Icma.az
close
up
RU
Səhranın mərkəzində çiçəklənən sahilləri olan çay: Bunu necə yaradıblar?

Səhranın mərkəzində çiçəklənən sahilləri olan çay: Bunu necə yaradıblar?

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyadın təmizlənmiş tullantı sularını Ərəbistan səhrasının mərkəzində yerləşən Vadi Hənifə vadisi boyunca 120 kilometrlik bir axına çevirərək canlı yaşıl ekosistem yaradıb. Bu süni su sistemi artıq onlarla quş və balıq növünü dəstəkləyir.

Qayanrinfo "Ecoticias” nəşrinə istinadən xəbər verir ki, Ər-Riyad hər gün Vadi Hənifə boyunca uzanan kanala təxminən 1 milyon kubmetr qarışıq – yeraltı və təmizlənmiş su yönləndirir. Bu, orta hesabla saniyədə təxminən 410 kub fut axın deməkdir.

Tullantı sularının daimi axına çevrilməsi yalnız borular və nasoslardan ibarət deyil. Yenidənqurma proqramı günəş işığı və oksigenə əsaslanan təbii və kimyəvi olmayan təmizləmə üsulundan istifadə edir. Bu üsul mikroorqanizmlərin və yosunların inkişafını dəstəkləyir.

Praktikada bu, su axınlarının formasının elə dəyişdirilməsi deməkdir ki, su hərəkət edərkən təbii şəkildə təmizlənə bilsin. 57 kilometrlik açıq kanal daş formasiyaları və bəndlərlə möhkəmləndirilib ki, su həm təmizlənsin, həm də ilboyu axını qorunsun.

Bundan əlavə, bioloji təmizləmə üçün xüsusi infrastruktur yaradılıb. 100 000 kvadratmetrdən böyük sahəyə malik stansiya 140 su buraxma kamerası və aerasiya sistemi ilə oksigen səviyyəsini artırır, çirkləndirici maddələri azaldır.


Layihə çərçivəsində geniş yaşıllaşdırma işləri aparılıb, on minlərlə səhra ağacı və minlərlə palma əkilib. Bu, sahillərin möhkəmlənməsinə və şəhər mühitində kölgə sahələrinin artmasına kömək edir.

Vadi Hənifə bioremediasiya kompleksində aparılan araşdırmalarda 15 quş növü, 9 balıq növü, həmçinin suda-quruda yaşayanlar və sürünənlər qeydə alınıb. Bu isə təmizlənmiş şəhər suyunun ətrafında qida zəncirlərinin sürətlə formalaşa bildiyini göstərir.

2024-cü ildə "PLOS ONE” jurnalında dərc olunan tədqiqatda suyun keyfiyyəti müxtəlif bölgələr üzrə qiymətləndirilib. Nəticələr göstərib ki, çirklənmə səviyyəsi əraziyə görə dəyişir: bəzi yerlərdə ammiak və ağır metalların artması sənaye və üzvi çirklənməyə işarə edir. Fekal bakteriyalar isə tullantı suları və ya kənd təsərrüfatı axıntılarının təsirini göstərir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Aprel 2026 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri