Icma.az
close
up
RU
Səhm alarkən ən çox hansı səhvlərə yol verilir? Açıqlama

Səhm alarkən ən çox hansı səhvlərə yol verilir? Açıqlama

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Səhm bazarı uzunmüddətli gəlir əldə etmək üçün ən populyar investisiya alətlərindən biri hesab olunur. Lakin kifayət qədər araşdırma aparmadan və ya emosional qərarlar verərək edilən investisiyalar gözlənilən qazancı təmin etməyə bilər. Xüsusilə yeni investorlar səhm alarkən eyni səhvləri təkrarlayır və bu da maliyyə itkilərinə səbəb olur.

Bəs səhm alarkən ən çox hansı səhvlərə yol verilir və bu risklərdən necə qorunmaq olar?

CFI Financial İnvestisiya Şirkətinin Risklərin İdarə edilməsi direktoru Valeh Qənbərov Banco.az-a açıqlamasında bildirib ki, səhm bazarında ən çox edilən səhvlərdən biri həm artıma (long), həm də enişə (short) oynayaraq, qiymət hərəkətlərindən qısa müddətdə "varlanmağa" çalışmaqdır:

"Lakin qısamüddətli zaman kəsiyində qiymətlər tamamilə qeyri-müəyyən və qeyri-müəyyən xəbərlər fonunda dəyişə bilər ki, bu da kəskin qiymət oynamasına səbəb olur. Bu cür ani volatillik, xüsusilə də treyder kredit çiynindən istifadə edirsə, böyük maliyyə itkiləri ilə nəticələnir".

V. Qənbərovun sözlərinə görə, müstəqil investor və ya treydər anlamalıdır ki, o, investisiya banklarını və ya hedc fondlarını qabaqlaya bilməz: "Çünki bu böyük oyunçular informasiya resurslarına birbaşa sahibdirlər və səhmlərin iqtisadi hərəkət tsikllərini təyin etmək gücündədirlər.

Mövqeyə giriş zamanının nə dərəcədə önəmli olduğunu göstərmək üçün çox bariz bir misal çəkmək olar. 2000-ci illərin əvvəllərində "dotkom" böhranı və yüksək texnologiyalar sektorunun çöküşü baş verdi. Amazon (AMZN) və Cisco (CSCO) kimi nəhəng şirkətlər o dövrdə müflis olmaq təhlükəsi ilə üzləşmişdilər. Halbuki bu, onların gələcəkdə 100000% faiz-dən çox böyüməsinin yalnız başlanğıcı idi.

Yekun olaraq, həm öz təcrübəmə, həm də fond bazarlarının tarixi inkişafına əsaslanaraq dəqiq deyə bilərəm ki, qiymətli kağızlar bazarında qərar qəbul edərkən intuisiya və tələskənliyi kənara qoymaq lazımdır. Kapital bazarları çox çevik olduğu üçün hər zaman qazanmaq üçün yeni fürsətlər yaradır".

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://banco.az
archiveBu xəbər 14 İyul 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri