Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Səhnə məndən ötrü sirli sehrli məkandır Səsin izi ilə

Səhnə məndən ötrü sirli sehrli məkandır Səsin izi ilə

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hər səsin bir ünvanı var. Bəziləri dərhal eşidilir, bəziləri isə kütlə səs-küyünün arasında itib gedir. Bu gün müasir Azərbaycan musiqisində yaranan gurultu içində bəzən o səslər eşidilmir, zövqlər qarışır, istedadlar isə kölgədə qalır. Amma gələcəyə ümid sonsuzdur. Çünki Azərbaycan musiqisində yeni adlar, yeni səslər doğulur. Biz də həmin səslərin izinə düşürük. Azərbaycan musiqisinə yeni nəfəs gətirən, amma hələ geniş auditoriya tərəfindən kifayət qədər kəşf edilməmiş gəncləri "525-ci qəzet"in yeni - "Səsin izi ilə" rubrikasında oxuculara təqdim edəcəyik. Hər şənbə bir gənc, bir səs, bir hekayə, bir ümid... Çünki istedad eşidilməyə layiqdir. Bu rubrika istedadın ünvanıdır.

Azərbaycan estrada musiqisinə yeni nəfəs gətirən istedadlı simalardan biri - Rövşanə Kərimduxtdur. Çəkingən və sakit xarakteri ilə seçilsə də, səhnəyə ayaq basan kimi sanki bir alova çevrilir. Tanınmış bəstəkar Gövhər Həsənzadənin yetirməsi olan Rövşanə, 2020-2021-ci illərdə "Səs Azərbaycan" layihəsində iştirak etməklə tamaşaçıların diqqətini çəkib. Bu gün o, musiqiyə olan sevgisini səhnəyə daşımaq, emosiyalarını mahnılarla paylaşmaq və dinləyicilərlə ruhən bağ qurmaq arzusundadır. Sənət, yaradıcılıq barədə söhbətimizdə ilk sözləri bu oldu ki, musiqi onun uşaqlıq sevgisi, uşaqlıq arzusudur:

"Özümü hər zaman səhnədə təsəvvür etmişəm, səhnədə görmüşəm. Ruhən musiqiyə bağlı insanam. Musiqi mənim üçün tamamilə başqa bir aləm, başqa bir dünyadır, hər şeydir - həyatdır, duyğunun dilidir.

2012-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinin xanəndəlik ixtisasına qəbul oldum. Orada gözəl sənətkarımız, Xalq artisti Zabit Nəbizadədən dərs aldım. Sonra Azərbaycan Televiziyasında Vaqif Mustafazadə adına "Sevil" Vokal İnstrumental Ansamblında çalışmışam. Oradakı dörd qızdan biri mən idim. Əməkdar artist Rəna Talıbovanın bizim üzərimizdə zəhməti çox oldu. O ansamblla birlikdə böyük səhnələrdə çıxış etmişəm.

Daha sonra Azərbaycan Milli Konservatoriyasına daxil oldum. Burada Xalq artisti Azər Zeynalovun sinfində təhsil aldım. Həmçinin, hər zaman izlədiyim İrakli, Katie Melua kimi dünya şöhrətli ulduzların seçimi, eləcə də milli estrada vokal sənətkarlarımız Sevda Ələkbərzadə, Tünzalə Ağayeva, populyar ifaçılarımız Aysel Teymurzadə, Safura Əliyeva və bir çoxlarının vokal müəllimi olan Miziya Qambaşidzeydən üç il dərs almışam. O da çox güclü musiqiçi və pedaqoqdur. Xüsusən, estrada sahəsində bir pedaqoq kimi öz sözünü deyib".

Rövşanə Kərimduxt, qeyd etdiyim kimi, dəyərli bəstəkar, Əməkdar artist Gövhər Həsənzadənin dəstəklədiyi gənc müğənnilərdən biridir. Onunla tanışlığı və iş birliyini isə özü bu cür ifadə edir:

"Gövhər Həsənzadə ilə çoxdan tanışıq, hətta qonşuyuq. Onunla tanışlığımdan və işbirliyimizdən çox şadam. Mənim xəyali musiqi dünyama reallığı gətirən və işıq salan insandır. Onun musiqiyə yanaşması, sənətə verdiyi dəyər sayəsində bu təcrübə mənə də peşəkarlıq dərsləri kimi ötürülür. O, təkcə müəllimim deyil, həm də ruhuma toxunan ilham qaynağıdır. Elə buna sübut olaraq mənim sənət obrazımı, tərzimi və zövqümü tənzimləyərək formalaşdıran, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, "Cizgi" brendinin yaradıcısı, dizayner Gülnarə Xəlilova ilə bir araya gətirməsi böyük qazancım oldu. Çox fərqli, həm milli həm də çox müasir, yaradıcı bir insan qazandım. İllərdir arzusunda olub, amma izah edə bilmədiyim səhnə performansımı kəşf edən, mənim ifamı dinləyərək heç bir sual vermədən seçimləri və təklifləri ilə formalaşdıran bir insan oldu Gülnarə xanım. Hətta ifa tərzimi də, səhnə geyimimi də, tamaşaçılarla ünsiyyət quracağım obrazı da o aşılayır mənə. Qarşıda olan planların və təkliflərin hər birinin həyata keçməsi və uğurlu nəticə əldə edə bilmək üçün Gülnarə Xəlilova zövqünün və dəstəyinin zəruriyyətindən əminəm. Danılmaz faktdır ki, bir çox tanınmış və sevilən incəsənət xadimləri məhz Gülnarə xanımın zahiri təqdimatı nəticəsində sənətin yüksək pilləsində hər zaman qüsursuz parlayıblar.

Biz artıq rəfiqəyə dönmüş bir neçə həmkarımla birlikdə Gövhər xanımla iş birliyinə təzə başlamışıq, amma bu qısa zamanda ondan çox şey öyrənmişik. O bizə səhnə davranışını, oxumaq tərzini dərindən öyrədir, üzərimizdə zəhməti sonsuzdur. Ümumiyyətlə, Gövhər xanım heç nəyi iş xatirinə etmir. O, hər işinə öz ürəyini qoyur. Bizimlə də ürəklə çalışır və istəyir ki, hər şey savadlı şəkildə olsun. Əsas odur ki, tamaşaçılarımızın zövqünə və milli musiqimizə layiqli ifaçı olaq. İnşallah buna nail olarıq".

Azərbaycanlı tamaşaçı Rövşanəni daha çox "Səs Azərbaycan" musiqi müsabiqəsindən xatırlayır, yəqin ki… O müsabiqə gənc müğənninin yaradıcılığında yeni bir səhifə oldu. Səhnə, musiqi isə onun üçün əvəzedilməz bir məfhumdur. Bu sevgini təkcə onun sözlərində deyil, söhbətimiz əsnasında "musiqi" adının çəkildiyi hər cümlə ilə gözlərində parlayan işıqdan görmək olurdu:

"Səs Azərbaycan" musiqi müsabiqəsi mənim bu sənətdə ilk təcrübəm idi. O yarış həm sınaq, həm də özümə inam qazandığım bir mərhələ oldu. O səhnəyə çıxmaqla daxilimdəki səssizliyə qalib gəldim. İnsanlar məni görməyə, səsimi eşitməyə başladılar. Bu, mənim üçün böyük bir keçid nöqtəsi idi. 2021-ci ildə bu yarışmada ilk səhnəyə çıxanda amerikan pop ulduzu Cyndi Lauperin repertuarından "Girls Just Want To Have Fun" mahnısını ifa edərək üç münsifin - Tünzalə Ağayeva, Brilyant Dadaşova və Murad Arifin seçim dönüşünü qazandım və hər biri məni öz komandasına dəvət etdi. Çox qürurluydum. Pop janrı mənə daha yaxın olduğundan Murad Arifi seçdim. İkinci turda Xalq artistimiz çox hörmətli Brilyant xanım Dadaşova məni komandasında görmək istədiyini bildirdi və mən ikinci turdan yarışmanın sonuna qədər Brilyant xanımın komandasında qalaraq yarışmaya davam etdim. Çox şanslı bir dövr idi mənimçün.

Ümumiyyətlə, səhnə məndən ötrü sirli-sehrli məkandır. Hər dəfə səhnəyə çıxanda sanki içimdəki fərqli bir güc yenidən oyanır. Səhnədəki Rövşanə alovdur, enerji və duyğularla doludur. Səhnədə mən özüm oluram. İçi boş danışıqları, nəticəsiz böyük vədləri sevmirəm. Hər zaman öz sənətimə köklənmişəm və istəyim odur ki, mənim yerimə sənətim, istedadım və mahnılarım danışsın. Bunu nə qədər bacaracağımdan əmin deyiləm, çünki hər şey dinləyicinin və tamaşaçının seçimindən asılıdır. Xaraktercə çox pozitiv insanam. Ona görə də öz musiqi tərzim kimi dinamikaya üstünlük verirəm. Çünki dinamika mənəm, mənim ruhumdur.

Məhz bütün bu potensialımı hiss edən Gövhər Həsənzadə də elə ilk çıxış və təqdimat mahnımı sözləri və musiqisi ona məxsus "Nəyim var" mahnısı ilə müəyyənləşdirdi. Musiqini ilk duyduğum an özümü orada eşitdim. Çox işlədik. Aranjiman Ruhim Məmmədova həvalə olundu, amma həm yazı, həm də mixmaster işləri Samir Əsədov tərəfindən yüksək səviyyədə hazırlandı. İlk dəfə idi ki, mənim üzərimdə bu cür peşəkar və ciddi mütəxəssislər çalışırdılar. Yenə də şanslı dönəm yaşadım.

Mahnımızı televiziya verilişlərinin birində səsləndirib sosial şəbəkədə yerləşdirdim və bir neçə gün sonra Böyük Britaniyanın esccovers.com saytında mənim haqqımda bu çıxışımla əlaqədar xəbər dərc olundu. Sanki bütün dünya mənim imiş kimi qürurlandım.

Hazırda həmin mahnımızın klipinin təqdimatına hazırlaşırıq. Növbəti şanslı dönəmim RGA Entertaimant Qafqaz üzrə rəsmi təmsilçisi "Z-Company" kimi bir şirkətin çox peşəkar və böyük heyəti ilə işləmək oldu. İnşallah, nəticəsi dəyərli tamaşaçılarımız tərəfindən bəyənilər".

Müsahibimin ən böyük arzularından və hədəflərindən biri də ölkəmizi dünya səhnələrində, Avropada təmsil etməkdir. Bu mənada da o, özünə çox güvənir:

"Ümumiyyətlə, biz çox istedadlı və musiqiyə, sənətə, mədəniyyətə bağlı bir xalqıq. Mənim kimi gənc ifaçıların əsas məqsədimiz və hədəfimiz Azərbaycanımızı beynəlxalq səhnələrdə, böyük platformalarda uğurla təmsil etməkdir. Bunun üçün də çox çalışırıq".

Rövşanə Kərimduxt sakitliyində güc, təvazökarlığında dərinlik daşıyan gənc sənətçilərdəndir. Səhnəyə çıxanda isə onun içindəki hisslər sanki azadlıq qazanır və musiqiyə çevrilir. Dinləyiciləri ilə ruh əlaqəsi qurmaq, onları duyğuların dili ilə danışdırmaq onun əsas niyyətidir. Biz də bu yeni estrada səsini izləyəcəyik - çünki bu səs səssizliyə deyil, duyğuya aiddir.

Şahanə MÜŞFİQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:253
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Aprel 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri