Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Biznes kreditlərində rekord artım

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Səhvən başqa qatara mindi, ailəsini itirdi! 25 illik axtarışdan sonra tapdı

Səhvən başqa qatara mindi, ailəsini itirdi! 25 illik axtarışdan sonra tapdı

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ailəsinə kömək etmək üçün işlədiyi dəmiryolu stansiyasında səhv qatara minməsi, balaca bir uşağın taleyini tamamilə dəyişdirdi. Hələ 5 yaşında olarkən Hindistandan kilometrlərlə uzaqda yerləşən Avstraliyaya düşdü, ailəsindən birdən-birə qopdu və özünü bir yetimxanada gördü. 25 il sonra isə Google Earth vasitəsilə apardığı axtarış, itirdiyi dünyanın qapısını ona necə araladı, baxın.


Sherg.az xəbər verir ki, 1981-ci il idi, Hindistanın Ganesh Talai kəndində Saroo Brierley adlı bir uşaq dünyaya gəlmişdi. Ailəsinin maddi vəziyyəti zəif olduğu üçün Saroo çox kiçik yaşlarından etibarən qardaşı ilə birlikdə dəmiryolu stansiyalarında işləyirdi. Bir gün stansiyada işləyərkən, qardaşını gözlədiyi vaxt yuxuya getdi. Ayılanda qardaşı yox idi və qorxu içində evə tez qayıtmaq üçün qarşısına çıxan ilk qatara mindi. Ancaq bu səyahətin onu evindən tamamilə ayıracağını bilmirdi.

Qatarla yaşadığı yerdən 1600 kilometr uzaqda yerləşən Kalkutaya getdi. Orada düşəndə evində olmadığını anladı, amma nə soyadını, nə də kəndinin adını düzgün deyənmədiyi üçün heç kim ona kömək edə bilmədi. Günlərlə, aylarla küçələrdə yaşayan bu balaca uşaq nəhayət yetkililər tərəfindən görülərək yetimxanaya yerləşdirildi. Bütün dünyanın danışacağı, filmlərə mövzu olacaq hekayə də məhz belə başladı.


Övladlığa götürüldü, amma marağı heç azalmadı

Yetimxanaya yerləşdirilən Saroo ilk günlər hər gün ailəsinə və evinə qovuşmağın xəyalı ilə yaşayırdı. Lakin zaman keçdikcə ümidsizliyə qapılıb bu həyata alışmağa başladı. Bir gün Avstraliyalı bir cütlük onu övladlığa götürmək istədi və Saroo beləliklə Tasmaniyada yeni həyatına başladı. Övladlığa götürüldüyü ailə ilə xoşbəxt bir həyat sürsə də, bioloji ailəsinə olan marağı illərlə azalmadı. Böyüdükcə bu istək daha da gücləndi və nəhayət qərar verdi: əsl ailəsini tapacaqdı. Övladlıq valideynləri də bu qərarda onu dəstəklədilər.

Saroo Brierley əsl ailəsini tapmaq üçün yola çıxanda nə onların adını, nə soyadını, nə də yaşadıqları yeri bilirdi. Yalnız uşaqlığından yadında qalan bir neçə silik görüntü var idi. Amma texnologiyanın inkişafı ilə indi oturduğu yerdən bir kliklə dünyanın istənilən nöqtəsinə baxa bilərdi. Ona görə də Google Earth vasitəsilə Hindistandakı dəmiryolu stansiyalarını, kəndləri araşdırmağa başladı. Saatlarla, günlərlə davam edən bu axtarış nəticəsində bir ipucu tapdı.


Ağrılı həqiqət! 25 il sonra əsl ailəsini tapdı


Hindistandakı bütün dəmiryolu xətlərini araşdıran Saroo bir gün yadında qalan bəzi görüntülərlə qarşılaşdı. Bir qəsəbə adı, dəmiryolu stansiyası və su qülləsi ona ailəsini xatırlatmağa bəs etdi. Həmin bölgədə yaşayan insanların olduğu bir Facebook qrupu tapdı və ora üzv olaraq məlumat toplamağa başladı. Amma təkcə bu yetməzdi. İpuçlarını itirmək istəməyən Saroo təyyarəyə minib birbaşa Avstraliyadan Hindistana uçdu.

Qəsəbə-qəsəbə gəzən, demək olar ki, döymədiyi qapı qalmayan Saroo nəhayət ki, əsl ailəsini tapdı. 5 yaşında itirdiyi evinə 25 il sonra, 30 yaşında qayıdan Saroo bir tərəfdən bura üçün yad idi, digər tərəfdən sanki heç ayrılmamış kimi idi. Bioloji ailəsi ilə arasında həm dil, həm də mədəniyyət fərqi vardı, amma bu fərqlərin heç biri əhəmiyyət daşımırdı.

Anası Fatima Munshi ingiliscə bilmirdi, Saroo isə hindcə bilmirdi. Amma ətrafdakı ailə dostları tərcümədə yardım etdilər. Saroonun itdiyi gün əslində qardaşı da evə qayıda bilməmişdi. Valideynləri iki oğlunu da küçələrdə axtarmış, bir neçə gün sonra böyük oğlu Guddunun qatarın altında qaldığını öyrənmişdilər. Polis cəsədini gətirəndə Saroodan heç bir iz olmadığını deyib. Munshi ailəsi illərlə bir övladını itirməyin, digəri barədə xəbər almamağın ağrısını yaşamışdı. Amma Fatima hər zaman bir gün Saroonun geri dönəcəyinə inanmışdı.

Qeyd edək ki, "Saroo" adı ona Avstraliyalı ailəsi tərəfindən verilmişdi. Əsl adı isə Sheru Munshi idi.


Hekayəsi filmlərə mövzu oldu


Saroo Brierley yaşadıqlarını ailəsinə danışdıqdan sonra övladlıq anası da Hindistana gedib əsl anası ilə tanış olmaq istədi. Saroo bu fikrə çox sevindi və hər iki anasını bir araya gətirdi. Hazırda Saroo Avstraliyada yaşayır, amma vaxtaşırı Hindistandakı ailəsini də ziyarət edir. Hətta maddi durumu yaxşı olmadığı üçün əsl ailəsinə ev alıb və daim onlara maliyyə dəstəyi göstərir.


Saroo Brierleyin həyatı əvvəlcə "A Long Way Home" adlı avtobioqrafik kitabda nəşr olundu. Sonra bu hekayə böyük aktyor heyəti ilə “Lion” adlı filmə çevrildi. Baş rollarda Nicole Kidman və Dev Patel yer aldı. Film 2016-cı ildə yayımlandı və 6 Oskar mükafatına namizəd göstərildi, BAFTA da daxil olmaqla 59 film mükafatı qazandı.

Filmin adı "Lion" seçildi, çünki Saroonun əsl adı Sheru, hind dilində "Aslan" deməkdir.

Hal-hazırda Saroo Brierley sakit bir həyat sürür, hər iki ailəsinə də maddi və mənəvi dəstək olur. Vaxt tapdıqca konfranslara qatılıb hekayəsini bölüşür. Onun Google Earth ilə 25 ildən sonra ailəsini tapması, texnologiyanın insan həyatına necə təsir etdiyinin ən gözəl nümunəsi kimi göstərilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 İyul 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see433

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see383

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see356

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see344

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see297

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see294

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see285

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see263

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see261

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see254

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see249

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see246

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see242

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see234

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see225

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see218

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see212

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see199

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see196

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri