlıq aparılıb.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində səhiyyə sistemində aparılmış islahatlar, yaradılmış yeni infrastruktur və xidmətlərin təşkili ilə bağlı görülmüş işlər yüksək qiymətləndirilib, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://azvision.az
archiveBu xəbər 19 Oktyabr 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri